Ülviyyə
Zülfiqar: “Qərbi
Azərbaycan İcması
beynəlxalq miqyasda etibarlı tərəfdaş
kimi qəbul olunmaqdadır”
Qərbi Azərbaycan
İcması Ermənistandan
qovulmuş soydaşlarımızın
geri qayıtması prosesinə dünya miqyasında dəstəyin
verilməsi üçün
beynəlxalq təşkilatlara
və ayrı-ayrı
nüfuzlu fiqurlara müraciətlər etməkdə,
məktublar göndərməkdə
davam edir.
Bu sözləri
AZƏRTAC-ın sorğusuna
cavab olaraq Qərbi Azərbaycan İcmasının sözçüsü
Ülviyyə Zülfiqar
söyləyib.
“Bildiyimiz kimi, biz geri qayıdışımızın təmin edilməsi ilə bağlı bir neçə ay əvvəl Ermənistanın baş naziri Nikol Paşinyana da müraciət etmişdik. Lakin təəssüf ki, bu müraciətimizə uyğun olaraq Ermənistan hökuməti hələ ki, dialoq çağırışlarımıza cavab verməyib. Əksinə mətbuatda da gördüyümüz kimi, fundamental insan hüquqları məsələsi olan qayıdış hüququmuza başqa don geydirmə cəhdləri edildi”, - deyə Ülviyyə Zülfiqar vurğulayıb.
O qeyd edib ki, soydaşlarımızın
sülh yolu ilə, təhlükəsiz
və ləyaqətli
şəkildə geri
qayıdışı ilə
bağlı Qərbi Azərbaycan İcması
BMT, UNESCO, Avropa İttifaqı,
Avropa Şurası və bu təşkilatların
alt qurumları kimi beynəlxalq instansiyalara müraciət
edib. Məlum olduğu kimi, BMT 4 dəfə - Qayıdış
Konsepsiyası da daxil olmaqla Qərbi
Azərbaycan İcmasının
müraciətlərini öz
rəsmi sənədi
kimi yayıb. UNESCO və Avropa İttifaqı daxil olmaqla beynəlxalq təşkilatlara edilən
müraciətlərimizə geri dönüşlər
edilir. AŞPA-da yazılı bəyannaməmiz
bu qurumun sənədi kimi yayılır. İcma
ABŞ Dövlət katib
Antoni Blinken, Roma Papası Fransisk həzrətləri kimi nüfuzlu şəxslərə
də məktublar göndərir.
“İcmanın beynəlxalq
istiqamətdə apardığı
fəaliyyət zamanı
göndərilən müraciətlərin,
yayılan sənədlərimizin
eləcə də aldığımız geri
dönüşlərin bir
neçə yöndə
mühüm əhəmiyyəti
var. İlk olaraq bu, Qərbi
azərbaycanlıların öz
ata-baba yurdlarına qayıtmaları ilə bağlı məsələnin
nə qədər böyük önəm kəsb etdiyini göstərir.
Həmçinin bu prosesin beynəlxalq miqyasda dəstəklənməsi ilə əhəmiyyətinin artmasının göstəricisidir. Bu, bir daha sübut edir ki, soydaşlarımız insanlıq əleyhinə cinayətlərin qurbanları olublar. Eyni zamanda, beynəlxalq hüququn bütün norma və prinsiplərinə uyğun olaraq öz evlərinə geri qayıdış hüquqlarına malikdirlər və bu haqları təmin olunmalıdır. Digər önəmli məqam isə ondan ibarətdir ki, bir neçə onilliklərdir soydaşlarımızın leqal təmsilçisi olan Qərbi Azərbaycan İcması beynəlxalq miqyasda etibarlı tərəfdaş olaraq qəbul edilməkdədir. Nüfuzlu qurumlar və şəxslər Qərbi Azərbaycan İcmasının soydaşlarımızın haqq səsi ilə bağlı çatdırdığı müraciətlərə reaksiya verir, bu istiqamətdə dialoq və əməkdaşlıq edirlər. Bütün bunlar bir daha sübut edir ki, indiki Ermənistan ərazisindən ötən əsrdə deportasiya edilmiş bütün azərbaycanlılar və onların varisləri təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdış hüququna malikdirlər. Onların Qayıdış Konsepsiyasında da qeyd olunan bütün hüquq və imtiyazları təmin olunmalıdır”, - deyə Ülviyyə Zülfiqar əlavə edib.
Azərbaycan.-2023.- 9 iyul.- S.4.