Azərbaycan
Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin 100 illiyinin
qeyd edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2023-cü ildə Azərbaycan
Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin fəaliyyətə
başlamasının 100 illiyi
tamam olur.
Dövrün görkəmli
ədəbi simalarının
və məşhur sənət adamlarının
tədrisə cəlb
edildiyi Bakı Teatr Məktəbinin bazasında təşkil olunmuş Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universiteti ölkənin
zəngin ənənələrə
malik ali təhsil müəssisələrindəndir.
Ötən müddət
ərzində universitet
milli mədəniyyətin
və incəsənətin
tərəqqisi işinə
mühüm töhfələr
vermişdir. Azərbaycanın
tanınmış mədəniyyət
və incəsənət
xadimləri arasında
bu nüfuzlu təhsil ocağının
çox sayda məzunu vardır. Universitetin yetirmələri
hazırda respublikamızda
və onun hüdudlarından kənarda
müvəffəqiyyətlə çalışırlar. Fəaliyyətini
dövlətin mədəniyyət
və təhsil strategiyalarının hədəflərinə
uyğun, müasir tələblər səviyyəsində
quran universitet mədəniyyətin və
incəsənətin bütün
başlıca sahələrini
əhatə edən müvafiq ixtisaslar üzrə genişprofilli
şəbəkə formalaşdırmış,
həmçinin dünyanın
bir sıra ölkələrinin ali təhsil və mədəniyyət mərkəzləri
ilə qarşılıqlı
faydalı tərəfdaşlıq
əlaqələri yaratmışdır.
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, milli mədəniyyətin,
incəsənətin inkişafında
və bu istiqamətdə mütəxəssis
hazırlığında Azərbaycan
Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin xüsusi
xidmətlərini nəzərə
alaraq qərara alıram:
1. Azərbaycan Respublikasının
Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin
100 illiyi ilə bağlı tədbirlər
planı hazırlayıb
həyata keçirsin.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
6 iyul 2023-cü il
Azərbaycan.-2023.-
7 iyul.- S.1.