Azərbaycan
Respublikası Hökuməti
ilə Səudiyyə
Ərəbistanı Krallığı
Hökuməti arasında
energetika sahəsində
Əməkdaşlıq Sazişinin
təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. 2023-cü il mayın
24-də Ər-Riyad şəhərində
imzalanmış "Azərbaycan
Respublikası Hökuməti
ilə Səudiyyə
Ərəbistanı Krallığı
Hökuməti arasında
energetika sahəsində
Əməkdaşlıq Sazişi"
təsdiq edilsin.
2. Bu Fərmanın
1-ci hissəsində göstərilən
Əməkdaşlıq Sazişi
qüvvəyə mindikdən
sonra Azərbaycan Respublikasının Energetika
Nazirliyi onun müddəalarının həyata
keçirilməsini təmin
etsin.
3. Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyi Əməkdaşlıq
Sazişinin qüvvəyə
minməsi üçün
zəruri olan dövlətdaxili prosedurların
yerinə yetirildiyi barədə Səudiyyə
Ərəbistanı Krallığı
Hökumətinə bildiriş
göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
8 iyul 2023-cü il
Azərbaycan.-2023.-
9 iyul.- S.2.