Bəstəkar Vüqar
Məmmədzadə gənc
olsa da, dünyada Azərbaycanı
ləyaqətlə təmsil
edir. Qazandığı
uğurlar yalnız özünün deyil, həm də vətənimizin adına yazılır. Dünyada Vüqarı duymayan, anlamayan yoxdur. O harada olursa, bütün insanların başa düşə biləcəyi, anladığı
musiqi dili ilə danışır. Onu hamı anlayıb
alqışlayır.
Bəstəkar Vüqar
Məmmədzadəni tanıtmaq
üçün çox
da uzağa getmək lazım deyil. Qısaca deyək ki, hamımızın sevərək
izlədiyi "Quruluş
Osman" filminin ikinci mövsümünün
bəstəkarıdır.
Vüqar deyir ki, musiqi həyat tərzinin ən önəmli amillərindən
biridir: "Musiqi həm də mənim psixoloji olaraq yardımçımdır.
Daxilimdə olan bütün emosional durumumu sırf musiqiyə ötürürəm.
Yazmaq, yaratmaq mənə zövq verir. Mən musiqidə özümü tapıram".
Vüqar 1996-cı ildə
Bakıda anadan olub. Atası Əbdüləli Məmmədov
diş həkimi, anası Maya Qafarova Bakı Musiqi Akademiyasının professorudur.
Vüqar deyir ki, gözünü açandan evlərində
musiqi səsi eşidib: "Anamın əla ifaçılıq
qabiliyyəti var. Evimizə qonaqlar gələndə kiçik
konsertlər təşkil
olunardı. Eyni zamanda anam həmişə
onunla birgə çalışmış böyük
bəstəkarlar - Süleyman
Ələsgərov, Vasif
Adıgözəlov, Tofiq
Quliyev haqqında maraqlı söhbətlər
edərdi. Hacı Xanməmmədov anamın
müəllimi olub. Mən uşaqkən Arif Məlikovu, Vasif Adıgözəlovu evimizdə görmüşəm,
söhbətlərini dinləmişəm.
Onların həyat tərzi, dünyaya baxışı mənə
maraqlı gəlirdi. Düşünürdüm ki,
ya atamın yolu ilə gedib
diş həkimi, ya da musiqiçi
olmalıyam. Uşaqlıqda
tar çalmağı
çox sevirdim".
Vüqar Məmmədzadə
ilk musiqi təhsilini Üzeyir bəy Hacıbəyli adına BMA-nın nəzdindəki Məktəb-studioda
alıb. Sonra A.Zeynallı adına Musiqi Kolleci, Ü.Hacıbəyli adına
Bakı Musiqi Akademiyasında təhsilini
davam etdirib. Dünyaşöhrətli bəstəkar
Arif Məlikovun bəstəkarlıq sinfində
təhsil alıb.
2020-ci ildə Almaniyada
R.Şuman adına Düsseldorf Konservatoriyasına
professor Oliver Şnellerin sinfinə qəbul olunub. Bəstəkarlıq və
film scoring üzrə görkəmli
film bəstəkarı
Alan Silvestri, mix-mastering üzrə Kenny Joya'dan master-klas dərsləri alıb. Gənc bəstəkar 2018-ci ilin dekabr ayında Türkiyədə təşkil
olunan "Caspi
Art" Uluslararası Sənət
Yarışması Bəstəkarların
Beynəlxalq müsabiqəsində
Qran-pri mükafatına,
2019-cu ilin may ayında İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə
təşkil edilmiş
"Nəsimi romans"
müsabiqəsində "Hardasan" romansına görə diploma layiq görülüb.
Vüqar Məmmədzadənin
əsərləri dəfələrlə
Almaniya, Avstriya, Malta, Türkiyə və ölkəmizin böyük səhnələrində
səsləndirilib. X Qəbələ
Beynəlxalq Musiqi
(2018-ci il), Şəki
"İpək yolu"
X Beynəlxalq Musiqi festivalları çərçivəsində
"Nəsimiyə ithaf"
Konserti (2019-cu il), XII Qəbələ Beynəlxalq
Musiqi Festivalı, Praqa şəhərində
təşkil olunan
"The Voice of Peace" Konserti,
Vyana şəhərində
"Mənim yolum"
əsərinin premyerası onun yaradıcılıq uğurlarının
az bir hissəsini
təşkil edir. Həmyerlimiz Maltada təşkil olunan Bəstəkarların "Kvartet
janrı" üzrə
Beynəlxalq müsabiqəsində
ikinci yerə layiq görülərək
laureat adı qazanmışdır. 2021-ci ilin
iyun ayında Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə təşkil
edilmiş gənc bəstəkarlar arasında
"Nizami Romans"
Respublika Müsabiqə Festivalında
"Ay üzlü nigarım" romansı diploma layiq görülmüşdür.
