Neokolonializm,
müstəmləkəçilik, dini ayrı-seçkilik…
Ötən həftə
Bakıda keçirilmiş
Qoşulmama Hərəkatının
Əlaqələndirmə Bürosunun
"Qoşulmama Hərəkatı:
meydana çıxan çağırışlarla mübarizədə
birgə və qətiyyətli" mövzusunda
nazirlər görüşündə
Prezident İlham Əliyev bir daha dünyaya bəyan etdi ki, Azərbaycan neokolonializm meyillərinin artmasından olduqca narahatdır.
Dekolonizasiya prosesi
nəticəsində yaranmış
Qoşulmama Hərəkatı
keçmişin bu utancverici mirasına qarşı qətiyyətlə
mübarizə aparmalı
və onun tamamilə aradan qaldırılmasına öz
töhfəsini verməlidir.
Neokolonializmi hələ
də davam etdirən ölkələrdən
birinin Fransa olduğunu deyən dövlət başçısı
bildirib ki, Fransanın
Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının
iyrənc qalıqlarıdır.
Fransa Qəmər adalarının Mayot adası üzərində
suverenliyinə, həmçinin
Yeni Kaledoniya xalqının, o cümlədən
özünün digər
dənizaşırı icma
və ərazilərində
yaşayan xalqların
hüquqlarına hörmət
etməlidir.
İlham Əliyev,
həmçinin qeyd edib ki, Fransanın
soyqırımlarla dolu
hakimiyyəti dövründə
1,5 milyona yaxın əlcəzairli qətlə
yetirilib: "Hələ
də Paris muzeyində
əlcəzairli azadlıq
döyüşçülərinin kəllə sümükləri
müharibə qənimətləri
kimi saxlanılır. Bu, utancverici və iyrənc hərəkətdir. Biz Fransa Prezidenti Emmanuel Makrondan həmin qəhrəmanların
qalıqlarını Əlcəzairə
təhvil verməsini tələb edirik".
Digər dövlətlərin
daxili işlərinə
qarışan, "haqq"
və "ədalət"dən
danışan Fransanın
yürütdüyü müstəmləkəçilik
siyasəti göz qarşısındadır. Avropa ölkəsi dini, irqi ayrı-seçkilik siyasəti yürüdərək
əsrlər boyu digər xalqların haqlarını tapdalayıb.
Əslində uzun
illər ərzində
Azərbaycan və Ermənistan münasibətlərində
işğalçı dövlətə
havadarlıq etməsi
də bu ölkənin yürütdüyü
siyasətdən xəbər
verir.
Haqq və ədalətdən, beynəlxalq
hüquqdan danışan
Avropa ölkəsinin yürütdüyü siyasəti
isə ən yaxşı və qətiyyətli şəkildə
Prezident İlham Əliyev dünyaya çatdırdı.
Ölkə rəhbəri
vurğuladı ki, Fransa öz müstəmləkə keçmişinə,
qanlı müstəmləkə
cinayətlərinə və
soyqırımı aktlarına
görə Qoşulmama
Hərəkatına üzv
olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və
digər ölkələrdən
üzr istəməlidir.
Fransa ona aidiyyəti olmayan bölgələrdə də
gərginlik yaratmaq üçün cəhdlər
edir
Milli Məclisin
deputatı Aydın Mirzəzadə qəzetimizə
açıqlamasında bildirib
ki, Fransa Prezidenti Emmanuel Makronun apardığı xarici siyasət çox mürəkkəbdir.
Fransa BMT Təhlükəsizlik
Şurasının beş
daimi üzvündən
biri olaraq dünyada beynəlxalq hüquq normalarının,
ədalətin, sabitliyin
və sülhün qorunmasına birbaşa məsuliyyət daşıyan
ölkə hesab edilir: "Bununla belə Fransanın hərəkətləri dünyanın
bu və ya digər bölgəsində
gərginliyin yaranmasına
səbəb olur. Fransa tarixdə böyük müstəmləkə
əraziləri olan ölkə kimi tanınır.
