Müstəmləkəçi
Fransa işğalçı
Ermənistana havadarlıq
edir
Azərbaycan yalnız
öz sərhədləri
daxilində deyil, yerləşdiyi regionda, eləcə də bütün dünyada sülhün, sabitliyin tərəfdarıdır və
bunu bütün fəaliyyəti, xoş məramı ilə təsdiq edir.
44 günlük Vətən
müharibəsində ərazilərində
otuz ilə yaxın davam edən işğala
son qoyan, 2020-ci il noyabrın 10-da işğalçı Ermənistanı
kapitulyasiya aktına imza atmağa məcbur edən Azərbaycan öz böyük humanizmini müharibədən sonra məğlub ölkəyə
sülh təklif etməsi ilə bir daha göstərdi.
Təəssüf ki, Ermənistan imzaladığı
üçtərəfli Bəyanatın
şərtlərinə əməl
etməkdən yayınaraq
iki ölkə arasında normallaşmaya,
sülhün bərqərar
olunmasına hələ
də əngəl yaratmağa cəhd edir.
İyulun 5-də Bakıda
keçirilmiş Qoşulmama
Hərəkatının Əlaqələndirmə
Bürosunun "Qoşulmama
Hərəkatı: meydana
çıxan çağırışlarla
mübarizədə birgə
və qətiyyətli"
mövzusunda nazirlər
görüşündəki çıxışında Azərbaycan
Prezidenti İlham Əliyev bildirdi ki, əgər Ermənistan həqiqətən
də regionda çoxdan gözlənilən
sülhdə maraqlıdırsa,
onda onun silahlı qüvvələri
Azərbaycanın Qarabağ
bölgəsindən tamamilə
çıxmalıdır.
Ermənistan sülhlə
bağlı baş tutan üçtərəfli
görüşlərdə Qarabağı
Azərbaycan ərazisi
kimi tanıdığını
rəsmən bəyan
edir. Buna baxmayaraq, hələ də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi
Qarabağ bölgəsindən
silahlı tör-töküntülərini
çıxarmır. Bununla
da ölkəmizə qarşı ərazi iddiasından əl çəkmədiyini və
məramının sülhə
xidmət olmadığını
nümayiş etdirir.
Əslində, zəif
olduğunu yaxşı
bilən, hər zaman öz gücünə
deyil, başqalarına
arxalanan Ermənistan məkrli mövqeyindən
uzaqlaşmayıb. Yenə
də xarici havadarlarının ətəyindən
bərk-bərk yapışaraq
onların şirin vədlərinə uyaraq istədikləri havaya oynayır. Üçtərəfli
Bəyanatla üzərinə
götürdüyü öhdəlikləri
yerinə yetirməməklə,
ölkəmizə qarşı
təxribatlar törətməklə,
Azərbaycanın beynəlxalq
hüquq çərçivəsində
Laçın yolunda nəzarət-keçid məntəqəsi
qurmasını "blokada"
kimi dünyaya çatdırmağa çalışmaqla
yalnız iki ölkə arasında deyil, bütün regionda sülhün bərqərar olmasına əngəl törədir.
Ermənistan separatçılara
açıq dəstək
verir, onları silahlandırır, eyni zamanda da Qarabağda
yaşayan erməni sakinlərin cəmiyyətimizə
reinteqrasiya olunmasına
maneçilik yaradır.
Ədalət, sülh
naminə Ermənistan
dünyanın bütün
dövlətləri tərəfindən
mənfur əməllərinə
görə qınanmalı,
doğru yola dəvət olunmalıdır.
Lakin Fransa kimi müstəmləkəçi
dövlət işğalçı
Ermənistanın vaxtilə
azərbaycanlılara qarşı
törətdiyi qətliamları,
soyqırımlarını "unudur" və bu gün ölkəmizə
qarşı təxribatlar
törətməsinə siyasi
dəstək verir. Öz tarixi qanlı cinayətlərlə,
terrorla ləkələnmiş,
əli milyonlarla əlcəzairlinin qanına
batmış Fransa bununla faşizm xislətini bir daha ortaya qoyur.
Qoşulmama Hərəkatının
Əlaqələndirmə Bürosunun
nazirlər görüşündəki
çıxışında Prezident İlham Əliyevin dediyi kimi, Fransa hətta
Korsika dilinə qadağa qoyur və etnik azlıqlar
konsepsiyasını qəbul
etmir, lakin eyni zamanda özünü
Azərbaycandakı erməni
milli azlığının
müdafiəçisi kimi
göstərməyə çalışır.
