Paşinyanın
Azərbaycan əleyhinə
yanlış təəssürat
yaratmaq məqsədi daşıyan fikirləri tamamilə əsassızdır
Ermənistanın baş
naziri Nikol Paşinyan tərəfindən
hökumətin 6 iyul tarixli iclasında Azərbaycan əleyhinə
beynəlxalq ictimaiyyət
arasında yanlış
təəssürat yaratmaq
məqsədi daşıyan
fikirləri tamamilə
əsassızdır.
AZƏRTAC xəbər verir ki, bu
fikirlər Azərbaycanın
Xarici İşlər
Nazirliyinin yaydığı
məlumatda yer alıb.
Məlumatda deyilir:
“Ermənistan tərəfinin
beynəlxalq hüququn
norma və prinsiplərinə və üçtərəfli Bəyanat
çərçivəsində öhdəliklərinə uyğun
olaraq erməni qüvvələrini Azərbaycan
ərazilərindən çıxarmaq
əvəzinə, ərazimizdə
mövcud olan silahlı qüvvələrin
Ermənistana məxsus
olmadığına dair
işğal dövründə
səsləndirilən iddiaların
təkrarlanması bu ölkənin yanlış
siyasətdən əl
çəkmədiyini göstərir.
Ermənistan Respublikasının
Müdafiə Nazirliyinin
komandanlığı altında
fəaliyyət göstərən
və Ermənistan məhkəmələri tərəfindən
məhkum olunan silahlı qüvvələrin
Ermənistana məxsus
olmadığını iddia
etmək heç bir məntiqə sığmır.
Azərbaycanın ərazilərini işğal altında saxlamaqla və qonşu ölkələrə qarşı ərazi iddiaları irəli sürməklə özünü blokadada saxlayan Ermənistanın Azərbaycanın kommunikasiyaların açılmasında maraqlı olmadığını iddia etməsi və üçtərəfli Bəyanata zidd olaraq Ermənistanın Naxçıvana maneəsiz keçidi təmin etməkdən imtina etməsi Ermənistanın öhdəliklərini heçə saydığını nümayiş etdirir. Azərbaycana qarşı mina təhdidini təkzib edən baş nazirə xatırlatmaq istərdik ki, məhz Ermənistan tərəfindən basdırılmış minalar 2020-ci il 44 günlük müharibədən sonra 300 nəfərdən çox azərbaycanlının mina qurbanına çevrilməsinə səbəb olub. Bununla yanaşı, Ermənistan tərəfindən uzun müddət mövcudluğu təkzib edilən və beynəlxalq təzyiqlərdən sonra təqdim edilən xəritələrin əksəriyyətinin faydasız olduğu və insanların həlak olduğu partlayışların 55 faizdən əksəriyyəti xəritələr təqdim edilməyən ərazilərdə baş verdiyi məlumdur. Ermənistan tərəfi həqiqətən də sülhdə maraqlıdırsa, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə yalnız sözdə deyil, əməldə də riayət etməli, bölgədə sülh və təhlükəsizliyə təhdid olan erməni silahlı qüvvələrini Azərbaycan ərazisindən dərhal çıxarmalıdır”.
Azərbaycan.-2023.- 7 iyul.- S.4.