Azərbaycanın
sədrliyi dövründə
Qoşulmama Hərəkatının
nüfuzu yüksəlib
120 ölkəni birləşdirən
Qoşulmama Hərəkatına
2019-cu ilin payızından
Azərbaycan uğurla
sədrlik edir. Bu dövrdə təsisatın Bakıda müxtəlif tədbirləri
baş tutub.
İyulun 5-də isə
Bakıda təşkilatın
növbəti tədbiri
- Qoşulmama Hərəkatının
Əlaqələndirmə Bürosunun
"Qoşulmama Hərəkatı:
meydana çıxan çağırışlarla mübarizədə
birgə və qətiyyətli" mövzusunda
nazirlər görüşü
keçirilib.
Görüşdə çıxış edən
Prezident İlham Əliyev ölkəmizin təşkilata sədrliyi
dövründə görülən
mühüm işlərdən
danışıb. Dövlət
başçısı bildirib
ki, Azərbaycan Qoşulmama Hərəkatına
sədrliyi dövründə
"Bandunq prinsipləri"
əsasında ədaləti,
beynəlxalq hüququ
və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə
qoruyub.
Ölkəmizin sədrliyi
olduqca mürəkkəb
tarixi dövrə təsadüf edib
Milli Məclisin
deputatı Elşad Mirbəşiroğlu qəzetimizə
açıqlamasında deyib
ki, Qoşulmama Hərəkatı Azərbaycanın
sədrliyi dövründə
fəaliyyətinin yeni
keyfiyyət mərhələsini
yaşayıb.
Deputat qeyd edib ki, ölkəmiz
QH çərçivəsində hər zaman yüksək nüfuza sahib olub, ehtirama
layiq görülüb:
"Bunun obyektiv səbəbi odur ki, Azərbaycan QH-nin fəaliyyətinin əsasında duran "Bandunq prinsipləri"ni öz fəaliyyətində
əsas götürüb.
Təsadüfi deyil ki, Azərbaycanın
2019-cu ildən təşkilata
sədrliyi dövründə
təsisata üzv ölkələrin davranışlarında
bu prinsiplərə istinad edilməsinin vacibliyi geniş təşviq olunub. Ümumiyyətlə, ölkəmizin
rəhbərliyi dövründə
Qoşulmama Hərəkatının
dünya miqyasında nüfuzu əhəmiyyətli
dərəcədə artıb.
Nəzərə almaq
lazımdır ki, Azərbaycanın təşkilata
üzvlük tarixi elə də uzaq deyil. 2011-ci ilin may ayında
Azərbaycan Qoşulmama
Hərəkatına tamhüquqlu
üzv seçilib.
2019-cu ildən etibarən
sədrliyin Azərbaycana
keçməsi haqqında
yekdilliklə qərar
qəbul olundu".
2019-cu ilin oktyabrında
QH-nin XVIII Zirvə toplantısının Bakıda
baş tutduğunu xatırladan E.Mirbəşiroğlu
bildirib ki, bu iclasda Azərbaycanın
ərazi bütövlüyünə
açıq dəstək
ifadə olunan üç mühüm qətnamə qəbul edilib. "Qoşulmama Hərəkatı beynəlxalq
əhəmiyyətli məsələlərin
müzakirə olunduğu
mühüm konfranslar
keçirib. Bu tədbirlərin əksəriyyəti
Bakıda baş tutub. Nəzərə almaq lazımdır ki, təsisata Azərbaycanın rəhbərliyi
olduqca mürəkkəb
tarixi dövrə - pandemiyaya təsadüf etdi", - deyə deputat əlavə edib.
O vurğulayıb ki,
Prezident İlham Əliyevin təşəbbüsü
ilə 2020-ci ilin may ayında QH-yə üzv ölkələrin təmas
qruplarının COVID-19-la mübarizəyə
həsr olunmuş toplantısı keçirilib
və burada həmin dövr üçün aktual olan məsələlər
müzakirə olunub. Eyni zamanda həmin
toplantıda dövlət
başçısı 2020-ci ildə BMT Baş Assambleyasının xüsusi
sessiyasının keçirilməsini
təklif edib.
