Qoşulmama
Hərəkatının Bakı
görüşündə 100-ə yaxın ölkə, 11 beynəlxalq təşkilat
təmsil olunub
Azərbaycan Prezidenti
İlham Əliyevin Qoşulmama Hərəkatının
Əlaqələndirmə Bürosunun
nazirlər görüşünün
açılışında müasir beynəlxalq münasibətlər sistemi
kontekstində proqram xarakterli çıxışı
tədbir iştirakçıları
və dünya mətbuatında böyük
marağa səbəb
olub. Bu gün də çıxışlar zamanı
həmin fikirlərə
istinad olunmasına şahidlik etdik.
AZƏRTAC xəbər verir ki, bunu
jurnalistlərə müsahibəsində
xarici işlər naziri Ceyhun Bayramov
söyləyib.
XİN başçısı qeyd edib ki,
Qoşulmama Hərəkatının
Əlaqələndirmə Bürosunun
nazirlər görüşünün
ölkəmizdə keçirilməsi
bütün nümayəndə
heyətləri tərəfindən
təqdir edilib. Onlar yaradılan şəraitə görə
Azərbaycana təşəkkür
ediblər.
“Bakı görüşündə həyata keçirilən uğurlu siyasətin nəticələrinin şahidi olduq”, - deyən Ceyhun Bayramov vurğulayıb ki, tədbirdə 100-ə yaxın ölkədən və 11 beynəlxalq təşkilatdan nümayəndələr iştirak ediblər.
Azərbaycan.-2023.- 7 iyul.- S.4.