Heydər
Əliyev adına Beynəlxalq Təhsil Qrantı proqramının
təsis edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
İslam Əməkdaşlıq
Təşkilatına və
Qoşulmama Hərəkatına
üzv dövlətlərin
vətəndaşlarının Azərbaycan Respublikasının
ali təhsil müəssisələrində təhsili üçün
Azərbaycan Respublikası
Prezidentinin təsis etdiyi qrant proqramları
Azərbaycanın beynəlxalq
nüfuzunun artmasına,
İslam Əməkdaşlıq
Təşkilatı və
Qoşulmama Hərəkatı
çərçivəsində əməkdaşlığın möhkəmlənməsinə, dost və tərəfdaş
ölkələrdə insan
resurslarının inkişafına
nəzərəçarpan töhfələr vermişdir.
Həmin təhsil
qrantı proqramlarının
uğurlu təcrübəsi
əsasında xarici ölkə vətəndaşlarına
təhsil qrantının
verilməsi istiqamətində
növbəti mərhələyə
keçid beynəlxalq
sülh və əməkdaşlığın möhkəmləndirilməsi ilə
yanaşı, Azərbaycan
ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artmasına,
beynəlmiləlləşməsinə və ali təhsil
müəssisələrində təhsil alan əcnəbilərin coğrafi
müxtəlifliyinin genişlənməsinə
də müsbət təsir edəcəkdir.
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, müasir Azərbaycan dövlətinin qurucusu, dahi siyasi və
dövlət xadimi, Azərbaycan xalqının
Ümummilli Lideri Heydər Əliyevin beynəlxalq münasibətlər
sistemində Azərbaycan
Respublikasının layiqli
mövqe qazanmasında
müstəsna rolunu nəzərə alaraq, ali təhsil müəssisələrində əcnəbilərin təhsilinə
dəstək vermək
məqsədilə qərara
alıram:
1. Aşağıdakı ölkələrin vətəndaşlarının
Azərbaycan Respublikasının
ali təhsil müəssisələrinin tədris
dilinə uyğun hazırlıq kurslarında,
bakalavriat (əsas (baza ali) tibb
təhsili), magistratura
(rezidentura), doktorantura
səviyyələrində təhsili üçün
"Heydər Əliyev
adına Beynəlxalq Təhsil Qrantı" proqramı təsis edilsin:
1.1. İslam
Əməkdaşlıq Təşkilatına
üzv ölkələr;
1.2. Qoşulmama
Hərəkatına üzv
ölkələr;
1.3. İnkişaf
etməkdə olan Kiçik Ada Dövlətləri qrupuna
daxil olan ölkələr;
1.4. xalqımızla
etnik, tarixi və mədəni bağlara malik xalqların və milli azlıqların yaşadığı ölkələr.
2. Müəyyən edilsin ki, bu
Sərəncamın 1-ci hissəsi
ilə təsis edilmiş təhsil qrantı:
2.1. 2024-2025-ci tədris ilindən başlayaraq hər il 100 təhsil qrantı olmaqla 5 (beş) il müddətində verilir;
2.2. Azərbaycan Respublikasının
hesabına ödənilən
təhsil haqqı, viza, qeydiyyat, yataqxana və ya mənzil kirayəsi, gündəlik
qidalanma, tədris ədəbiyyatı ilə
təminat, nəqliyyatdan
(taksi xidmətindən
başqa) istifadə, kommunal xidmətlər, tibbi yardım və təhsil qrantı alacaq şəxslərin ildə
bir dəfə ölkələrinə gediş-gəliş
xərclərini əhatə
edir.
3. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
3.1. "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı"nın
verilməsi qaydasını
və həmin təhsil qrantının məbləğini iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
3.2. bu
Sərəncamdan irəli
gələn digər məsələləri həll
etsin.
4. Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birlikdə hər il may ayının
1-dən gec olmayaraq, bu Sərəncamın
1.1-1.4-cü bəndləri üzrə təhsil qrantının verilməsi
üçün kvotaları
(o cümlədən ölkələr
üzrə kvotaları),
namizədlərin seçim
meyarlarını və
bunların əsasında
təhsil qrantı alacaq şəxslərin siyahısını müəyyənləşdirsinlər.
5. Azərbaycan Respublikasının
Elm və Təhsil Nazirliyi bu Sərəncamın
4-cü hissəsinə uyğun
olaraq müəyyənləşdirilmiş
siyahı üzrə əcnəbilərin təhsil
alacaqları Azərbaycan
Respublikasının ali
təhsil müəssisələrini
müəyyən etsin
və 2024-2025-ci tədris
ilindən başlayaraq
həmin ali təhsil müəssisələrinə
Azərbaycan Respublikasının
dövlət büdcəsindən
bu Sərəncamın
2.2-ci bəndində nəzərdə
tutulan xərclərin
ödənilməsini təmin
etsin.
6. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi bu Sərəncamın
2.2-ci bəndində nəzərdə
tutulan xərclərin
maliyyələşdirilməsi üçün tələb
olunan vəsaitin müvafiq illər üzrə dövlət büdcəsi layihəsində
nəzərdə tutulması
ilə bağlı zəruri tədbirlər görsün.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
8 iyul 2023-cü il
Azərbaycan.-2023.-
9 iyul.- S.2.