Vüqar, həmçinin
2021-ci ilin oktyabr ayında Vətən müharibəsində şanlı
qələbəmizə həsr
olunan bəstəkarlıq
müsabiqəsində "İnsan" simfonik poeması ilə (böyük tərkibdə
simfonik orkestr üçün) ikinci yerə layiq görülərək laureat
adını qazanmış,
Azərbaycan Bəstəkarlar
İttifaqının təqdimatı
ilə Gənclər və İdman Nazirliyinin "İlin ən yaxşı" bəstəkarı nominasiyası
üzrə mükafatına
layiq görülmüşdür.
Bəstəçi deyir
ki, o bu vətənin oğludur:
"Ömrümü Azərbaycanımıza
həsr etmişəm.
Mənim pianonun şirmayı dillərinin
üstündə gəzən
barmaqlarım, məqamı
çatanda silah tutan əlim var. 2020-ci ilin sentyabrında Vətən
müharibəsi başlayanda
könüllü olaraq
döyüşə getdim.
Şuşaya qədər
uzun bir döyüş yolu keçdim. "Zəngilanın
azad olunmasına görə", "Qubadlının
azad olunmasına görə", "Şuşanın
azad olunmasına görə" və
"Cəsur döyüşçü"
medalları ilə təltif olunmuşam. Daşaltı kəndində
gedən döyüşlərdə
yaralanmışam. Xarici
ölkələrdə səfərlərdə
olanda ermənilərin
bizə məğlub ölkənin vətəndaşları
kimi aşağılayıcı
nəzərlərlə baxdığını
hiss edirdim. Müharibə başlayanda
evdə otura bilməzdim. İndi çox rahatam. Hesab edirəm ki, sənətdə qazandığım uğurlardan
çox, müharibədə
qazandığım uğurlarla
öyünməyə haqqım
çatır".
Cəsur döyüşçü
Vüqar Məmmədzadə
18 sentyabr 2021-ci ildən
Azərbaycan Bəstəkarlar
İttifaqının üzvüdür.
"Bir addım da olsa" sənədli
filminin (rejissor E.Mirzəyev), "Mteatr"da
səhnəyə qoyulan
"Vidalaşmadan getmə"
(rejissor Vidadi Həsənov, aktyor Oktay Mehtiyev) tamaşasının musiqisini
də o yazıb. Hazırda Amerikanın Netflix BFS prodakşn ilə əməkdaşlıq
edən yeganə azərbaycanlı bəstəkardır.
Eyni zamanda "Salnaməfilm"lə də
əməkdaşlıq edir.
Bəstəçinin musiqi yaradıcılığı
çoxşaxəlidir. O, müxtəlif
janrlarda (sonata, kamera-instrumental, vokal-instrumental,
folklor, kvartet, simfonik poema), fərqli tərkiblər üçün əsərlərin
müəllifidir: Fortepiano
üçün 10 prelüd,
2 pyes: Vals, Skertso, 3 hissəli Sonatino, solo tar üçün 3 hissəli Sonata, Klarnet və fortepiano üçün 12 Variasiya,
violin, viola və fortepiano üçün Trio, simli alətlər üçün 3 hissəli
Kvartet, "Hardasan"
romansı (səs və fortepiano üçün, söz. İ.Nəsimi), "Zəfər
marşı" (hərbi
orkestr üçün),
"Ay üzlü nigarım" romansı (səs, arfa, ney, violonçel və darbuka üçün, sözləri
N.Gəncəvi), Kamera
orkestri üçün
pyes, solo qaboy və kamera
orkestri üçün
pyes "Mənim yolum", solo faqot və simli
orkestr üçün
"Endless", simfonik
orkestr üçün
"İron first" əsəri,
"İnsan" simfonik
poeması, səs, solo alətlər, xor və simfonik
orkestr üçün
"Miniatürlər" Bəstəkar
"Assassin's Creed Unity" oyununa, "A Dog's Purpose" filminə musiqi işləmələri yaratmış,
"Genesis" qısametrajlı filminin, Netfliks və Es filmin
"Rise of Empires: Ottoman" serialının musiqi müəllifidir. Hazırda
yeni texniki səs imkanları, eksperimental və digital tətbiqlərə
inteqrasiya olunmuş bədii ifadə vasitələri ilə maraqlanaraq yaradıcılıq
fəaliyyətində tətbiqinə
geniş yer verir.
Vüqarın yaradıcılığını
izlədikcə qətiyyətlə
deyə bilərik ki, Azərbaycan bəstəkarlıq məktəbinin
daha bir parlaq ulduzu sənətin
zirvəsinə doğru
uğurlu addımlarla
irəliləməkdədir.
Elşən QƏNİYEV,
Azərbaycan.-2023.-
9 iyul.- S.5.