Polineziyadan
olan deputat: Fransanın nüvə silahından əziyyət
çəkən insanlarla
bağlı qəbul etdiyi qərar həqiqəti əks etdirmir
Fransa nüvə
silahı sınaqları
əhalini zəhərlədi
və bu səbəbdən nəsillərlə
davam edən xərçəng xəstəlikləri
artıb.
AZƏRTAC xəbər verir ki, bunu mətbuat konfransında Fransız Polineziyası Assambleyasının
deputatı Antoni Geros deyib.
O, Fransanın nüvə silahından əziyyət
çəkən insanlarla
bağlı qəbul etdiyi qərarın həqiqəti əks etdirmədiyini vurğulayıb.
“Polineziyalılar xərçənglə
bağlı bütün
xərcləri özləri
ödəyirlər. Tibbi
ekspertizalar kifayət qədər deyil. Fransa nüvədən zərər çəkən
şəxslərin xərclərinin
bir faizini belə ödəməyib.
Onların əhalini zəhərləməsi beynəlxalq
məhkəmələrdə sübut edilməlidir”, - deyə deputat bildirib.
Azərbaycan.-2023.- 7 iyul.-
S.5.