“İpək
Yolu” festivalı çərçivəsində Şəkinin “Zirvə” Folklor Ansamblının konserti olub
Şəki “İpək
Yolu” XII Beynəlxalq Musiqi Festivalı sona yaxınlaşır.
Festival çərçivəsində iyulun 7-də “Yuxarı Karvansaray” mehmanxana-kompleksində
Şəkinin “Zirvə”
Folklor Ansamblının
konserti olub.
AZƏRTAC-ın bölgə
müxbiri xəbər
verir ki, konsertin əvvəlində
“Zirvə” Folklor Ansamblı haqqında məlumat verilib. Qeyd olunub ki,
ansambl 2017-ci ildə Şəki Şəhər
Uşaq İncəsənət
Məktəbinin direktoru
Eldar Rəcəbovun təşəbbüsü ilə
yaranıb. Ansamblın
üzvləri qədim
milli xalq çalğı alətlərində
- tar, ud, çəqanə, kamança,
topuz, baş tar, qanun, nağara,
balaban və digər alətlərdə
ifa edirlər. Ansambl ilk dəfə
2018-ci ildə Azərbaycan
Xalq Cümhuriyyətinin
100 illiyinə həsr
olunmuş tədbirdə
çıxış edib.
Kollektiv daha sonra İncəsənət
Məktəbinin yaranmasının
80 illiyinə həsr olunmuş yubiley tədbirində, həmçinin
dövlət əhəmiyyətli
bir çox tədbirlərdə iştirak
edib, tamaşaçı
rəğbəti qazanıb.
Daha sonra folklor ansamblı çıxış edib.
Azərbaycan.-2023.- 8 iyul.-
S.11.