Azərbaycan inkişaf etməkdə olan ölkələr üçün nümunədi
Prezident İlham Əliyev Nepalın xarici işlər nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 6-da Nepal Federativ Demokratik Respublikasının xarici işlər naziri Narayan Prakaş Saudu qəbul edib.
AZƏRTAC xəbər verir ki, Bakının
gözəlliyinin onu valeh etdiyini deyən Narayan Prakaş Saud Prezident İlham Əliyevin rəhbərliyi
ilə ölkəmizin
qısa müddət ərzində böyük
nailiyyətlər əldə
etdiyini vurğuladı,
Azərbaycanın inkişaf
etməkdə olan ölkələr üçün
nümunə olduğunu
dedi. Nepalın xarici işlər naziri ölkəmizin Qoşulmama Hərəkatına
uğurlu sədrliyi münasibətilə təbriklərini
çatdırdı.
Nepallı tələbələrin
Azərbaycanın təqdim
etdiyi təqaüd proqramları çərçivəsində
təhsil aldıqlarını
deyən qonaq buna görə minnətdarlığını bildirdi.
Prezident İlham
Əliyev Azərbaycanla
Nepalın beynəlxalq
təşkilatlar çərçivəsində
səmərəli əməkdaşlığını
qeyd etdi, ölkələrimiz arasında
münasibətlərin həmişə
yaxşı olduğunu,
lakin əlaqələri
daha da genişləndirmək
üçün böyük
imkanların mövcudluğunu
vurğuladı.
Dövlətimizin başçısı
ölkəmizin təşəbbüsü
ilə Qoşulmama Hərəkatı Parlament
Şəbəkəsinin və
Qoşulmama Hərəkatı
Gənclər Təşkilatının
yaradıldığını dedi, hazırda Qoşulmama Hərəkatının
qadınlar platformasının
yaradılması üzərində
iş aparıldığını
qeyd etdi. Prezident İlham Əliyev Azərbaycanın
Qoşulmama Hərəkatına
sədrliyinin uğurla
həyata keçirilməsində
göstərdiyi dəstəyə
görə Nepala təşəkkürünü bildirdi.
Görüşdə ölkələrimiz arasında biznesin, iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsi, bu xüsusda nümayəndə heyətlərinin mübadiləsi məsələləri müzakirə olundu.
Azərbaycan.-2023.- 7 iyul.- S.2.