Azərbaycan
Respublikasının Gənclər
və İdman Nazirliyi ilə Litva Respublikasının Sosial Təhlükəsizlik
və Əmək Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq
haqqında Sazişin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. 2023-cü il mayın
22-də Vilnüs şəhərində
imzalanmış "Azərbaycan
Respublikasının Gənclər
və İdman Nazirliyi ilə Litva Respublikasının Sosial Təhlükəsizlik
və Əmək Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq
haqqında Saziş"
təsdiq edilsin.
2. Bu Fərmanın
1-ci hissəsində göstərilən
Saziş qüvvəyə
mindikdən sonra Azərbaycan Respublikasının
Gənclər və İdman Nazirliyi onun müddəalarının
həyata keçirilməsini
təmin etsin.
3. Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyi Sazişin qüvvəyə minməsi
üçün zəruri
olan dövlətdaxili
prosedurların yerinə
yetirildiyi barədə
Litva Respublikası Hökumətinə bildiriş
göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
8 iyul 2023-cü il
Azərbaycan.-2023.-
9 iyul.- S.2.