Ancaq XIX əsrin sonu və XX əsrdə tədricən
müstəmləkələrdən qurtuldu və onlarla yaxşı münasibətlər qurmağa
söz verdi. Lakin vaxtaşırı Fransanın həmin ölkələrin daxili işlərinə qarışdığı,
böyük qətliamlar
törətdiyi aydın
məsələdir. Digər
tərəfdən, Fransa
ona heç bir aidiyyəti olmayan müxtəlif bölgələrdə də
gərginlik yaratmaq üçün cəhdlər
edir. Bunlardan biri də Cənubi
Qafqaz regionudur".
Ermənistanın Azərbaycana
qarşı yürütdüyü
işğalçılıq siyasətinin uzun müddət ölkəmiz
üçün böyük
problemlər yaratdığını
deyən A.Mirzəzadə
ərazisi kiçik və resursları az olan ölkənin
Azərbaycan kimi dövlətin torpaqlarını
30 il işğalda saxlamasının bir çox səbəbləri
olduğunu və Fransanın daim onlara siyasi, maliyyə, təşkilati
dəstək göstərdiyini
vurğulayıb. Vətən
müharibəsi dövründə
Fransa Azərbaycanın
öz ərazi bütövlüyünü təmin
etmə xəttinə
qarşı açıq
şəkildə çıxış
etdi. Azərbaycanı
Zəfər yürüşündən
çəkindirmək üçün
min bir cəhd
göstərdi: "Makron
az qalmışdı əlinə silah alıb döyüş bölgəsində Azərbaycan
əsgərinə qarşı
vuruşsun. Son dövrlərdə Fransa prezidentinin Azərbaycanla bağlı qərəzli
fikirlərinin, tarixi təhrif edən, bəzən isə tam yalan məlumatların
beynəlxalq ictimaiyyətə
çatdırılmasının şahidi oluruq. Bu, əlbəttə ki, Fransanın nüfuzunun qorunub saxlanmasına xidmət etmir. Azərbaycan dəfələrlə Fransaya
apardığı siyasətə
görə etirazını
bildirib. Bu ölkəylə olan münasibətlərinin pisləşməsində
maraqlı olmadığını
və rəsmi Parisi bu addımdan
çəkindirməyə çalışıb. Görünən
odur ki, Fransa öz cəhdlərindən, qərəzli
mövqeyindən əl
çəkmir".
Deputat bildirib ki, Fransa hətta
fransızdilli ölkələrin
birləşdiyi Frankofoniya
təşkilatında vaxtaşırı
Azərbaycan əleyhinə
qətnamələrin qəbul
edilməsinə də
cəhdlər edib. Ancaq Azərbaycanın ədalətli mövqeyi orada qətiyyətlə qorunub və belə qərarların qəbul edilməsinin qarşısı alınıb.
Dövlət başçımız
Azərbaycana səfər
edən Albaniya Prezidentinə də vaxtilə Albaniyanın bu təşkilatda bizi müdafiə etdiyinə görə təşəkkürünü bildirdi. Makronun bu siyasəti Fransada bəzi siyasi dairələr tərəfindən də
qəbul edilmir. Fransa tarixində heç vaxt belə uzunmüddətli gərgin daxili qarşıdurmalar baş verməyib. Bu, onu göstərir ki, xaricdə gərginlik yaratmağa çalışan hakimiyyət
heç vaxt öz ölkəsində sülhü bərqərar
edə bilmir: "Prezident İlham Əliyev dəfələrlə
Fransanı statusuna uyğun olaraq təmkinli davranmağa və Cənubi Qafqaz regionu ilə bağlı düzgün mövqe tutmağa çağırıb.
Cənab Prezident Qoşulmama Hərəkatının
nazirlər görüşündə
Fransanın tarixən
apardığı siyasətin
qaranlıq səhifələrinə
də diqqət yetirdi və törətdiyi qətliamlara
görə üzr istəməyə çağırdı.
