Müqəddəs
Taxt-Tac Heydər Əliyev Fondunun fəaliyyətini yüksək
qiymətləndirib
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev iyulun 10-da Müqəddəs Taxt-Tacın
dövlət katibi kardinal Pietro Parolini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Prezident
İlham Əliyev münasibətlərimizin dərinləşdirilməsində
qarşılıqlı səfərlərin
önəmini qeyd edərək, özünün
2020-ci ildə Vatikana səfərini və Pietro Parolin ilə görüşünü,
həmçinin Roma Papası
Fransiskin ölkəmizə
səfərini məmnunluqla
xatırladı.
Dövlətimizin başçısı
Kardinal Pietro Parolinin səfərinin əlaqələrimizin genişlənməsi
işinə töhfə
verəcəyinə əminliyi
vurğuladı.
Azərbaycan Prezidenti
ilə görüşdən
məmnunluğunu ifadə
edən kardinal Pietro Parolin Roma Papası Fransiskin salamlarını və ən xoş arzularını, həmçinin
ölkəmizdə katolik
icmaya göstərilən
diqqətə görə
təşəkkürünü dövlətimizin başçısına
çatdırdı.
Prezident İlham
Əliyev salamlara və xoş sözlərə görə
minnətdarlığını bildirdi, onun da salamlarını Roma Papasına çatdırmağı
xahiş etdi.
Dövlətimizin başçısı
Azərbaycanın Müqəddəs
Taxt-Tacda səfirliyinin
açılmasını qeyd
etdi.
Kardinal Pietro Parolin səfirliyin açılmasına görə təşəkkürünü bildirdi, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təbriklərini çatdırdı.
Söhbət zamanı Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi.
Kardinal Pietro Parolin ölkəmizdə dini abidələrin bərpası istiqamətində görülən işləri vurğuladı, katolik kilsəsində aparılan bərpa işlərinə görə Heydər Əliyev Fondunun fəaliyyətini yüksək qiymətləndirdi.
Azərbaycan.-2023.- 11 iyul.- S.1.