Kapital
qoyuluşu əsasən
daxili mənbələr
hesabına artır
Məlumdur ki, iqtisadi dinamikanın yüksəlməsinin iki əsas göstəricisi var: istehsal və
ticarət dövriyyəsi.
Bunları təmin edən əsas iqtisadi alət isə iqtisadiyyatın fasiləsiz kapitallaşmasıdır.
Hazırda dünyadakı
mövcud problemlərdən
qaynaqlanan problemlər
səbəbindən ölkəmizə
də xarici kapital qoyuluşunun həcmi əvvəlki illərə nisbətən
aşağı düşüb.
Buna görə dövlət daxili mənbələrdən iqtisadi
və sosial sahələrin inkişafı
üçün kapital
qoyuluşunun həcmini
artırır. Prezident
İlham Əliyev bu barədə demişdir: "Bizim uğurlu iqtisadi siyasətimizi, ölkəmizin
artan gəlirlərini
nəzərə alaraq,
bu yaxınlarda dövlət büdcəsinə
əlavələr edilmişdir.
Onsuz da bu ilin dövlət
büdcəsi müstəqil
Azərbaycan tarixində
rekord büdcədir. Ancaq buna baxmayaraq,
biz əlavə vəsaiti əldə edən kimi büdcənin artırılmasına
yeni böyük məbləğdə vəsait
ayırdıq və burada iki əsas
istiqamət müəyyən
edilmişdir - birincisi,
Qarabağ və Şərqi Zəngəzurun
bərpa edilməsi, ikincisi, hərbi potensialımızın gücləndirilməsi.
Yəni təkcə bu fakt özlüyündə
onu göstərir ki, bizim üçün
bu gün prioritet məsələlərdən
biri ordu quruculuğu, digəri isə Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir".
Dövlət Statistika
Komitəsinin verdiyi məlumata görə, cari ilin yanvar-may
aylarında ölkənin
iqtisadi və sosial sahələrinin inkişafı üçün
bütün maliyyə
mənbələrindən əsas
kapitala 5 milyard 858,2 milyon manat və
ya ötən ilin eyni dövrü
ilə müqayisədə
15,9 faiz çox vəsait yönəldilmişdir.
Bu dövrdə neft-qaz sektoruna yatırılmış investisiyanın
həcmi 18,9, qeyri-neft-qaz
sektoruna yönəldilən
vəsaitin həcmi isə 14,2 faiz artmışdır. Ümumi
sərmayənin 3 milyard
432,5 milyon manatı məhsul istehsalı, 2 milyard 97,8 milyon manatı xidmət sahələrinin, 327,9 milyon
manatı yaşayış
evlərinin tikintisinin
payına düşmüşdür.
Ümumi sərmayənin
49,4 faizi dövlət,
50,6 faizi qeyri-dövlət
sektorlarının sərmayədarları
tərəfindən qoyulmuşdur.
Hesabat dövründə
daxili mənbələrdən
əsas kapitala yönəldilmiş vəsait
ümumi vəsaitin
73,6 faizini təşkil
etmişdir. Müəssisə
və təşkilatların
vəsaitləri 2 milyard
849,2 milyon, büdcə
vəsaitləri 2 milyard
86,1 milyon, əhalinin şəxsi vəsaitləri
392,4 milyon, bank kreditləri 199,7 milyon, sair vəsaitlər 330,8 milyon manat olmuşdur.
Hesabat dövründə
neft-qaz sektoruna 2 milyard 213 milyon manat vəsait yönəldilmişdir. Qeyri-neft-qaz
sektorunun inkişafına
sərf edilmiş 3 milyard 645,2 milyon manatlıq vəsaitin 338,7
milyon manatı qeyri-neft-qaz sektorunda istifadə olunmuşdur.
Xarici investisiya
qoyuluşu da davam etmişdir. Həmin dövrdə xarici ölkələr və beynəlxalq təşkilatların
vəsaitləri hesabına
əsas kapitala yönəldilmiş vəsaitin
1 milyard 479,1 milyon manatı Birləşmiş
Krallıq, Fransa,
ABŞ, Türkiyə, Yaponiya,
İsveçrə, Rusiya,
Norveç və
İran sərmayədarlarına məxsus olmuşdur.
Ölkədə kapital qoyuluşunun sabit və fasiləsiz olması yeni istehsal, xidmət və sosial sahələr üzrə yeni obyektlərin
tikilməsinə imkan
yaratmışdır. Belə
ki, hesabat dövründə
Bakıda İqtisadiyyat
Nazirliyi yanında Əmlak Məsələləri
Dövlət Xidmətinin
inzibati binası,
"Bakı KOB evi",
Füzulidə Rəqəmsal
Stansiya və İdarəetmə Mərkəzi,
Kəlbəcərdə "Qamışlı", "Meydan" Kiçik Su-Elektrik stansiyaları, Milli Xalça
Muzeyinin Şuşa filialı, "Azərişıq"
ASC-nin Salyan Rəqəmsal İdarəetmə
Mərkəzi və
s. sosial-iqtisadi obyektlər
tikilərək istifadəyə
verilmişdir.
Rüstəm KAMAL,
Azərbaycan.-2023.-
9 iyul.- S.6.