Ceyhun
Bayramov: Nazirlər görüşü Azərbaycanın
Qoşulmam Hərəkatına
sədrliyi dövründə
son böyük tədbirdir
Bildiyiniz kimi, iki gün ərzində
Bakıda Qoşulmama Hərəkatına üzv
dövlətlərin xarici
işlər nazirlərinin
görüşü keçirildi.
Bu, Azərbaycanın Qoşulmama Hərəkatına
sədrliyi dövründə
ölkəmiz tərəfindən
keçirilən son böyük tədbirdir.
AZƏRTAC xəbər verir ki, bu
sözləri jurnalistlərə
açıqlamasında Azərbaycanın
xarici işlər naziri Ceyhun Bayramov
deyib.
O qeyd edib ki, tədbirin hazırlıq mərhələsi
uzun müddət bundan əvvəl başlamışdı. "Bir
neçə gün ərzində 120 ölkəyə
aid böyük sənədlər paketinin
hazırlanması mümkün
deyildi. Nyu-Yorkda əlaqələndirici şəxslər,
120 ölkənin nümayəndələri
tərəfindən mətn
üzərində iki
ay iş getmişdi. Sənədlərin
90 faizindən çoxu
həmin müddətdə
hazırlandı. Nazirlər
iclasından iki gün əvvələdək
bu proses davam etdi”, - deyə nazir əlavə edib.
Ölkəmizin sədrliyi ilə bağlı bütün sənədlər paketinin tam razılaşdırıldığını və Kampala sammiti üçün təqdim olunduğunu diqqətə çatdıran C.Bayramov deyib ki, əsas sənəd 1356 maddədən ibarətdir. Bundan başqa əlavə sənədlər qəbul olunub.
Azərbaycan.-2023.- 7 iyul.- S.4.