Diaspor
nümayəndələrinin Şuşaya 9-cu səfəri
gerçəkləşib
Diasporla İş
üzrə Dövlət
Komitəsinin yaradılmasının
21-ci və Azərbaycan
Diasporuna Dəstək
Fondunun yaradılmasının
5-ci ildönümü münasibətilə
tətillərini Azərbaycanda
keçirməyə üstünlük
verən diaspor nümayəndələrinin mədəniyyət
paytaxtımız Şuşaya
9-cu səfəri baş
tutub.
Diasporla İş
üzrə Dövlət
Komitəsindən AZƏRTAC-a bildirilib ki, “Dəmir yumruğun gücü ilə Şuşadayıq” layihəsi
çərçivəsində doqquzuncu dəfə gerçəkləşən səfərdə
24 ölkədən gələn
100-dən çox diaspor
nümayəndəsi iştirak
edib.
Səfər proqramına
ənənəvi olaraq
“Bazarbaşı” meydanının,
Cıdır düzünün,
“Güllələnmiş heykəllər”in
yerləşdirildiyi meydanın,
Şuşa Bəyannaməsinin
imzalandığı məkanın,
Xurşidbanu Natəvanın
evinin, “Xan qızı bulağı”nın,
Molla Pənah Vaqifin məqbərəsinin,
Üzeyir Hacıbəylinin
heykəlinin, Bülbülün
ev-muzeyinin, Gəncə
Qapısının, Saatlı,
Aşağı və
Yuxarı Gövhər
Ağa məscidlərinin
və digər görməli yerlərin ziyarəti daxil edilib. Diaspor nümayəndələrinə Qarabağın incisi olan Şuşada aparılan yenidənqurma və abadlıq işləri ilə bağlı məlumat verilib.
Səfərin sonunda
diaspor nümayəndələri
Cıdır düzündə
Azərbaycan bayrağı
açıb, “Yallı”
sədaları altında
rəqs ediblər. Onlar bu xoşbəxtliyi
xalqımıza bəxş
edən Müzəffər
Ali Baş Komandana və Azərbaycan Ordusuna təşəkkür ediblər.
Eyni zamanda, onlara xüsusi diqqət və qayğı göstərən
Şuşa Şəhəri
Dövlət Qoruğu
İdarəsinin əməkdaşlarına
minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Prezident İlham
Əliyevin Dünya Azərbaycanlılarının V Qurultayında səsləndirdiyi
tövsiyələrdə xaricdə
yaşayan soydaşlarımızın
hər il tarixi vətənlərini,
xüsusilə də azad edilmiş torpaqlarımızı ziyarət
etməsinin önəminə
diqqət cəlb edilmişdi.
Komitə 2021-ci ildə
dörd dəfə
(27 iyul, 17 avqust,9 oktyabr
və 2 dekabr), 2022-ci ildə üç dəfə (26 iyul, 17 avqust, 7 sentyabr), 2023-cü
ildə isə bir dəfə (29 iyun) diaspor nümayəndələrinin
Şuşa şəhərinə
səfərlərini təşkil
edib. “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı
ilə reallaşan səfərlər Azərbaycan
diaspor tarixinin ən mühüm hadisələrindən biridir.
Bundan başqa, Komitə mütəmadi olaraq beynəlxalq ictimaiyyətin məlumatlandırılmasında böyük rol oynayan xarici jurnalistlərin və elm adamlarının Şuşaya, eləcə də işğaldan azad edilmiş digər rayonlara səfərlərini təşkil edir.
Azərbaycan.-2023.- 9 iyul.- S.4.