“Ərazi,
müəssisə və
təşkilatların radioloji-gigiyenik
pasportlarının forması
və tərtib edilməsi Qaydası”nın
və “Fərdi şüalanma dozalarının
uçotu və onlara nəzarət Qaydası”nın təsdiq
edilməsi barədə”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1999-cu il 25 avqust tarixli 134 nömrəli Qərarında dəyişiklik
edilməsi haqqında
¹ 222
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası
Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər
tutaraq, Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
“Ərazi, müəssisə
və təşkilatların
radioloji-gigiyenik pasportla-rının
forması və tərtib edilməsi Qaydası”nın və “Fərdi şüalanma dozalarının uçotu
və onlara nəzarət Qaydası”nın
təsdiq edilməsi barədə” Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 1999-cu il 25 avqust tarixli 134 nömrəli Qərarında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1999, ¹ 8, maddə 529; 2006, ¹ 9, maddə 822; 2007, ¹ 3, maddə
302; 2021, ¹ 10, maddə 1199) aşağıdakı
dəyişikliklər edilsin:
1. Həmin Qərarla
təsdiq edilmiş “Ərazi, müəssisə
və təşkilatların
radioloji-gigiyenik pasportlarının
forması və tərtib edilməsi Qaydası” üzrə:
1.1. 3-cü hissədə “, dövlət sanitariya nəzarəti orqanı və” sözləri “Azərbaycan Respublikasının”
sözləri ilə əvəz edilsin;
1.2. həmin Qaydaya
1 nömrəli əlavə
- “İonlaşdırıcı şüa mənbələrindən
istifadə edən müəssisə və təşkilatların radioloji-gigiyenik
Pasportu”nun 6-cı hissəsində “Dövlət
sanitariya nəzarəti
orqanı və” sözləri “Azərbaycan
Respublikasının” sözləri
ilə əvəz edilsin və həmin hissədən birinci halda “(imza)”, “(tarix)” sözləri və “M.Y.” akronimi çıxarılsın;
1.3. həmin Qaydaya
2 nömrəli əlavə
- “Ərazinin radioloji-gigiyenik
Pasportu”nun 14-cü hissəsinin birinci sətrində “Dövlət
sanitariya nəzarəti
orqanı və” sözləri “Azərbaycan
Respublikasının” sözləri
ilə əvəz edilsin və həmin hissədən birinci halda “(imza)”, “(tarix)” sözləri və “M.Y.” akronimi çıxarılsın.
2. Həmin Qərarla
təsdiq edilmiş “Fərdi şüalanma dozalarının uçotu
və onlara nəzarət Qaydası” üzrə:
2.1. 1.3-cü bənd ləğv edilsin;
2.2. 2-ci hissə aşağıdakı
redaksiyada verilsin:
“2. Müəssisə və təşkilatlar tərəfindən ilin sonunda (növbəti ilin yanvar ayının
15-dək) ionlaşdırıcı şüa mənbələri
ilə işləyənlərin
fərdi şüalanma
dozalarının uçot
vərəqəsi (bundan
sonra – uçot vərəqəsi) Azərbaycan
Respublikasının Fövqəladə
Hallar Nazirliyinə (bundan sonra – Nazirlik) təqdim edilməlidir (1 nömrəli
əlavə).”;
2.3. 3-cü hissədə “idarədə” sözü
“müəssisə və
təşkilatlarda” sözləri
ilə əvəz edilsin;
2.4. 5-ci hissənin ikinci
abzası ləğv edilsin;
2.5. 6-cı hissə üzrə:
2.5.1. birinci abzas
aşağıdakı redaksiyada
verilsin:
“Fərdi şüalanma
dozaları uçot vərəqəsində qeyd
edilir. Uçot vərəqəsi işçi
işdən azad edildikdən sonra 50 il müddətində saxlanılmalıdır. İşçinin
radioaktiv maddələr
və digər ionlaşdırıcı şüa
mənbələrinin tətbiqi
ilə əlaqədar
işlər aparılan
başqa müəssisəyə
və ya təşkilata keçməsi
hallarında onun uçot vərəqəsinin
surəti yeni iş yerinə verilməli, əsli isə əvvəlki iş yerində saxlanılmalıdır.”;
2.5.2. ikinci abzasa
“şəxslərin” sözündən
sonra “ezamiyyət müddətində aldığı”
sözləri əlavə
edilsin və həmin abzasda “məlumatları” sözü
“məlumat” sözü
ilə əvəz edilsin;
2.6. 7-ci hissə üzrə:
2.6.1. birinci abzas
aşağıdakı redaksiyada
verilsin:
“Fərdi şüalanma
dozalarının normadan
artıq olması müəyyən edilən
bütün hallarda radiasiya təhlükəsizliyi
xidməti və ya radiasiya nəzarətinə
cavabdeh şəxs dərhal bu barədə müəssisənin
(və ya təşkilatın) rəhbərliyinə,
müəssisənin (və
ya təşkilatın)
rəhbərliyi isə
öz növbəsində
Nazirliyə məlumat
verir.”;
2.6.2. ikinci abzasda
“Ərazi üzrə sanitariya-epidemioloji xidmət
müəssisəsi idarənin
müdiriyyəti” sözləri
“Nazirlik müəssisənin
(və ya təşkilatın) rəhbərliyi”
sözləri ilə,
“fərdi dozaların”
sözləri “fərdi
şüalanma dozalarının”
sözləri ilə əvəz edilsin;
2.7. 8-ci hissədə “Yol verilən şüalanma dozası həddindən artıq doza almış şəxslər” sözləri
“Müəyyən olunmuş
normadan artıq şüalanma dozasına məruz qalmış şəxslər” sözləri
ilə əvəz edilsin;
2.8. 10-cu hissə aşağıdakı
redaksiyada verilsin:
“10. Əhalinin və
işçilərin radiasiya
təhlükəsizliyini təmin
etmək məqsədilə
təbii radiasiya fonu və ya
texnogen təsirlə dəyişilmiş radiasiya
fonu yüksək olan yerlərdə radiasiya nəzarəti həmin ərazidə aparılan radioloji ölçmələrin nəticələrinə
görə yerinə yetirilən qiymətləndirmə
əsasında müvafiq
olaraq Nazirlik və müəssisənin
(və ya təşkilatın) rəhbərliyi
tərəfindən aparılır.”;
2.9. həmin Qaydaya
1 nömrəli əlavə
- “İonlaşdırıcı şüa mənbələri
ilə işləyənlərin
fərdi şüalanma
dozalarının uçot
vərəqəsi” üzrə:
2.9.1. 1-ci hissədə “İdarə, müəssisə”
sözləri “Müəssisə
(və ya təşkilat)” sözləri
ilə əvəz edilsin;
2.9.2. 7-ci hissədə “idarədə” sözü
“müəssisədə (və
ya təşkilatda)” sözləri ilə əvəz edilsin;
2.9.3. aşağıdakı məzmunda 11-ci hissə əlavə edilsin:
11. Şüalanma dozası barədə məlumat
Azərbaycan.-2023.- 9 iyul.- S.3.