Azərbaycan
Sahibkarlar Konfederasiyasının
nümayəndə heyətinin
Özbəkistana işgüzar
və yaddaqalan səfəri
İyulun 3-7-də Daşkənd
şəhərində "Yeni Özbəkistan: biznes və investisiya üçün
yeni perspektivlər"
mövzusunda silsilə
tədbirlər keçirilib.
Tədbirlərin ilk
günü Türk Ticarət və Sənaye Palataları Birliyinin iclası keçirilib. Azərbaycan
Respublikası Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları Milli
Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti iclasda iştirak edib.
İclasda Özbəkistan
Respublikasının Baş
nazirinin müavini Cəmşid Xocayev, Türk Ticarət və Sənaye Palataları Birliyinin İdarə Heyətinin sədri, Türkiyə Palatalar və Birjalar Birliyinin prezidenti M.Rıfat Hisarcıklıoğlu, Özbəkistan
Respublikası Ticarət
və Sənaye Palatasının Rəyasət
Heyətinin sədri -
gənclər siyasəti
və idman naziri Adham İkramov,
Türk Dövlətləri
Təşkilatı Baş
katibinin müavini Ömər Kocaman, Türk İnvestisiya Fondunun prezidenti Bağdad Amreyev, Özbəkistan Respublikası
Ticarət və Sənaye Palatasının
sədri Davron Vahabov, Qırğız Ticarət və Sənaye Palatasının
prezidenti Temir Sariev, Türkmənistanın
Ticarət və Sənaye Palatasının
şöbə müdiri
Kamal Vəliyev və Kipr Türk
Respublikasının Ticarət
və Sənaye Palatasının sədri Turqay Deniz çıxış
ediblər.
M.Musayev çıxışında
Rıfat Hisarcıklıoğlunu
yenidən TOBB prezidenti
seçilməsi münasibətilə
təbrik edib. O, Özbəkistanın istər
Azərbaycan, istərsə
də türk dünyası üçün
əhəmiyyəti və
ölkələrimiz arasındakı
iqtisadi əməkdaşlığın
hazırkı vəziyyəti,
mövcud imkanlar barədə danışıb.
ASK-nin prezidenti Türk Ticarət və Sənaye Palatasının gələcək
imkanlarının çox
geniş olduğunu vurğulayıb. Məlumat
olaraq tədbir iştirakçılarının diqqətinə çatdırıb
ki, Türk Dövlətləri Təşkilatının
üzvlərinin ümumi
ərazisi 4,8 milyon kvadrat kilometr, əhalisi 174 milyon nəfərdən çoxdur.
2022-ci ilin yekun nəticələrinə görə,
üzv dövlətlərdə
ümumi daxili məhsulun (ÜDM) həcmi
1,4 trilyon, ticarət dövriyyəsi 856 milyard
ABŞ dolları təşkil
edir. Ümumilikdə dünya ərazisinin 1 faizini, ticarət dövriyyəsinin 3faizini Türk
Dövlətləri Təşkilatına
üzv ölkələr
əhatə edir.
Palata ilk növbədə üzv ölkələrdə fəaliyyət
göstərən sahibkarların
şəbəkələşməsinə,
ölkələrimizin iqtisadi
özəlliklərini öyrənməyə
imkan yaradıb. Ötən dövr ərzində üzv dövlətlərin bir çoxunda biznes-forumlar təşkil olunub və müəyyən yeni iqtisadi əməkdaşlıqların
əsası qoyulub.
Eyni zamanda konfederasiya rəhbəri Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Özbəkistan Ticarət
və Sənaye Palatası arasında yüksək əlaqələrin
olduğunu böyük
məmnunluqla vurğulayıb.
O, hər iki qurum arasında təsis edilən Azərbaycan-Özbəkistan İşgüzar
Şurasının fəaliyyətindən
bəhs edərək,
sahibkarlara dəstəyin
göstərilməsi, ölkələrimiz
arasında investisiya qoyuluşunun artırılması
məqsədilə atılan
addımları qeyd edib. M.Musayev ölkəmizdə iqtisadi
sahədə aparılan
struktur islahatlar, investisiya mühiti, Qarabağ və Şərqi Zəngəzur
iqtisadi rayonlarındakı
mövcud iqtisadi potensial haqqında da tədbir iştirakçılarına ətraflı
məlumat verib.
Səfər çərçivəsində
nümayəndə heyəti
bir sıra mühüm görüşlərdə
və debatlarda iştirak edib, Türkiyə Odalar və Borsalar Birliyi nəzdində Türkiyə İqtisadiyyat
və Texnologiya Universitetinin Daşkənd
filialı olan
"TOBB ETÜ TASHKENT" Universitetinin fəaliyyəti, mövcud
elmi-innovativ potensialı
ilə tanış olublar.
