Qardaşım
sevdiyi yolun yolçusu oldu
"Rəmal dərs
oxuyan uşaq deyildi. Heç məktəbə də vaxtlı-vaxtında getmirdi.
Bəlkə də desəydin, xəritədə
Qarabağı düz-əməlli
tapıb göstərə
bilməzdi. Amma vətənini canından çox sevən uşaq idi. Həmişə deyərdi
ki, müharibə olsa, məni heç kim saxlaya bilməz, gedib döyüşəcəyəm,
düşmən məni
öldürüb cəsədimin
üstündən keçməyincə
geri çəkilmərəm.
Rəmal dediyi kimi də etdi.
Bakıda fəhləlik
edirdi. Sentyabrın
21-də səhər açılar-açılmaz
bir də gördüm ki, evə gəldi. Dedi ki, şəxsiyyət
vəsiqəmin vaxtı
tamam olub, təcili yeni vəsiqə
almalıyam. Sən demə, səfərbərlik
olduğunu bilirmiş.
Gedib könüllü
yazıldı, oradan
da birbaşa müharibəyə
getdi".
Anası Mahizər
xanımın gözündən
yaş selləndi. Boğazı qurudu. Sözünün ardını
gətirə bilmədi.
Özünü toparlayıb
bircə kəlmə
"hamının balası
gəldi, mənimki gəlmədi", - deyə
bildi.
Söhbəti atası
Şahin kişi davam etdirdi: "Sentyabrın 21-də Gorana
təlimə getmişdi.
Müharibə başlanan
günü zəng etdi. Dedi ki, müharibədir,
şəhid olsam, bilin ki, qorxaq kimi yox, qəhrəman
kimi döyüşüb
şəhid olmuşam.
Rəmalı halal çörəyimlə,
zəhmətlə böyütmüşdüm.
Balam çalışırdı ki, bir şərait qursun, evlənsin. Arzuları da ömrü kimi qısa oldu.
Oğlum Ağdərə
rayonunun 531-ci yüksəkliyi
uğrunda gedən döyüşlərdə həlak
olub. Ermənilər onu şəhid etdikdən sonra videosunu çəkib sosial şəbəkədə
paylaşmışdılar. Videonu görən kimi Rəmalı tanıdım. Dərdi içimdə çəkirdim.
Çalışırdım anası bilməsin. Müharibə qurtarandan sonra da deyirdim Rəmal gələcək.
Kimin balası müharibədən qayıdırdısa,
gedib gözaydınlığı
verirdim. Vətənə
can verməsən, qanınla
suvarmasan, vətən
olmur. Oğlumla qürur duyuram ki, canını yox, vətənimizi qoruyanlardan
oldu".
Haqqında söhbət
açdığımız Rəmal Gülüşov
5 avqust 1995-ci ildə Ucar rayonunun Qaracallı kəndində
anadan olmuşdu. Orta məktəbi Qaracallı kənd 2 nömrəli məktəbdə
oxuyub. Ailənin üçüncü övladı
olan Rəmal həmişə bacılarına
və qardaşına
deyərmiş ki, elə
ömür yaşayacağam
həmişə mənimlə
fəxr edəcəksiniz.
Azərbaycanın ərazi
bütövlüyünün bərpa olunması üçün başlanan
Vətən müharibəsində
könüllü cəbhəyə
gedən Rəmal şərəfli bir döyüş yolu keçmiş, Füzulinin,
Suqovuşanın azadlığı
uğrunda gedən döyüşlərdə əsl
qəhrəmanlıq nümunəsi
göstərmişdir. Ağdərə
rayonunun düşməndən
azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına
şəhid olub. Qəhrəman döyüşçü
ölümündən sonra
"Vətən uğrunda"
və "Suqovuşanın
azad olunmasına görə" medalları
ilə təltif edilib.
Şəhidin bacısı
Yenigül deyir ki, qardaşı Vətəni
canından çox sevirdi: "O qədər çox sevirdi ki, son anda da bizi yox,
torpağı qucaqlamağı
üstün tutdu. Qardaşımın nəşini
dekabrın 16-da bizə
verdilər. Bəzən
insanlar deyirlər ki, qismətində bu varmış. Amma mən
buna qismət, alın
yazısı demirəm.
Bu, qardaşımın bilərək
getdiyi, qəbul etdiyi yoldur. Hər qələbədən
danışılanda, Qarabağda
gedən abadlıq-quruculuq
işləri televiziya
ekranlarında göstəriləndə
Rəmalla daha çox fəxr edirəm. Düşünürəm
ki, vətənimizin üstündən
məğlubiyyət ləkəsini
götürənlərin, üzümüzü
ağ edənlərin
biri də mənim qardaşımdır.
Rəmal həmişə
fərqli olmağı
sevirdi. Ayrılıq dərdi böyük olsa da, qardaşım sevdiyi yolun yolçusu
oldu".
E.QƏNİYEV,
Azərbaycan.-2023.- 9 iyul.-
S.5.