Azərbaycan
Orta dəhlizin imkanlarını genişləndirir
Zəngəzur dəhlizi regionun iqtisadi inkişafında lokomotiv rolunu oynaya bilər
İkinci Qarabağ
müharibəsində əldə
edilmiş böyük
zəfərdən sonra
yaranmış yeni reallıqlardan biri də Zəngəzur dəhlizinin açılması
istiqamətində görülən
işlərdir. Əlbəttə
ki, son dövrlər
sülh danışıqlarında
müəyyən irəliləyişin
əldə olunması
da dəhlizin reallaşmasını yaxınlaşdırır.
Bu dəhlizin açılması ilə
Azərbaycanın Orta
dəhlizin (Trans-Xəzər
Beynəlxalq Nəqliyyat
Marşrutu) fəaliyyətinə
mühüm töhfə
vermiş olacaq.
Bu gün Avrasiya məkanında həm də mühüm nəqliyyat-tranzit,
logistika mərkəzinə
çevrilməkdə olan
Azərbaycan Zəngəzur
dəhlizini reallaşdırmaqla
bu istiqamətdəki fəaliyyətini daha da genişləndirmiş olacaq. Naxçıvanla əlaqələrin bərpası,
Türkiyəyə gedən
yolumuzun açılması
ölkəmizə əlverişli
imkanlar yaradacaq.
Bu, bir həqiqətdir ki, Azərbaycan son illərdə beynəlxalq
miqyaslı transmilli layihələrin reallaşmasında
aktiv rol oynayır. Prezident İlham Əliyevin qlobal təşəbbüsləri
ilə Azərbaycan Avrasiyada iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsi
istiqamətindəki fəaliyyətini
gücləndirir. "Şərq-Qərb",
"Şimal-Cənub" nəqliyyat
dəhlizlərinin fəal
aktorlarından biri kimi Azərbaycan üzərinə düşən
bütün öhdəlikləri
yerinə yetirir və bu proseslərə
mühüm töhfəsini
verir.
Bütün bunlarla
yanaşı, Cənubi
Qafqazın lider dövləti Orta dəhlizin daha səmərəli və etibarlı marşrut olması üçün
çox mütərəqqi
təkliflər irəli
sürür. Onlardan biri də Zəngəzur
dəhlizinin açılmasıdır.
Əgər Zəngəzur
dəhlizi açılarsa,
Orta dəhlizin dəmir və avtomobil yolları ilə yükdaşıma
qabiliyyəti artacaq. Bu da Şərq-Qərb
ticarətinin artmasına
müsbət töhfə
verəcək.
Orta dəhlizin
səmərəliliyinin artması
ilə Xəzər dənizində Azərbaycanla
həyata keçirilə
biləcək layihələr,
o cümlədən Naxçıvan
və Rusiya ilə nəqliyyat, enerji əməkdaşlığı
sahəsində ölkəmizin
və qardaş Türkiyənin regiondakı
strateji mövqeyinin əhəmiyyəti artacaq.
Hazırda Zəngəzur
dəhlizinin Ermənistan
sərhədinə qədər
olan hissəsinin tikintisi davam edir. Artıq xeyli müddətdir ki, İlham Əliyevin nəzarəti altında bu istiqamətdə böyük
işlər həyata
keçirilməkdədir. İndi
əsas diqqət dəhlizin quru yollarının açılışına
istiqamətlənib. Bu
istiqamətdə də
2 layihə reallaşdırılır: Horadiz-Zəngilan-Ağbənd dəmir
yolu xətti və Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd
avtomobil yolu.
Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xəttinin bu il, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd
avtomobil yolunun isə 2024-cü ildə istifadəyə verilməsi
gözlənilir.
2021-ci il fevralın
14-də İlham Əliyev
Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xəttinin təməlini qoyaraq Azərbaycanın 10
noyabr Bəyanatının
müddəalarına sadiqliyini
bir daha göstərmiş oldu. Horadiz-Zəngilan-Ağbənd dəmir
yolu xətti Zəngəzur dəhlizinin
bir parçasıdır.
Dəmir yolu xəttinin ox üzrə uzunluğu
110,4 km təşkil edir. Tikinti işləri
3 mərhələdə həyata
keçirilir. Layihə
çərçivəsində 8 stansiya, 3 tunel, 41 körpü, 3 qalereya, 4 yolötürücü və
ümumilikdə 300-ə yaxın
süni mühəndislik
qurğusunun tikintisi planlaşdırılır. Artıq
onların böyük
əksəriyyəti reallaşıb.
Ümumiyyətlə, bu dəmir yolunun
strateji əhəmiyyəti
olduqca böyükdür.
Çünki bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının
azad olunmuş torpaqlara gediş-gəlişinin
təminatında əhəmiyyətli
rol oynayacaq və ən mühüm məsələ
Azərbaycanın əsas
hissəsi ilə Naxçıvan arasında
birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına
böyük töhfə
verəcək.
Zəngəzur dəhlizi
ilə həm də Avropaya enerji ixrac edilməsi
nəzərdə tutulur
Bu dəhlizin açılması ilə
eyni zamanda Rusiya-Türkiyə, Rusiya-İran,
Rusiya-Ermənistan arasında
birbaşa dəmir yolu əlaqəsi qurulacaq ki, bu
da bölgədə strateji, iqtisadi və siyasi əlaqələrin yaranmasına
böyük töhfə
verə bilər.
Zəngəzur dəhlizi
ilə həm də Avropaya enerji ixrac edilməsi
nəzərdə tutulur.
Ağcabədidə 330 kV-luq
yarımstansiyasının tikilməsi
və bu xəttin Zəngəzur dəhlizi vasitəsilə
Naxçıvana çəkilməsi
və həmin xətt vasitəsi ilə elektrik enerjisinin Türkiyəyə,
oradan da Avropa bazarına ixrac edilməsi məsələsi gündəmdədir.
