Özbəkistan
Respublikasının Prezidenti
Zati-aliləri cənab
Şavkat Mirziyoyevə
Hörmətli Şavkat
Miromonoviç,
Özbəkistan Respublikasının
Prezidenti vəzifəsinə
keçirilən növbədənkənar
seçkilərdə qazandığınız
parlaq qələbə
münasibətilə Sizi
səmimi-qəlbdən təbrik
edirəm.
Səsvermənin nəticələri
milli iradənin ifadəsi, Özbəkistan
vətəndaşlarının Sizin şəxsinizə olan sonsuz etimadının,
inamının və hörmətinin, ölkənizin
hərtərəfli inkişafı,
rifahı və tərəqqisi naminə yürütdüyünüz siyasi
xəttə geniş xalq dəstəyinin bariz təzahürüdür.
Biz ortaq tarixi-mədəni köklər,
qardaşlıq kimi möhkəm təməllər
üzərində qurulmuş
Azərbaycan-Özbəkistan münasibətlərinin hərtərəfli
inkişafına böyük
əhəmiyyət veririk.
Xalqlarımızın iradə
və məramından
qaynaqlanan, qarşılıqlı
inam və dəstəyə əsaslanan
dövlətlərarası əlaqələrimizin bugünkü
səviyyəsi, tərəfdaşlığımızın
yüksələn xətlə
inkişaf etməsi xüsusi məmnunluq doğurur.
Sevindirici haldır
ki, son dövrdə
ikitərəfli münasibətlərimiz
keyfiyyətcə yeni mərhələyə qədəm
qoymuş, qarşılıqlı
faydalı əməkdaşlığımızın
inkişafında yeni istiqamətlər müəyyən
edilmişdir. Əminəm
ki, birgə səylərimizlə qardaş
ölkələr və
etibarlı tərəfdaşlar
olan Azərbaycan ilə Özbəkistan arasında ənənəvi
dostluq münasibətlərinin
inkişafına, çoxşaxəli
əməkdaşlığın genişlənməsinə, strateji
tərəfdaşlığın daha da dərinləşməsinə
nail olacağıq.
Hörmətli Şavkat
Miromonoviç, Sizə
möhkəm cansağlığı,
xoşbəxtlik, qardaş
Özbəkistan Respublikasının
və xalqının əmin-amanlığı və
firavanlığı naminə
məsul dövləti
fəaliyyətinizdə yeni-yeni
uğurlar arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
10 iyul 2023-cü il
Azərbaycan.-2023.-
11 iyul.- S.1.