AzMİU-nun rektoru Danimarkada keçirilən Ümumdünya Memarlar Konqresində iştirak edib

 

2-6 iyul 2023-cü ildə  Danimarkanın Kopenhagen şəhərində Beynəlxalq Memarlar İttifaqının (BMİ) təşkilatçılığı ilə Ümumdünya Memarlar Konqresi keçirilib.

Konqresdə ölkəmizi Azərbaycan Memarlıq İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova, Azərbaycan Memarlar İttifaqının sədri, AzMİU-nun Memarlıq layihələndirilməsi şəhərsalma kafedrasının müdiri professor Elbay Qasımzadə, İtaliya-Azərbaycan Dizayn Mərkəzinin direktoru Fərid Kərimov, AzMİU-nun Memarlıq konstruksiyaları abidələrin bərpası kafedrasının baş müəllimi Aliya Əliyeva Memarlıq fakültəsinin tələbələri Leyli Əfəndiyeva, Jalə Abuşova, Ayməsey Qafarzadə, Ramid Səlimov təmsil ediblər. Konqresin əsas mövzusu "Dayanıqlı gələcək - heç kəsi geridə qoymayın" olub dünya üzrə 400-dən çox məruzəçi iştirak edib. İştirakçılar arasında məşhur memarlar, yeni istedadlar, elm adamları ilə yanaşı, transmilli şirkətlərin rəhbərləri nüfuzlu siyasətçilər olublar. Ümumilikdə 135 ölkədən 6000-dən çox iştirakçının qatıldığı konqresdə tanınmış tədqiqatçılar elm adamları iqlim dəyişikliyi ilə mübarizə, biomüxtəlifliyi artırmaq sosial inklüzivliyin təşviqi üçün yeni dizayn yollarını axtarıblar. Konqres "Kopenhagen dərsləri" adı altında sürətli köklü dəyişiklik üçün 10 prinsipin təqdim edilməsi ilə yekunlaşıb.

 

Azərbaycan.-2023.- 8 iyul.- S.12.