Bir dühanın portreti

 

Nigar BAĞIROVA: "Ən böyük azərbaycanlı Heydər Əliyevin portretini onun şəxsiyyətinə, şanına yaraşır şəkildə yaratmaq xoşbəxtliyinə nail olmuşam"

 

...O gün həyatının ən unudulmaz, qürurverici, həm ən həyəcanlı günü idi. Bir rəssam olaraq uzaq Amerikada, okeanın o tayında ölkəmizi həm Ulu Öndər Heydər Əliyevin portreti ilə təmsil edirdi. Dahi şəxsiyyətin portretini çəkmək kimi fəxrli məsuliyyətli bir işi necə yerinə yetirməsinin ona tamaşa edənlər tərəfindən veriləcək qiymətini intizarla, ürək çırpıntıları ilə gözləyirdi...

Lakin Ümummilli Liderin sərgilənən fotoları arasında yer alan yeganə tabloya, həm azərbaycanlı, həm xarici sərgi iştirakçılarının böyük maraq bəyənmə ilə baxması, "İlahi, necə iti baxır, sanki gözləri canlıdır...", pıçıltılarını eşitməsi isə ona ruhi rahatlıq bəxş etmiş, ömründəki ən böyük xoşbəxtliyi yaşatmışdı: "O an özümü dünyanın ən bəxtəvəri sandım, bir azərbaycanlı olaraq qürur duydum ki, ən böyük azərbaycanlı Heydər Əliyevin portretini onun şəxsiyyətinə, şanına yaraşır şəkildə yaratmaq xoşbəxtliyinə nail olmuşam".

 

Heydər Əliyev ideyalarının işığından rəssam fırçasına süzülən nur

 

Azərbaycan Rəssamlar İttifqının üzvü Nigar Bağırova Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə çəkdiyi portretin ölkəmizdə, eyni zamanda da bu il iyunun 22-də Amerikadakı səfirliyimizin təşkilatçılığı ilə Vaşinqtonda sərgilənən zaman görənlər tərəfindən böyük maraq rəğbətlə qarşılanmasından danışır.  

Rəssam həmsöhbətimiz deyir ki, onun tərəfindən indiyə qədər xeyli rəsm əsərləri çəkilib, dünyanın müxtəlif yerlərində - Malayziyada, Fransada, Mayamidə sərgiləri təşkil olunub, amma Ulu Öndərin bu tablosunu özünün şah əsəri hesab edir: "Düzü, bu dahi şəxsiyyətin portretini çəkməyə qərar verməyə xeyli çətinlik çəkdim, birincisi, bu mənim üçün böyük məsuliyyət idi, istər-istəməz düşünürdüm ki, birdən layiqincə alınmaz..."

Amma bu fenomen şəxsiyyətə olan böyük rəğbətdən, ehtiramdan güc alan xanım rəssam "bismillah" deyərək fırçanı əlinə alır ruhundan, düşüncələrindən süzülən duyğularını ecazkar rənglərin köməyi ilə kətan üzərinə həkk etməyə başlayır: "Ulu Öndərin çox xoşladığım bir fikri var, hətta övladlarıma da uşaqlıqdan bu fikirləri aşılayıram: "Fəxr edirəm ki, mən azərbaycanlıyam!". Ulu Öndərin bu fikirləri hər zaman həyat yolumun mayakı olub, həmişə fəxr etmişəm ki, azərbaycanlıyam, Azərbaycan qadınıyam, mənim qədim yurdum, ədəbiyyatım, incəsənətim, musiqim, tarixim var. Bax elə bu portret Heydər Əliyev ideyalarının işığından süzülən nurla yaradılıb".

Nigar xanım deyir ki, Heydər Əliyevin  portretinin bu qədər canlı təbii alınmasında həm həyat yoldaşının, 1993-2003-cü illər ərzində Heydər Əliyevin fotoqrafı olmuş Rafiq Bağırovun Ulu Öndəri yaxından tanıyan bir insan kimi ona məsləhətlər verməsi böyük rol oynayıb: "Sanki mən Ulu Öndəri yaxından görmüş kimi çəkdim, Rafiq müəllimin gözləri ilə..."

