Qərbi azərbaycanlıların ata-baba yurdlarına qayıdışı beynəlxalq müstəvidə öz həllini tapmalıdır

 

Prezident İlham Əliyev ötən il dekabrın 24-  Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə demişdir: "Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerləyeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var".

Azərbaycan Prezidentindən dəstək alan Qərbi Azərbaycan İcmasının beynəlxalq hüququn norma prinsipləri əsasında hazırladığı Qayıdış Konsepsiyası ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır. Hətta Birləşmiş Millətlər Təşkilatının katibliyi Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciətini BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının, İqtisadi Sosial Şurasının rəsmi sənədi kimi yaymışdır. Bu, indiki Ermənistandan qovulmuş azərbaycanlıların hüquqları məsələsinin beynəlxalq müstəviyə gətirilməsi sahəsində böyük uğurdur.

Qərbi Azərbaycan İcması məsələnin daha qlobal müstəvidə həllinə nail olmaq üçün Avropa Şurası Parlament Assambleyasına da müraciət ünvanlayaraq Ermənistandan qovulmuş azərbaycanlıların öz yurdlarına qayıtması üçün hüquqi müstəvidə monitorinqə başlamağa çağırış etmişdir.

Xatırladaq ki, Qərbi Azərbaycan İcması 1988-1991-ci illərdə indiki Ermənistandan qovulmuş 50 mindən çox ailənin 20 mininə dəymiş ziyanı hesablamışdır. Hazırda bu dəqiqliyi ilə davam edir. Həmin illərdə Qərbi Azərbaycanda 300-ə yaxın yaşayış məntəqəsindən qovulan qaçqınların hər bir ailə üzrə (ad, soyad, ata adı) dəqiq statistikası aparılıb, 137 kəndin siyahısı tamamlanıb. Ümumiyyətlə, təşkilat Qərbi Azərbaycanda tarixi mədəni irsimizin bütün nümunələrinin dəqiq siyahısının hazırlanması üzərində ciddi aparır. Qeyd edək ki, sovet dönəmində erməni daşnakları məqsədli şəkildə yazıb yaydıqları kitab, qəzet jurnallarda mədəniyyətimizin, zəngin irsimizin, memarlıq abidələrimizin ən nəfis nümunələrinin guya onlara mənsub olduğunu iddia etməyə çalışıblar.

Ermənistandan qovulmuş azərbaycanlıları təmsil edən Qərbi Azərbaycan İcması Avropa Şurası Parlament Assambleyasının bu yaxınlarda qəbul etdiyi 2508 (2023) saylı qətnaməni kəskin şəkildə qınayır. Çünki bu qətnamə AŞPA-nın insan hüquqlarının mahiyyətinə birbaşa zidd olan qərəzli naşı yanaşmasını nümayiş etdirir.

AŞPA-nın bir tərəfdən humanizmdən dəm vurması, digər tərəfdən isə heç bir əsas olmadan Azərbaycanın Qarabağ bölgəsindən etnik ermənilərin emiqrasiyasına dair xəyali ssenari iddiası irəli sürməsi başdan-başa böhtan olmaqla dərin hiddət doğurur. Qərbi Azərbaycanın (indiki Ermənistanın) Göyçə, Zəngəzur, Dərələyəz digər bölgələrindən zorla qovulan etnik azərbaycanlılardan fərqli olaraq, ermənilər Azərbaycanın Qarabağ bölgəsində yaşamaqdadırlar. İnsan haqlarının müdafiəsi ilə məşğul olan AŞPA-nın Ermənistanın bütün azərbaycanlıları öz ərazisindən qovaraq mono-etnik məkana çevrilməsi ilə rahat şəkildə razılaşması ən azından ədalətsizlikdir.

AŞPA-nın azərbaycanlılara məxsus mədəni irsin sistemli şəkildə məhv edilməsinə göz yumması xüsusilə dözülməzdir. Görünən odur ki, qətnamə müəllifləri bu məsələyə məhəl qoymamaqla, etnik mənşəyindən asılı olmayaraq, mədəni müxtəlifliyin insan hüquqlarının qorunub saxlanmasında prinsipial olmadıqlarını nümayiş etdirirlər.

Bu qətnamə AŞPA-nın qərəzli anti-Azərbaycan mövqeyini nümayiş etdirməklə yanaşı, həm müəyyən əhali qrupunun etnik təmizləməyə məruz qaldıqdan sonra beynəlxalq ictimaiyyətin onların taleyinə biganəliyini göstərir. Belə yanaşma təhlükəli olmaqla ədalət insan haqları prinsiplərini kökündən sarsıdır.

Qərbi Azərbaycan İcması Ermənistanın baş naziri Nikol Paşinyanın son bəyanatını da kəskin şəkildə qınayır. İcma bu barədə beynəlxalq təşkilatlara ünvanladığı müraciətdə bildirir: "Ermənistanın baş naziri Nikol Paşinyanın etnik təmizləmədən danışması istehza doğurur. Belə ki, bütün azərbaycanlıları öz ərazisindən zorla çıxaran onların geri qayıtmasına mane olan məhz Ermənistandır. Ermənistan hökuməti, o cümlədən baş nazir Paşinyan Qərbi Azərbaycan İcmasının Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz ləyaqətlə geri qayıtması üçün dinc dialoqa çağırışlarına məhəl qoymur. Ermənistan bu çağırışlarımıza cavab verməməklə Azərbaycanın suverenliyinə qəsd edən fəaliyyətləri ilə insan hüquqlarına etinasızlıq nümayiş etdirir Azərbaycan hökumətinin erməni millətindən olan vətəndaşlarının reinteqrasiyası istiqamətində səylərini sabotaj etməyə çalışır".

Tarixi reallıq ondan ibarətdir ki, illərdir Qərbi Azərbaycandan qaçqın düşmüş zorla köçürülmüş soydaşlarımız bu gün yurd həsrəti ilə yaşayırlar. İcma dialoq, dinc-yanaşı yaşama insan hüquqlarına hörmət prinsiplərinə sadiqlik nümayiş etdirərək bəyan edir ki, Qərbi azərbaycanlılar İrəvana, Amasiyaya, Göyçə mahalına, Zəngəzura, Dərələyəzə, bir sözlə, dədə-baba yurdlarına qayıdacağı günü səbirsizliklə gözləyirlər.

 

Rəhman SALMANLI,

Azərbaycan.-2023.- 9 iyul.- S.4.