ASK-nin prezidenti
səfər çərçivəsində
"Yeni Özbəkistan:
biznes və investisiya üçün
yeni perspektivlər"
panel müzakirələrində
iştirak edib. Paneldə Özbəkistan
Parlamentinin vitse-spikeri
Sodiq Safoyev, Türkiyə, Rusiya və digər ölkələrin tanınmış
biznes nümayəndələrinin
iştirak etdikləri
tədbirdə M.Musayev
bildirib ki, qardaş Özbəkistan istər Azərbaycan, istərsə də türk dünyası üçün hər zaman mühüm əhəmiyyət kəsb
edib. Hazırda Azərbaycanla Özbəkistan
arasında siyasi, mədəni, iqtisadi və digər sahələrdə əlaqələr
yüksələn xətlə
inkişaf edir. Belə ki, hər
iki ölkənin dövlət başçıları
arasında olan dostluq və qardaşlıq münasibətləri
ikitərəfli əlaqələrdə
bütün sahələrə
öz töhfəsini
verib. Bu dostluq əlaqələrinin
ruhuna uyğun olaraq, Azərbaycan Sahibkarlar Konfederasiyası Özbəkistanın müvafiq
biznesə dəstək
təşkilatları ilə
birgə ölkələrimiz
arasında ticarət və iqtisadi əlaqələrin inkişafı
istiqamətində işlər
görməkdədir.
İlk dəfə
2018-ci ilin mart ayında Azərbaycan Sahibkarlar Konfederasiyası olaraq böyük nümayəndə heyəti
ilə Özbəkistanda
rəsmi səfərin
təşkil olunması
ilə biznes nümayəndələri arasında
başlanan əməkdaşlığın
inkişaf etdiyini deyən M.Musayev Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Özbəkistan Respublikası Ticarət və Sənaye Palatası arasında İşgüzar Şuranın
yaradılmasına dair
sazişin müddəalarına
görə artıq 3
iclasın keçirildiyini
və perspektiv əməkdaşlıq istiqamətlərinin
müəyyən olunduğunu
bildirib.
Konfederasiya prezidenti
hər iki ölkədə çalışan
sahibkarlara dəstəyin
göstərilməsi, ölkələrimiz
arasında investisiya qoyuluşunun artırılması
məqsədi ilə
ASK-nin Özbəkistan
Respublikasında nümayəndəsi
kimi 2021-ci ildən Fərid Verdiyevin fəaliyyətə başladığını
vurğulayıb.
M.Musayev onu da qeyd edib
ki, Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Özbəkistan Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq
həm ikitərəfli
formada, həm də beynəlxalq təşkilatlar, xüsusilə
Türk Ticarət və Sənaye Palataları Birliyi çərçivəsində
uğurla davam edir. O, 2022-ci il sentyabrın 16-da Şuşa
şəhərində Qarabağ
və Şərqi Zəngəzur regionunun bərpası və inkişafına həsr olunmuş Şuşa Türk Biznes-Forumunu xüsusilə qeyd edib. M.Musayev Türk Dövlətləri
Təşkilatına üzv
və müşahidəçi
ölkələrdə fəaliyyət
göstərən sahibkarları
Qarabağ və Şərqi Zəngəzur
regionunun geniş iqtisadi potensialından istifadə etməyə dəvət edib. Bildirib ki, qardaş
özbək xalqı adından işğaldan azad edilmiş Füzuli şəhərində
Özbəkistan Prezidenti
cənab Şavkat Mirziyoyevin təşəbbüsü
ilə tikilməkdə
olan məktəb dostluq və qardaşlığımızın bariz nümunəsidir.
Azərbaycan dövlətinin
öz iqtisadiyyatını,
onun strukturunu reformasiya etdiyini, ölkəmizdə güclü
iqtisadi islahatların aparıldığını vurğulayan
Məmməd Musayev bu islahatlarda başlıca hədəflərdən
biri kimi investisiya mühitinin əlverişliliyini artırmaq
olduğunu bildirib. Azərbaycan dövlətinin
postpandemiya və postkonflikt dövründə
keyfiyyətcə yeni olan və 2021-2030-cu illəri əhatə edən strateji mərhələyə daxil
olduğunu söyləyib.
M.Musayev həmçinin
ölkəmizin ərazi
bütövlüyünün bərpası ilə səciyyələnən yeni
strateji dövrdə dərin institusional islahatlar hesabına Azərbaycan dövlətinin
qüdrətinin daha da artırılması, yüksək rifah cəmiyyətinin qurulması,
azad edilmiş bölgələrə tarixi
qayıdış və
məskunlaşmanın təmin
edildiyini bildirib.
ASK-nin prezidenti
Azərbaycan ilə Özbəkistan, həmçinin
digər Türk Dövlətləri Təşkilatına
üzv ölkələr
arasında qeyri-neft sektoru, xüsusən "yaşıl enerji", maliyyə, elm və texnologiya, informasiya texnologiyaları,
təhsil, kənd təsərrüfatı, o cümlədən
turizm kimi sahələrdə əhatə
dairəsini genişləndirmək
üçün böyük
potensial olduğunu qeyd edib.
Konfederasiya rəhbəri və nümayəndə heyəti səfər çərçivəsində keçirilmiş ikitərəfli görüşlərdə sahibkarları maraqlandıran sualları cavablandırıb.
Azərbaycan.-2023.- 8 iyul.- S.11.