Fransa
müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupunun
yaradılmasına dair
qərar qəbul edilib
Fransa müstəmləkəçiliyinə
qarşı Bakı Təşəbbüs Qrupu
yaradılıb.
AZƏRTAC
xəbər verir ki, iyulun 6-da Bakı Konqres Mərkəzində Qoşulmama
Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun
nazirlər görüşü
çərçivəsində “Kolonializmin tamamilə aradan qaldırılmasına
doğru” mövzusuna həsr olunan tədbirdə iştirakçılar
Fransanın müasir müstəmləkəçilik siyasətinin aradan qaldırılması yolları,
Afrika qitəsində və dünyanın müxtəlif regionlarında
hazırda mövcud olan köləliyin kökünün kəsilməsi
üçün zəruri
addımların atılması
istiqamətində fikir
mübadiləsi aparıblar.
Sonda bəyanat
qəbul edilib.
Bəyanatda iştirakçılar Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupu yaradılmasına dair razılığa gəliblər.
Azərbaycan.-2023.-
7 iyul.- S.1.