Əlbəttə, Azərbaycan
dövlət başçısının
belə cəsarətli
mövqeyi onun beynəlxalq hüquqa söykəndiyini göstərir.
Ümid edirəm ki, gec-tez, ilk
növbədə, Fransanın
beynəlxalq hüquq,
demokratiya, insan hüquqlarına hörmətlə
yanaşmaq qaydalarına
riayət etməsinin vacibliyi başa düşüləcək".
Hər zaman müstəmləkəçilik siyasəti həyata keçirən dövlət
Milli Məclisin
deputatı Arzu Nağıyev isə bildirib ki, bir
müddət əvvəl
Fransa polisi tərəfindən əlcəzairəsilli
17 yaşlı gəncin
öldürülməsi bu
ölkənin apardığı
ayrı-seçkilik siyasətini
ortaya qoyur. Fransa özünü demokratik ölkə kimi göstərmək istəsə də, tarixdə hər zaman müstəmləkəçilik
siyasəti həyata keçirən bir dövlət olub.
Deputat bildirib ki, Fransa Əlcəzair,
Qvineya, Qabon, Vyetnam, Tunis, Kambocada müstəmləkəçilik
siyasəti həyata keçirib: "Müstəmləkəçilik
siyasətinin əsl mahiyyətini pərdələməyə
çalışan bu
ölkə zəbt etdiyi ərazilərin coğrafiyasını 1946-cı ildən "Fransız ittifaqı", 1958-ci ildən
isə "Fransız
birliyi" adlandırıb.
Fransanın Əlcəzairdə
törətdiyi hadisələr
də unudulmamalıdır.
Fransanın Əlcəzairi
işğalı dövründə
çoxsaylı əlcəzairli
öldürülüb".
A.Nağıyev qeyd
edib ki, Fransa ölkələrin hərbi, iqtisadi, siyasi və mədəni varlıqlarını
məhv edərək onları öz müstəmləkəsinə çevirib,
nəticədə ərazilərini
genişləndirib: "Rəsmi
Paris bu siyasətinin bədəlini hələ
də ödəyir. Çünki keçmiş
müstəmləkələrdəki miqrantların nəvələri
indi Fransada yaşayır və onlar ölkədə çoxluq təşkil edən elektoratlardır. Onların öz haqlarını tələb
etmələri isə
Makronun ölkəni idarə etməsini çətinləşdirir".
Fransanın Ermənistanda
müstəmləkəçilik siyasəti həyata keçirməklə Cənubi
Qafqaza daxil olmaq istədiyini vurğulayan deputat Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Bakıda
keçirilmiş nazirlər
görüşündə bu ölkənin vaxtilə müstəmləkə
halına saldığı
ölkələrdən üzr
istəməli olduğunu
dediyini xatırladıb.
Fransa ölkələrin
daxili işlərinə
qarışmamalı və
Ermənistandan bir rıçaq kimi istifadə etməkdən əl çəkməlidir.
"Fransa öz ərazisində cəmləşmiş
nəhəng erməni
şirkətlərindən əldə etdiyi mənfəətə görə
Azərbaycana qərəzli
mövqedə dayanır.
Daim ölkəmizə
qarşı əsassız
qətnamələrin qəbul
edilməsinə cəhdlər
göstərir. Amma bu cəhdlər nəticəsiz qalacaq. Dünyada qlobal güc beynəlxalq hüquqdan üstün olsa da, bəzi
ölkələr bu neqativ tendensiyanı məhv edir, öz daxili və xarici siyasətlərini azad şəkildə formalaşdırır.
Öz gücü hesabına torpaqlarını
işğaldan azad edən Azərbaycan da müstəqil daxili və xarici siyasət yürüdür. Beləliklə,
müstəmləkəçi, işğalçılıq siyasətini
dəstəkləyən Fransa
ilk növbədə öz daxili siyasətinə diqqət yetirməli, dini, irqi ayrı-seçkiliyi dəstəkləyən siyasətindən
əl çəkməlidir",
- deyə deputat əlavə edib.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2023.-
11 iyul.- S.5.