Emmanuel
Arqo: Fransa BMT-nin Afrika mənşəli
insanların hüquqları
ilə bağlı qərarına əməl
etmir
Prezident İlham
Əliyevin beynəlxalq
səviyyədə Fransa
ilə bağlı səsləndirdiyi fikirlər
xalqımız üçün
çox böyük ruh yüksəkliyi oldu. Fransa kimi
müstəmləkəçi ölkələr BMT-nin Afrika mənşəli insanların hüquqları
ilə bağlı qərarına əməl
etmirlər.
AZƏRTAC xəbər verir ki, bunu
Qoşulmama Hərəkatının
“Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru”
mövzusunda keçirilən
tədbirin iştirakçısı,
Fransadakı "Afrika
Mundus" təşkilatının
rəhbəri Emmanuel Arqo deyib.
Braziliyada Afrika mənşəli insanların hüquqlarının qorunması ilə bağlı konfrans keçirmək istədiklərini vurğulayan E.Arqo vurğulayıb: “Qoşulmama Hərəkatının toplantısı kimi genişmiqyaslı tədbirdə bizə verilən dəstək çox önəmli idi. Bunun üçün Prezident İlham Əliyevə təşəkkür edirəm. Dünya ictimaiyyətinin bizə dəstək verməsini, hüquqlarımızın bərpa olunmasını istəyirik”.
Azərbaycan.-2023.- 7 iyul.- S.6.