Azərbaycan ilə Əlcəzair arasında əlaqələrin
perspektivlərinə dair
fikir mübadiləsi aparılıb
Prezident İlham Əliyev Əlcəzairin xarici işlər və xaricdəki milli icma nazirini qəbul
edib
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev iyulun 6-da Əlcəzair Xalq Demokratik Respublikasının
xarici işlər və xaricdəki milli icma naziri
Əhməd Attafı
qəbul edib.
AZƏRTAC xəbər verir ki, Əhməd
Attaf Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti
Abdelmacid Tebbunun salamlarını dövlətimizin
başçısına çatdırdı,
Prezident İlham Əliyevin onun dəvəti ilə Ərəb Dövlətləri
Liqasının Zirvə
toplantısında xüsusi
qonaq qismində iştirakına görə
təşəkkürünü bildirdi.
Prezident İlham
Əliyev salamlara və Ərəb Dövlətləri Liqasının
Zirvə toplantısında
iştiraka dəvətə
görə Əlcəzair
Prezidentinə təşəkkürünü
bildirdi və onun da salamlarını
Abdelmacid Tebbuna çatdırmağı xahiş
etdi. Dövlətimizin
başçısı, həmçinin
Əlcəzair Prezidentini
ölkəmizə rəsmi
səfərə dəvət
etdi.
Əhməd Attaf
Azərbaycanın Qoşulmama
Hərəkatına uğurlu
sədrliyinə, Hərəkatın
təsisatlanması istiqamətində
həyata keçirdiyi
işlərə görə
təbriklərini çatdırdı.
Dövlətimizin başçısı
ölkələrimiz arasında
tarixi əlaqələrin
olduğunu qeyd etdi, Sovetlər Birliyi dövründə çox sayda azərbaycanlı mütəxəssisin
Əlcəzairdə fəaliyyət
göstərdiyini, bu ölkənin inkişafına
öz töhfələrini
verdiyini vurğuladı,
eyni zamanda, həmin dövrdə Əlcəzairdən olan çox sayda tələbənin də Azərbaycanda təhsil aldığını bildirdi.
Prezident İlham
Əliyev Azərbaycanın
Qoşulmama Hərəkatının
təsisatlanması çərçivəsində
həyata keçirdiyi
işlərdən danışdı,
ölkəmizin təşəbbüsü
ilə bu Hərəkatın gənclər
təşkilatının və
parlament şəbəkəsinin
yaradıldığını dedi, Azərbaycanın, eyni zamanda, Qoşulmama
Hərəkatı çərçivəsində
qadın platformasının
yaradılması təşəbbüsü
ilə çıxış
etdiyini, sədrlik dövründə bu istiqamətdə də müvafiq tədbirləri
həyata keçirəcəyini
vurğuladı.
Prezident İlham
Əliyev Qoşulmama Hərəkatına Azərbaycanın
sədrliyinin uğurla
həyata keçirilməsində
göstərdiyi dəstəyə
görə Əlcəzair
tərəfinə təşəkkürünü
bildirdi.
Görüşdə Azərbaycan ilə Əlcəzair arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı, beynəlxalq təşkilatlar çərçivəsində, həmçinin OPEC+ formatında əməkdaşlıq məsələləri müzakirə olundu.
Azərbaycan.-2023.- 7 iyul.- S.2.