Xəstə
separatçılar seçim
qarşısında
"Olum, ya ölüm"
D.Karneginin adını
unutduğum əsərində
ruhi xəstəxananın
həkimi ilə bağlı bir epizod var: həkim
dəlilərə baxıb
həmkarına deyir ki, bəlkə, biz heç bunları sağaltmayaq. Çünki biri özünü Amerikanın
prezidenti sayır, biri İngiltərə kraliçası, biri də Çinin Baş naziri olduğunu hesab edir. Yəni öz aləmlərində
bunlar xoşbəxtdirlər.
Gəlmə ermənilərin
bu gün Azərbaycanın ərazisində
özlərinə dövlət
yaratmaq fikri, separatçı Arayikin özünü rus sülhməramlılarının nəzarət etdiyi oyuncaq "DQR"in "prezident"i hesab etməsi də eynən bu epizodu
xatırladır.
Özünü "prezident" sayan Arayik yenə özünümüdafiədən və müqavimətdən
dəm vurur. Özlərini qondarma qurumun "deputat"ları
sayanlar da bu barədə görüşlər keçirir,
məlumatlar yayırlar.
Arayik Arutyunyan,
sanki Bakı onu adam hesab
edirmiş kimi, Azərbaycanın təklifini
qəbul edib danışıqlar üçün
Bakıya getmədiyinin
səbəbini açıqlayıb:
"Bakı bizimlə
yalnız bir mövzunu - inteqrasiyanı
müzakirə edir, başqa mövzunu müzakirə etmir. Müxtəlif yerlərdən
mənə deyirlər:
gedək, razı salarıq. Çalışdım,
iki il çalışdım.
Əgər kimsə mənim pis danışıq aparan biri olduğumu düşünürsə, deməli,
mən son mərhələdə danışıqlar
aparmamışam. Ardıcıllığı
təqdim edəcəyəm:
gedirik, ordunun buraxıldığını bəyan
edirik, sonra dövlət idarəetmə
sistemini ləğv edirik. İcma seçkiləri mexanizmini
özləri güclə
yaradırlar, ondan sonra bizə qaz, işıq veriləcək, yolda getməyə icazə veriləcək. Lakin necə hərəkət edəcəyimiz də bəllidir - Azərbaycan vətəndaşı kimi.
Mən danışıqların,
görüşlərin əleyhinə
deyiləm. Başa düşməliyik ki, problemlərimiz olacaq, lakin bütün bunları aşmaq olar. Biz iki
şey etməliyik - özünümüdafiə və
müqavimət. Bununla
bağlı nə edilib və nə edilməlidir, əgər istək olarsa, biz ayrıca
müzakirə edəcəyik".
Göründüyü
kimi, bu dəlilər hələ də planlar cızır və özlərini Qarabağın
"sahib"i hesab edirlər. Görünür,
bu xəstə ermənilərin yenidən
"müalicə"yə ehtiyacları var. Həmin "müalicə"ni
edən isə yenə də Azərbaycan əsgəri olacaq. İndi könüllü və ya icbari "müalicə" arasında
seçimi də özləri etsinlər, özü də tez. Sonra gec
ola bilər. Xəyalları Karneginin əsərindəki həkimə
getməsin...
Zəkurə QULİYEVA,
Azərbaycan.-2023.-
9 iyul.- S.4.