Jan-Viktor
Kastor: Hazırda Fransadakı qarşıdurmalar
Makronun siyasəti nəticəsində yaranıb
Hazırda Fransada
olan qarşıdurmalar
Emmanuel Makronun siyasəti nəticəsində
yaranıb. Azad şəkildə sözünü
demək istəyən
insanlara güc tətbiq edilir və onlar susdurulur.
AZƏRTAC xəbər verir ki, bunu
mətbuat konfransında
Fransa Milli Assambleyasının Fransız
Qvianasından olan deputatı Jan-Viktor Kastor deyib.
O qeyd edib ki, dövlətə edilən müraciətlər gərginliklə qəbul olunur. Gənclərin öldürülməsi, polis zorakılığı, haqsız yerə həbsləri buna nümunə göstərmək olar.
Azərbaycan.-2023.- 7 iyul.- S.6.