Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
İyulun 10-da Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev Özbəkistan Respublikasının
Prezidenti Şavkat Mirziyoyevə zəng edib.
Dövlətimizin başçısı
Şavkat Mirziyoyevi Özbəkistanda keçirilən
növbədənkənar prezident
seçkilərində inamlı
qələbəsi münasibətilə
təbrik edib, fəaliyyətində uğurlar
arzulayıb. Prezident İlham Əliyev bu qələbəni Şavkat Mirziyoyevin rəhbərliyi ilə Özbəkistanda həyata
keçirilən siyasətə
xalqın verdiyi dəstək kimi qiymətləndirib və Özbəkistanın qarşıdakı
illərdə də Şavkat Mirziyoyevin liderliyi ilə hərtərəfli inkişaf
yolunu davam etdirəcəyinə əminliyini
ifadə edib.
Özbəkistan Prezidenti
təbriklərə və
göstərilən diqqətə
görə minnətdarlığını
bildirib.
Telefon söhbəti
zamanı prezidentlər
ölkələrimiz arasında
dostluq və qardaşlıq münasibətlərinin
müxtəlif sahələrdə
uğurla inkişaf etdiyini vurğulayıb, dövlət başçıları
və digər səviyyələrdə qarşılıqlı
səfərlərin və
təmasların əhəmiyyətini
qeyd edib, əməkdaşlığımızın daha da genişləndirilməsi
ilə bağlı əldə edilmiş razılaşmaların və
qəbul olunan qərarların yüksək
səviyyədə icra
olunmasından məmnunluqlarını
bildiriblər.
Dövlət başçıları
ikitərəfli münasibətlər
və qarşılıqlı
maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparıblar.
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib. Dəvət minnətdarlıqla qəbul olunub.
Azərbaycan.-2023.-
11 iyul.- S.1.