Fransanın
rüsvayçılığı davam edir
Fransada kütləvi
polis zorakılığı,
vətəndaş itaətsizliyi,
hakimiyyət orqanları
tərəfindən adekvat
reaksiyanın olmaması,
irqçilik meyillərinin
daha da güclənməsi
prosesləri davam edir. Xatırladaq ki, ölkədə etirazlar ötən ayın 27-də Əlcəzairəsilli
17 yaşlı yeniyetmənin
polis tərəfindən
öldürülməsindən sonra başlayıb.
Fransanın bir
cox şəhərlərini
bürümüş iğtişaşlar
zamanı hüquq-mühafizə
orqanlarının əməkdaşları
1124-ü azyaşlı olmaqla
3625 nəfəri saxlayıb.
Son məlumata görə, məhkəmələrə
990 iş verilib, onlardan 480-nə sürətləndirilmiş
prosessual qaydada baxılıb. Həbs cəzası ilə bağlı 380 hökm çıxarılıb.
Bu günlər
Birləşmiş Millətlər
Təşkilatının İnsan
Hüquqları üzrə
Ali Komissarlığının
İdarəsi Fransaya
17 yaşlı yeniyetmənin
polis tərəfindən
öldürülməsi ilə
əlaqədar hüquq-mühafizə
orqanlarında irqçilik
və irqi ayrı-seçkilik məsələsilə
bağlı problemlərin
həlli ilə məşğul olmağı
tövsiyə edib. Sənəddə bildirilir
ki, bu hadisə
rahatsızlıq doğurur
və indi ölkənin hüquq-mühafizə
orqanlarında irqi ayrı-seçkilik və
irqçiliyin dərin
məsələlərinin ciddi
həll edilməsinin vaxtı çatmışdır.
Dünən Bakıda
Qoşulmama Hərəkatının
Əlaqələndirmə Bürosunun
"Qoşulmama Hərəkatı:
meydana çıxan çağırışlarla mübarizədə
birgə və qətiyyətli" mövzusunda
nazirlər görüşündə
çıxış edən
Prezident İlham Əliyev də Fransada baş verən hadisələrə
toxunaraq deyib: "Fransanın soyqırımlarla
dolu hakimiyyəti dövründə 1,5 milyona
yaxın əlcəzairli
qətlə yetirilib. Hələ də Paris muzeyində əlcəzairli
azadlıq döyüşçülərinin
kəllə sümükləri
müharibə qənimətləri
kimi saxlanılır. Bu, utancverici və iyrənc hərəkətdir. Biz Fransa Prezidenti Emmanuel Makrondan həmin qəhrəmanların
qalıqlarını Əlcəzairə
təhvil verməsini tələb edirik".
Azərbaycan Prezidentinin
dediyi kimi, özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi
kimi qələmə verən Fransa hələ də digər ölkələrin
daxili işlərinə
qarışır. Fransa
qoşunlarının bu
yaxınlarda Mali və Burkina-Fasodan çıxarılması onun
Afrikadakı amansız
neokolonializm siyasətinin
uğursuzluğa məhkum
olduğunu bir daha göstərdi.
Bu arada ölkənin iğtişaşlar
içində boğulduğu
bir zamanda Emmanuel Makronun Parisdə konsertdə olması və rəqs etməsinə sosial şəbəkələrin
istifadəçiləri haqlı
və sərt reaksiya verirlər.
Xəbər verildiyi
kimi, Fransa Prezidenti Emmanuel Makron arvadı Bricitlə Parisdəki
Accor Arena zalında keçirilən
konsertdə olmuşlar.
Model Byanka Brandolini sosial şəbəkələrdə
Makronla çəkilmiş
kadrları yayımlamışdır.
Videoda Makron və həyat yoldaşının əfsanəvi
musiqiçi Elton Conun hitlərindən cuşa gəlib rəqs etdiyi əks olunmuşdur.
Müxalifətdəki Milli Birlik partiyasının
deputatı Jan-Filipp Tangi kütləvi talanlar zamanı Prezidentin əylənməyə
getməsinə qəzəblənib.
Siyasətçi sosial
şəbəkələrdə yazıb: " Hüquq-mühafizə
orqanlarının iğtişaşları
yatırtmaq səylərinə
baxmayaraq, Fransanın yandırıldığı bir
vaxtda Emmanuel Makron Elton Conun
konsertinə gedir".
Avropa parlamentinin
Fransadan olan deputatı Tyeri Mariani isə tviter hesabında Makronun hərəkətini
məsuliyyətsizlik adlandırıb:
"Fransanın alovlandığı
bir vaxtda Makron nə daxili işlər nazirinin, nə də polisin yanındadır, Elton Conu alqışlamağa üstünlük verir. Hər kəsin öz prioritetləri var. Nə qədər
məsuliyyətsizlik".
Sosial şəbəkələrdə
bir çox şərhçilər Emmanuel
Makronun ölkədə
baş verən iğtişaşları həll
etmək əvəzinə
həyat yoldaşı
ilə Elton Conun konsertində əylənməsindən qəzəblənirlər.
İstifadəçilərdən biri tviterdə yazır:
"Ölkənin və
Fransa sakinlərinin başına gələnlər
onun vecinə deyil. Baxın, bu da sübut".
Digər şəbəkə
istifadəçisi Darras
Helene deyir:
"Bu görüntülər
öz-özlüyündə hər şeyi izah edir və
heç bir əlavə şərhə
ehtiyac yoxdur".
Astrid Kuntzmann isə
hesab edir ki, "bu cütlük
Fransa üçün
rüsvayçılıqdır".
Bəzi istifadəçilər
hətta tarixdə baş verənlərlə
oxşarlıqlar tapıblar.
Belə ki, Makronun Roma imperatoru Neronla müqayisə edildiyi şərhlərə
tez-tez rast gəlmək olar: "Roma
yanarkən Neron skripka çalırdı.
Paris alovlananda Makron rəqs edir".
"Bu oğlan
əslində əylənmək
üçün dövlət
başçısı olub"
deyə istifadəçi
Ced Ladj güman edir.
Həmçinin bir
çox fransız Elton Conun konsertindən
sonra Makronun onsuz da aşağı
olan reytinqlərinin daha da enəcəyi
qənaətinə gəliblər.
Bir çox Fransa vətəndaşı
2022-ci ildə keçirilən
seçkilərdə hazırkı
prezidenti dəstəklədiklərinə
görə peşman olduqlarını gizlətmir.
Rizvan CƏFƏROV,
Azərbaycan .-2023.- 6 iyul.- S.16.