Ən önəmlisi
isə, bu dəmir yol xətti gələcəkdə
Azərbaycandan keçməklə
Avropa ilə Asiyanı birləşdirən
bir layihəyə çevriləcək. Bu da öz növbəsində
Qarabağın gələcəkdə
iqtisadi potensialına böyük töhfə verəcək.
Zəngəzur nəqliyyat
dəhlizi ölkəmizin
ərazisindən keçməklə
Asiya ilə Avropanı birləşdirən
"Şərq-Qərb" nəqliyyat dəhlizinin bir hissəsinə çevriləcək Azərbaycan
Avropa iqtisadi halqasını Asiya ilə birləşdirən
yeni bir nöqtədir.
Bu dəhliz həmçinin qardaş Türkiyə Respublikası
üçün önəmli
iqtisadi imkanlar tanıyacaq. Türkiyə
bu dəhlizdən istifadə edərək əsas iqtisadi tərəfdaşlarından biri
olan Azərbaycana birbaşa quru yolu reallaşdıracaq. Şübhəsiz ki, bu da öz
növbəsində ikitərəfli
iqtisadi və turizm əlaqələrinin
daha sürətli inkişafına şərait
yaradacaq. Digər tərəfdən, Zəngəzur
dəhlizi həm də Türkiyə üçün Orta Asiyaya bir ticarət
qapısı rolunu oynayacaq və bu ölkənin türk dünyası ilə iqtisadi əlaqələrini gücləndirməsinə
imkan verəcək.
Qeyd edək ki, bu dəhlizin
reallaşması istiqamətində
bir neçə layihə də reallaşdırılmaqdadır. Belə ki, Horadizdən
Naxçıvanın Ordubad
rayonuna 166 kilometrlik yeni dəmir yolu çəkiləcək.
Ordubaddan Naxçıvanın
şimalında yerləşən
Vəlidağ stansiyasına
qədər olan 158 kilometrlik xətt əsaslı şəkildə
təmir olunacaq. Bundan əlavə, xətt Vəlidağdan Ermənistan sərhədinə
qədər 14 kilometr
uzadılacaq. Bununla da Bakı-Tbilisi-Qars dəmir yoluna alternativ olaraq Qars-Dilucu vasitəsilə Naxçıvan ərazisindən
dəhlizə çıxış
əldə etmək mümkün olacaq.
Dəhliz türk
dünyasının quru
nəqliyyatı ilə
birləşməsinə imkan
yaradacaq
Zəngəzur dəhlizi
bütövlükdə türk
dünyası üçün
ən vacib layihələrdən biridir.
Çünki dəhlizin
reallaşması türk
dünyasının quru
nəqliyyatı ilə
birləşməsinə imkan
yaradacaq.
Bu səbəbdən
də türk dünyasının tərəqqisi
üçün daim təşəbbüslərlə çıxış edən,
layihələr reallaşdıran
Azərbaycan və Türkiyə Zəngəzur
dəhlizinin reallaşması
ilə bağlı sistemli fəaliyyət həyata keçirirlər.
Əgər layihə
reallaşarsa, bu, bölgədə sülhün
iqtisadi zəmanəti
ola bilər. Prezident İlham Əliyevin səsləndirdiyi
bəyanatlardan da aydın olur ki, Zəngəzur dəhlizinin açılması
qaçılmazdır və
Ermənistanla sülh
müqaviləsinin əsas
şərtlərindən biridir.
Zəngəzur dəhlizinin
açılmasından sonra
Azərbaycan ərazisindən
Böyük İpək
yolunun şaxələnməsi
mümkün olacaq.
Zəngəzur dəhlizinin
açılması "Şimal-Cənub"
Beynəlxalq Nəqliyyat
Dəhlizi ilə yükdaşımalarını da sürətləndirəcək.
Çünki hazırda
Orta dəhliz uzaq Çindən yüklərin Avropaya və Yaxın Şərqə daşınması
üçün ən
təhlükəsiz marşrutlardan
hesab edilir. Bu marşrut "Şimal" dəhlizindən
orta hesabla 2500 kilometr qısadır və dəmir yolu ilə səyahət
müddətini yeddi-səkkiz
günədək azaltmaq
potensialına malikdir.
Orta dəhliz vasitəsi ilə yüklər Çin, Qazaxıstan, Türkmənistan,
Azərbaycan, Gürcüstan,
Türkiyə və daha sonra Avropaya
daşınacaq. Trans-Xəzər
Beynəlxalq Nəqliyyat
Marşrutu kimi tanınan Orta dəhliz üzrə hərəkət edən blok qatarı yükləri orta hesabla 20-25 günə Çindən Avropaya çatdırır ki, bu da nəqliyyat
dəhlizinin əsas üstünlüklərindən biri sayılır.
Göründüyü kimi, regionun inkişafı, təhlükəsizliyin
təmin olunması istiqamətində işlər
görən, təşəbbüslərlə
çıxış edən
Azərbaycan Orta dəhlizin imkanlarını
genişləndirəcək Zəngəzur dəhlizinin
açılması ilə
həm də bölgənin nəqliyyat
mərkəzinə çevrilə
bilər. Azərbaycan
üzərindən yükdaşımaların
həcminin artması isə ölkəyə daxil olan valyutanı
artıracaq, bu da iqtisadiyyatımızın
inkişafına mühüm
töhfə olacaq.
Beləliklə, Azərbaycan
yeni logistik məkan kimi dünya ticarəti və iqtisadiyyatının
mərkəzinə çevriləcək.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2023.-
9 iyul.- S.1;3.