Dövlətimizin başçısı
bildirdi ki, bu, riyakarlıq və ikili standartlardan
başqa bir şey deyil, Fransa hakimiyyəti başqalarına mühazirə
oxumağa cəhd etmək əvəzinə,
öz ölkəsində
bu cür narahatedici meyillərlə
mübarizə aparmalıdır.
Azərbaycanın neokolonializm
meyillərinin artmasından
olduqca narahat olduğunu qeyd edən dövlətimizin başçısı dekolonizasiya
prosesi nəticəsində
yaranmış Qoşulmama
Hərəkatının keçmişin
bu utancverici mirasına qarşı qətiyyətlə mübarizə
aparmalı və onun tamamilə aradan qaldırılmasına
öz töhfəsini
verməli olduğunu söylədi: "Neokolonializmi
hələ də davam etdirən ölkələrdən biri
Fransadır. Fransanın
Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının
iyrənc qalıqlarıdır.
Fransa Qəmər adalarının Mayot adası üzərində
suverenliyinə, həmçinin
Yeni Kaledoniya xalqının, o cümlədən
özünün digər
dənizaşırı icma
və ərazilərində
yaşayan xalqların
hüquqlarına hörmət
etməlidir".
Dövlət başçısı
İlham Əliyev nəzərə çatdırdı
ki, Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə
1,5 milyona yaxın əlcəzairli qətlə
yetirilib. Dövlətimizin
başçısı hələ
də Paris muzeyində
əlcəzairli azadlıq
döyüşçülərinin kəllə sümüklərinin
müharibə qənimətləri
kimi saxlanılmasının
utancverici və iyrənc hərəkət
olduğunu bildirdi:
"Biz Fransa Prezidenti Emmanuel Makrondan həmin qəhrəmanların qalıqlarını
Əlcəzairə təhvil
verməsini tələb
edirik".
Prezident İlham
Əliyev qeyd etdi ki, özünü
yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi
qələmə verən
Fransa hələ də digər ölkələrin daxili işlərinə qarışır.
Dövlətimizin başçısı
Fransa qoşunlarının
bu yaxınlarda Mali və Burkina-Fasodan
çıxarılması onun
Afrikadakı amansız
neokolonializm siyasətinin
uğursuzluğa məhkum
olduğunu bir daha göstərdiyini vurğuladı: "Təəssüf
ki, Fransa Azərbaycanın Qarabağ
bölgəsində erməni
separatizmini dəstəkləyərək,
geosiyasi rəqabət,
xarici hərbi mövcudluq və "Orientalizm" müstəmləkəçilik
siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni
mənfur təcrübəni
tətbiq etməyə
çalışır".
Prezident İlham
Əliyev vurğuladı
ki, Fransa öz müstəmləkə
keçmişinə, qanlı
müstəmləkə cinayətlərinə
və soyqırımı
aktlarına görə
Qoşulmama Hərəkatına
üzv olan Afrika, Cənub-Şərqi
Asiya ölkələrindən
və digər ölkələrdən üzr
istəməlidir.
Bakıda keçirilən
növbəti mötəbər
beynəlxalq görüşdə
Azərbaycan Prezidenti bu günlər Fransada baş verən və bütün dünyanın
diqqət mərkəzində
olan hadisələrdən
də danışdı,
Fransada, xüsusilə
mediada və internetdə müəyyən
etnik azlıqlara qarşı davamlı və geniş şəkildə yayılmış
irqçi, ayrı-seçkilik
salan fikirlərin, rəsmi şəxslər
və parlamentin iki palatasının üzvləri tərəfindən
irqi nifrət xarakterli çıxışların
getdikcə artmaqda olduğunu söylədi. Dövlətimizin başçısı
bu yaxınlarda əlcəzairəsilli 17 yaşlı
yeniyetmənin Fransa polisi tərəfindən qətlə yetirilməsinin
bu ölkədə irqçiliyin və islamofobiyanın daha bir əlaməti olduğunu qeyd etdi: "Bu baxımdan, biz BMT-nin polisin atəş
açmasını pisləyən
və Fransanı
"hüquq-mühafizə orqanlarında irqçilik
və ayrı-seçkiliyin
dərin problemlərini
ciddi şəkildə
həll etməyə"
çağıran bəyanatını
dəstəkləyirik".
Zöhrə FƏRƏCOVA, Müstəmləkəçi Fransa
işğalçı Ermənistana
havadarlıq edir
6–7 минут

Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2023.-
8 iyul.- S.10.