 

Arzuların zirvəsində

 

Bu il mayın 10-da Ümummilli Liderin doğum günündə dahi şəxsiyyətin portretini ilk dəfə yerli televiziya kanallarının birində nümayiş etdirən Nigar Bağırova əsəri haqqında yerli tamaşaçılardan xeyli xoş sözlər, təriflər eşidir. Bundan az sonra isə Azərbaycanın Amerikadakı səfirliyi tərəfindən möhtəşəm bir təklif alır: "ABŞ-dəki səfirliyimizdən mart ayında Rafiq müəllimə belə bir təklif edilmişdi ki, Ulu Öndərin ABŞ- səfərlərindən olan fotolarından ibarət bir kitab nəşr edilsin. Qısa zamanda nəfis tərtibatda işıq üzü görən bu kitabın təqdimatının isə Vaşinqtonda həyata keçirilməsi planlaşdırıldı. Orada həm Rafiq müəllimin kitabda da yer alan fotolarından ibarət sərgi təşkil olunacaqdı. Təklif etdilər ki, çəkdiyim portret orada sərgilənsin. Bu mənim üçün təsvirəgəlməz fürsət, arzularımın gerçəkləşməsi idi, çünki çəkdiyim tablonun bütün dünyanı gəzməsi  diləyim idi".

İyunun 22-də Vaşinqtonda ABŞ-dəki səfirliyimiz tərəfindən təşkil olunan yüzlərlə yerli xarici qonağın iştirak etdiyi möhtəşəm kitab təqdimatında fotosərgidə yeganə rəsm əsəri olan Ulu Öndərin tablosu da böyük diqqət çəkir, maraqla qarşılanır.

Həmin gün Rafiq Bağırovun 100 fotosunun yer aldığı nəfis tərtibatla hazırlanmış kitabı da, fotosərgisi hamı tərəfindən bəyənilir. Eyni zamanda burada sərgilənən öz canlılığı ilə hər kəsin diqqətini çəkən Ulu Öndərin Nigar Bağırova tərəfindən çəkilən portreti seyr edənlərin qəlbini fəth edir: "Təsəvvür edin ki, uzaq Amerikada hər kəs sənin çəkdiyin portreti tərif edirdi, tablonun çox canlı olduğunu söyləyirdi, daha bundan böyük xoşbəxtlik olarmı?!. O gün ölkəmiz, Rafiq müəllim adına qürur hissi yaşadım. Bu mənim üçün böyük şərəf idi ki, Ulu Öndərin 100 illiyinin ABŞ- qeyd edildiyi möhtəşəm gündə, həm elə dahi şəxsiyyətin portreti ilə Azərbaycan Rəssamlar İttifaqını təmsil edirdim. Buna görə ittifaqın rəhbəri Fərhad Xəlilova çox təşəkkür edirəm ki, vaxtilə o mənim uğurlarımı görüb Rəssamlar İttifaqına qəbul edib. İncəsənət, rəssamlıq elə bir sənət növüdür ki, sənə inanmalıdırlar, onda sən öz yaradıcılıq gücünü daha çox göstərmək istəyirsən. Belə olmayanda ruhdan düşürsən".

 

 

Dağ ucalığında insan

 

Ulu Öndərin Amerikada böyük rəğbət qazanan sözügedən portretini şəxsən ABŞ-dəki səfirimiz Xəzər İbrahimliyə təqdim edərək səfirliyimizə hədiyyə etdiklərini söyləyən Nigar xanım deyir ki, bu rəsm əsəri həm ölkələrimiz arasındakı mədəni əlaqələrə Azərbaycanın təbliğinə böyük töhfə verəcək: "Ulu Öndər kimi bir dühanın portretini çəkmək, onun kimi uca şəxsiyyətin xarakterini incə cizgilərinə qədər verə bilmək böyük hünər tələb edir. buna qədər müvəffəq olduğunu yalnız əsərə baxanların ona verdiyi dəyərdən anlamaq olur. O gün mən Ulu Öndərin portretinə baxanlardan həmin böyük qiyməti aldım bu mənə dünyanın ən böyük hədiyyəsidir...

Yaradıcılığımda ən çox dağlara geniş yer vermişəm, Heydər Əliyev mənim üçün dağ ucalığında əlçatmaz zirvədir.

Azərbaycanı hərtərəfli tərəqqi ünvanına çevirən Ulu Öndər Heydər Əliyev mədəniyyətimizi inkişaf etdirib, incəsənət mədəniyyət xadimlərimizə hər zaman böyük diqqət qayğı göstərib. Hər bir azərbaycanlı Ulu Öndəri ilə fəxr edir mənəvi borc olaraq onun adını yaşatmaq üçün əlindən gələn isə etməyə çalışır.

Mən azərbaycanlı rəssam kimi böyük ehtiramla bu portreti Ulu Öndər Heydər Əliyevin 100 illiyinə ithaf etmişdim, amma elə bu tablo mənim özüm üçün Ulu Öndərin möhtəşəm töhfəsi oldu".

 

Yasəmən MUSAYEVA,

Azərbaycan.-2023.- 8 iyul.- S.11.