İlham Əliyev Qoşulmama Hərəkatını daha güclü qlobal təsisata çevirib

 

"Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə "Bandunq prinsipləri" əsasında ədaləti, beynəlxalq hüququ üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qorudu".

İyulun 5-də Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun "Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə qətiyyətli" mövzusunda nazirlər görüşündəki çıxışında Prezident İlham Əliyevin söylədiyi kimi,  Azərbaycan QH- sədrlik etdiyi dörd ilə yaxın müddət ərzində xeyli qlobalmiqyaslı uğurlara imza atıb, beynəlxalq problemlərin həlli istiqamətində mühüm nailiyyətlər əldə edib.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi COVID-19 pandemiyasının dünyada tüğyan etdiyi bir zamanla üst-üstə düşsə , həmin çətin dövrdə ölkəmiz QH sədrliyi qismində mühüm beynəlxalq təşəbbüslərlə çıxış edib ölkəmizin qlobal problemdən həmrəylik sayəsində çıxma təklifləri Hərəkata üzv dövlətlər tərəfindən yekdilliklə dəstəklənib ki, bu da nəticədə  qlobal bəladan birgə çıxış üçün geniş imkanlara yol açıb.

 

Etimadları doğruldan fəaliyyət

 

BMT-dən sonra dünyanın ikinci ən böyük təşkilatı olan Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv olan Azərbaycan 120 ölkəni birləşdirən hərəkatın təşəbbüslərinə çox aktiv şəkildə qoşulub.

Hərəkata üzv olduğu qısa zamanda həyata keçirdiyi xarici siyasət sayəsində bu təsisat daxilində böyük nüfuz etimad qazanan ölkəmiz 2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının Zirvə toplantısını müvəffəqiyyətlə həyata keçirib, 2019-2022-ci illərdə sədrliyi üzərinə götürüb. Ölkəmizin sədrlik dövründə uğurlu fəaliyyəti ona olan yüksək etimadın nəticəsi olaraq QH- üzv ölkələrin yekdil qərarı ilə Azərbaycanın sədrliyi bir il daha uzadılıb.

Azərbaycan Qoşulmama Hərəkatına uğurla sədrlik etdiyi ötən illər ərzində öz fəaliyyətini tarixi "Bandunq prinsipləri" üzərində qurub. "Bandunq prinsipləri" bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq qarşılıqlı maraqların qorunması əməkdaşlığın təşviqini özündə ehtiva edir.

Hərəkata sədrlik etdiyi dövrdə Prezident İlham Əliyevin təşəbbüsü ilə təşkilat tərəfindən mühüm qlobal tədbirlər həyata keçirilib, xüsusən QH-nin pandemiya ilə mübarizə tədbirləri beynəlxalq səviyyədə təqdir olunub.

"Beynəlxalq ictimaiyyət COVID-19 pandemiyası ilə necə mübarizə aparacağı barədə çaşqın vəziyyətdə olarkən, misli görünməmiş bu çağırışla mübarizədə qlobal səyləri birləşdirən Qoşulmama Hərəkatı oldu", - deyən Prezident İlham Əliyev  qeyd edib ki, 2020-ci ilin mayında Azərbaycanın təşəbbüsü ilə təşkil edilmiş Qoşulmama Hərəkatının liderlər səviyyəsində onlayn sammiti 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə nəticələndi. Bundan əlavə, Qoşulmama Hərəkatının bəzi zəngin ölkələr tərəfindən yürüdülən "peyvənd millətçiliyi"nə güclü etirazı bunun ardınca bütün ölkələr üçün peyvəndlərə ədalətli universal çıxışla bağlı BMT qətnamələrinin qəbul edilməsi Qoşulmama Hərəkatının koronavirusla mübarizədə liderliyinə dəlalət edir.

Hərəkata sədrliyi dövründə ehtiyacı olan ölkələrə yardım göstərmək Azərbaycanın sədrliyinin digər prioriteti olub. Belə ki, ölkəmiz əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən çox ölkəyə ya ikitərəfli qaydada, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə COVID-19 ilə bağlı maliyyə humanitar dəstək göstərib. Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü töhfə verən Azərbaycan həmçinin beş ölkəni peyvəndlə təmin edib.

Xatırladaq ki, İlham Əliyev bu il martın 2-də Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə həmçinin Afrika inkişaf etməkdə olan kiçik ada dövlətlərinə postpandemiya dövründə bərpanı dəstəkləmək üçün iki qlobal çağırış elan edib. Azərbaycan ilk donor kimi hər iki çağırış üçün bir milyon ABŞ dolları ayırıb.

