Azərbaycan
iki sivilizasiya arasında körpü rolu oynayır
Fransa isə islamofobiya siyasətinin mərkəzinə
çevrilir
Tarixi ənənələrə
nəzər salsaq görərik ki, multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat
tərzi olmuşdur. Bu gün də
milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq, bu həyat tərzi
Azərbaycanın hər
bir vətəndaşının
gündəlik həyat
tərzidir.
Ölkəmizin ərazisində
yaşayan digər etnik xalqlar və
dini qrupların nümayəndələrinin təmsilçiliyini
özündə cəmləyən
bu siyasi davranış XX əsrin sonlarında Ümummilli Lider Heydər Əliyev tərəfindən
dövlətçilik ideologiyası
formasına çevrilmışdir.
Təəssüf doğuran
haldır ki, dünyaya "mədəniyyət
ixrac edən" bəzi Avropa ölkələrində mövcud
milli-mədəni müxtəliflik
və etnik-dini dözümlülük mühiti
yox dərəcəsindədir.
Hələ bu azmış kimi, bu cür ölkələr
özlərini dünyanın
yeganə mono-etnik dövləti olan Ermənistanın hamisi,
vəkili kimi aparmaqdan çəkinmir. Bu azmış kimi, qeyri dinlərin
nümayəndələrinə, xüsusilə müsəlmanlara
qarşı dini ayrı-seçkilik edirlər.
Bəli, islamofobiya
hazırkı günümüzdə
dözülməz həddə
gəlib çıxıb.
Dünyanın bir çox yerində, o cümlədən Fransada müsəlmanlar güllələnir
və ya digər alçaldıcı
hərəkətlərə məruz qalırlar. Xüsusilə qadınlar daha çox hədəf götürülür.
Gender məsələsində,
həmçinin müsəlman
qadınlarının libası
terrorçu geyimi olaraq qələmə verilir.
Fransa mediasında
etnik azlıqlara qarşı davamlı olaraq irqçi, ayrı-seçkilik təbliğ
olunur. Rəsmi şəxslər tərəfindən,
xüsusilə parlamentin
iki palatasının millətçi üzvlərinin
irqi nifrət xarakterli çıxışları
getdikcə artmaqdadır.
Bu yaxınlarda Əlcəzairəsilli 17 yaşlı
yeniyetmənin Fransa polisi tərəfindən qətlə yetirilməsi bu ölkədə irqçiliyin və islamofobiyanın daha bir təsdiqidir. Bildiyimiz kimi, Fransa tarixi soyqırımlarla
zəngin olan bir olkədir. Dünyanın müxtəlif
yerlərində milyonlarla
insanın amansız qəddarlıqla qətlə
yetirilməsi ilə ad çıxarması təsadüfi deyil. Xüsusilə 1,5 milyona yaxın əlcəzairlini
qətlə yetirən,
hələ də
Paris muzeyində əlcəzairli
azadlıq döyüşçülərinin
kəllə sümüklərini
müharibə qənimətləri
kimi saxlayan Fransa tarixi ənənəsinə
bu gün də sadiq olduğunu
isbat etməkdədir.
Öz ölkəsində
milli azlıqları basqı altında saxlayan, Korsika dilinə qadağa qoyub heç bir etnik azlıqlar
konsepsiyasını qəbul
etməyən Fransa özünü Azərbaycandakı
erməni milli azlığının müdafiəçisi
kimi göstərməyə
çalışır. Bu
mövqeyindən utanmayan
Fransa Prezidenti Emmanuel Makron müsəlman və azərbaycanlı olduğuna
görə indiki Ermənistan ərazisindən
təkcə 1988-ci ildə
300 min azərbaycanlının
11 gün ərzində
Qərbi Azərbaycandan
qovulmasına və işgəncələrə məruz
qalmasına isə göz yumur. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi: "Özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi
kimi qələmə verən Fransa hələ də digər ölkələrin
daxili işlərinə
qarışır. Fransa
qoşunlarının bu
yaxınlarda Mali və Burkina-Fasodan çıxarılması onun
Afrikadakı amansız
neokolonializm siyasətinin
uğursuzluğa məhkum
olduğunu bir daha göstərdi. Təəssüf ki, Fransa Azərbaycanın Qarabağ bölgəsində
erməni separatizmini dəstəkləyərək geosiyasi
rəqabət, xarici hərbi mövcudluq və "Oriyentalizm" müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni
mənfur təcrübəni
tətbiq etməyə
çalışır".
Bu gün müstəqil siyasət aparan, heç bir kənar təzyiqin, "hegemon"
dövlətin qarşısından
geri çəkilməyən
ölkəmiz dünyada
islamofobiyaya qarşı
mübarizənin önündə
gedir. Azərbaycan bu gün iki
fərqli sivilizasiya arasında körpü rolunu oynamaqla Şərq və Qərb yarımkürələrində
öz nüfuzunu gücləndirir, bütün
dünyaya örnək
ola biləcək siyasət yürüdür.
Elşən QƏNİYEV,
Azərbaycan.-2023.-
9 iyul.- S.1;4.