Rəsmi Bakının
rəhbərliyi dövründə
Azərbaycanın səyləri,
təşəbbüsləri nəticəsində təsisat
daxilində mühüm
institusional inkişaf olduğunu deyən E.Mirbəşiroğlu bu dövrdə QH-nin Parlament Şəbəkəsinin
və Gənclər Təşkilatının yaradıldığını
xatırladıb. Bu isə gələcəkdə
təşkilat çərçivəsində
daha sıx ünsiyyət imkanları
təqdim etməyə
imkan verəcək:
"Bütün bunları
nəzərə alaraq
qeyd etmək lazımdır ki, iyulun 5-6-da QH-nin Əlaqələndirmə Bürosunun
nazirlər iclasının
Bakıda baş tutması Azərbaycanın
sədrliyi dövründə
təşkilatın dinamik
fəaliyyət göstərdiyini
bir daha sübut edir. İclas çərçivəsində
də müasir çağırışlarla mübarizədə
birlik və əzmkarlıq mövzusunda,
dünyanı narahat edən məsələlər
ətrafında fikir mübadiləsi aparıldı.
Təbii ki, bununla yanaşı, təmasların da inkişaf etməsi gələcəkdə həm
iki, həm də çoxtərəfli
əməkdaşlıq sistemini
inkişaf etdirəcək".
Azərbaycan təsisatda
mühüm rola malikdir
Azərbaycanın bir
çox beynəlxalq təşkilatlar çərçivəsində
fəal rol oynadığını vurğulayan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, bu
gün dünyada ölkəmizə diqqət,
etimad günü-gündən
artır.
O qeyd edib ki, həm BMT, həm də QH Azərbaycanın ən çox əməkdaşlıq
etdiyi təşkilatlardandır:
"Bu təşkilatlar
içərisində Qoşulmama
Hərəkatı ilk
yerdə durur. Bu, dünyanın ikinci böyük təşkilatıdır. Təsisatın
aktivliyi Azərbaycanın
sədrliyi dövründə
daha da artıb.
Ölkəmizdə Qoşulmama
Hərəkatının bir
çox konfransları,
görüşləri keçirilir.
Bu da onu
deməyə əsas verir ki, Azərbaycan
bu təşkilat çərçivəsində də öz işini düzgün formada qurub".
Deputat bildirib
ki, Azərbaycan təşkilatda fəaliyyətini
uğurla davam etdirir. Prezident İlham Əliyevin də iclasdakı çıxışında təşkilatın
rolu və fəaliyyətindən geniş
bəhs etdiyini deyən C.Məmmədov xatırladıb ki, dövlət başçısının
təşəbbüsü ilə pandemiya dövründə xüsusi
iclas keçirilib və bir sıra
dövlətlərə humanitar
yardım edilib. "Cənab Prezident dəfələrlə "peyvənd
millətçiliyi" ilə
bağlı fikirlərini,
mövqeyini bildirib. Bu gün Azərbaycan
Qoşulmama Hərəkatında
mühüm rola malikdir. Ölkəmiz təşkilat vasitəsi ilə qarşısına
qoyduğu hədəflərə
nail olmaq üçün davamlı
tədbirlər həyata
keçirir. Azərbaycan
Qoşulmama Hərəkatında
dünyada cərəyan
edən proseslərlə
bağlı mövqe ortaya qoyan, davamlı
addımlar atan bir ölkəyə çevrilib. Bu gün ölkəmizə inam böyükdür.
Əminəm ki, növbəti dövrdə
də təşkilatda
fəaliyyətimiz uğurla
davam edəcək. Həm Qarabağ, həm də digər məsələlərdə
bütün hədəf
və məqsədlərimizə
nail olacağıq",
- deyə o əlavə
edib.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2023.-
7 iyul.- S.6.