 

Hərəkatın gələcəyinə mühüm miraslar

 

Ölkəmizin sədrliyi ilə hərəkatın institusional inkişafı istiqamətində xeyli nailiyyətlər qazanılıb.  Qoşulmama Hərəkatının 2021-ci 2022-ci illərdə Parlament Şəbəkəsinin, eləcə Gənclər Təşkilatının təsis edilməsi Prezident İlham Əliyevin təşəbbüslərinin tarixi əhəmiyyətli nəticələridir.

Hazırda isə Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatının qadınlar platformasının yaradılması üzərində gedir.

"Multilateralizmin əsl müdafiəçisi BMT-dən sonra ikinci böyük təsisat kimi Qoşulmama Hərəkatı yenidən formalaşan dünya nizamında öz yerini tapmalıdır", - deyən Prezident İlham Əliyev bildirib ki, biz "Bandunq prinsipləri" ətrafında qətiyyətlə dayanmalı, suverenliyin ərazi bütövlüyünün pozulması, ölkələrin daxili işlərinə müdaxilə hallarına qarşı öz səsimizi ucaltmalıyıq. Hərəkatımızın dünya məsələlərində daha ön mövqedə olması mühüm əhəmiyyət kəsb edir.

Hazırda dünyada baş verən qlobal-miqyaslı problemlərə toxunan İlham Əliyev vurğulayıb ki, hazırda beynəlxalq təşkilatlar, xüsusilə BMT bəşəriyyətin gözləntilərinə cavab vermir. BMT- ciddi islahatların aparılması qaçılmazdır. BMT Təhlükəsizlik Şurasında Qoşulmama Hərəkatına bir daimi yer verilməlidir: "Zənnimizcə, Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına Afrika İttifaqına sədrlik edən ölkələr BMT Təhlükəsizlik Şurasında veto hüququ ilə rotasiya əsasında yer almalıdırlar".

 

Fransa iyrənc əməllərinə görə üzr istəməlidir

 

İlham Əliyev Bakıda keçirilən bu mötəbər beynəlxalq görüşdə Azərbaycanın neokolonializm meyillərinin artmasından olduqca narahat olduğunu dilə gətirdi. Dekolonizasiya prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı keçmişin bu utancverici mirasına qarşı qətiyyətlə mübarizə aparmalı onun tamamilə aradan qaldırılmasına öz töhfəsini verməli olduğunu söylədi.

Neokolonializmi hələ davam etdirən ölkələrdən birinin Fransa bu ölkənin Avropadan kənarda idarə etdiyi ərazilərin fransız müstəmləkə imperiyasının iyrənc qalıqları olduğunu deyən Prezident İlham Əliyev qeyd edib ki, Fransa öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən digər ölkələrdən üzr istəməlidir: "Təəssüf ki, Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət, xarici hərbi mövcudluq "Orientalizm" müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mənfur təcrübəni tətbiq etməyə çalışır".

 

Hərəkatın ən uğurlu dövrü

 

Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə əldə etdiyi ən mühüm tarixi uğur isə 2020-ci ildə Vətən müharibəsində Qələbəsi oldu. Cəmi 44 gün ərzində Ermənistanı hərb meydanında məğlubiyyətə uğradan Azərbaycan torpaqlarını işğaldan azad etdi.

Xüsusi bir məqamı qeyd edək ki, həm işğal zamanı, həm işğaldan sonra Qoşulmama Hərəkatına üzv ölkələr Azərbaycanın haqlı ədalətli mövqeyini dəstəkləyiblər. Elə sözügedən görüşdə bu məqama toxunaraq QH- üzv ölkələrə minnətdarlığını bildirən Azərbaycan Prezidenti vurğuladı ki, xüsusilə 2020-ci 2022-ci illərdə Qoşulmama Hərəkatı ölkələrinin BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə olan birtərəfli qərəzli bəyanatların qəbul edilməsinin qarşısını aldıqları iki hala istinad edir.

Dünyada nüfuzu sürətlə artan fəaliyyətində daim sülhü, tolerantlığı, multikultural dəyərləri təbliğ edən ölkəmiz bəşəri qərarların qəbul olunmasına icrasına töhfələr bəxş edir. Buna görədir ki, 120 ölkəni birləşdirən mühüm siyasi təşkilat olan Qoşulmama Hərəkatı məhz Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşayır güclü qlobal platformaya çevrilib.

 

Yasəmən MUSAYEVA,

Azərbaycan.-2023.- 7 iyul.- S.6.