Erməni
yalanları hüquqi müstəvidə iflasa uğrayır
Ermənistanın
Laçın yolundakı
sərhəd nəzarət-buraxılış
məntəqəsi ilə
bağlı iddialarının
rədd edilməsi ciddi siyasi nəticələr
doğuran hadisədir
Xəbər verildiyi
kimi, Beynəlxalq Ədalət Məhkəməsi
Ermənistanın Laçında
Azərbaycana məxsus
sərhəd nəzarət-buraxılış
məntəqəsinin aradan
qaldırılması ilə
bağlı tələbini
yekdilliklə rədd edib.
Beləliklə, Ermənistanın
Azərbaycana qarşı
qaldırdığı növbəti
əsassız iddiası
beynəlxalq səviyyədə
iflasa uğrayıb. Məhkəmə həmin
ərazidə buraxılış
məntəqəsi yaratmağı
Azərbaycanın suveren
hüququ kimi təsdiq edib.
Mövzu ilə
bağlı Milli Məclisin deputatlarının
fikirlərini öyrəndik.
Suveren hüquqlarımız
qətiyyətlə təmin
edilir
Milli Məclisin
deputatı Bəhruz Məhərrəmov deyib ki, Beynəlxalq Ədalət Məhkəməsinin
Ermənistanın Laçındakı
sərhəd nəzarət-buraxılış
məntəqəsinin aradan
qaldırılması ilə
bağlı tələbini
yekdilliklə rədd etməsi beynəlxalq hüququn təntənəsi
olmaqla bərabər, ciddi siyasi nəticələr
doğuran hüquq hadisəsidir: "Məhkəmə
bu qərarı ilə bir daha
qəti mövqe ifadə etdi ki, Azərbaycanın Laçında sərhəd
nəzarət-buraxılış məntəqəsi yaratması
beynəlxalq hüquqla
tanınır. Beynəlxalq
hüququn ən az üç prinsipinə əsasən,
hər bir dövlət digər ölkələrin suverenliyinə,
yəni digər dövlətlərin müdaxiləsi
olmadan öz ərazilərində hakimiyyətini
həyata keçirmək
hüququna hörmətlə
yanaşmaq məcburiyyətindədir.
"Azərbaycan Respublikasının
dövlət sərhədi
haqqında" qanunun
12-ci maddəsinə əsasən,
şəxslər, nəqliyyat
vasitələri, yüklər
müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan
Respublikasının dövlət
sərhədindən buraxılış
məntəqələrindən buraxılırlar. Yəni
dövlət sərhədi
həm dövlətdaxili,
həm də beynəlxalq hüquqla dövlət suverenliyinin ərazi hüdududur".
Deputat qeyd edib ki, Beynəlxalq
Ədalət Məhkəməsi
bu prinsipləri görməzdən gələ
bilməzdi: "Azərbaycan
Xarici İşlər
Nazirliyinin də yaydığı bəyanatda
ifadə olunduğu kimi, "Biz Məhkəmənin Azərbaycanın
öz sərhədlərinə
nəzarət etmək
hüququnu bir daha təsdiq edən və Ermənistanın sərhəd
nəzarət-buraxılış məntəqəsinin aradan
qaldırılması ilə
bağlı tələbinin
əsassız olduğunu
sübut edən qərarını alqışlayırıq".
Bu qərar eyni zamanda mühüm
siyasi reallığı
- aylardır bu mövzuda anti-Azərbaycan
kampaniyası aparan Fransa, Avropa Parlamenti və bir sıra digər
beynəlxalq subyektlərin
arqumentlərinin nə
qədər çürük,
özlərinin isə
nə qədər qərəzli, beynəlxalq
hüquqa hörmət
etməyən subyektlər
olduğunu meydana çıxardı".
Bəhruz Məhərrəmovun
sözlərinə görə,
bir daha aydın oldu ki, əslində, İrəvan beynəlxalq məhkəmə instansiylarındakı
mümkün hüquqi
imkanlardan sui-istifadə
etməklə məğlubiyyətdən
sonra düşdüyü
çıxılmaz vəziyyətdə
daxili auditoriyanın diqqətini yayındırmağa
çalışır: "Eyni zamanda manipulyasiya
etməklə Beynəlxalq
Ədalət Məhkəməsini
informasiya müharibəsində
Azərbaycan əleyhinə
alətə çevirmək
istəyir. Lakin bu kimi mübarizə
üsulları ilə
İrəvan özü
elə indidən məğlubiyyətə məhkumdur.
Azərbaycan isə suveren hüquqlarını
istənilən halda tam şəkildə həyata keçirəcək.
Ermənistanın 30 il
boyunca davam etmiş işğal, təcavüz siyasətinin,
müharibə cinayətlərinin
nəticələrinə görə
bu dövlətin məsuliyyətə cəlb
edilməsi istiqamətində
bütün zəruri
tədbirləri davam etdirəcək".
Ermənistana növbəti
hüquqi zərbə
Milli Məclisin
deputatı Azər Badamov deyib ki,
Beynəlxalq Ədalət
Məhkəməsi uzun
illər Azərbaycana
qarşı ədalətsiz
qərarlar qəbul etsə də, bu dəfə Ermənistanın Laçın
yolu ilə bağlı qaldırdığı
iddiasını yekdilliklə
rədd edib: "Azərbaycan hər zaman ədalətin tərəfində olub, atdığı bütün
addımları beynəlxalq
hüquqa cavab verib. Laçın yolunda sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulması
da Azərbaycanın suveren hüququdur. Bu məntəqənin yaradılması ərazimizə
qeyri-qanuni olaraq silah, hərbi texnika göndərilməsinin
dayandırılması zərurətindən
yaradılıb. Nəzərə
almaq lazımdır ki, Ermənistan həmin ərazilərdə
Rusiya sülhməramlılarının
bayrağı altında
Qarabağda qalmış
qanunsuz silahlı birləşmələrinin təminatını
və canlı qüvvəsinin rotasiyasını
həyata keçirirdi.
Ona görə də nəzarət-keçid
məntəqəsi yaratmaqla
ərazilərimizə qanunsuz
daşınmaların qarşısını
almaq bizim haqqımız idi".
Deputat bildirib ki, buraxılış məntəqəsinin yaradılması
ilə Qarabağda yaşayan ermənilərin
Laçın yolu vasitəsilə hərəkətinə
heç bir məhdudiyyət qoyulmayıb:
"Qarabağda yaşayan
ermənilər həmin
məntəqədə yalnız
pasportlarını təqdim
etməklə heç
bir maneə ilə qaşılaşmadan
sərhədi keçə
bilirlər. Təbii ki, sərhəd nəzarət-buraxılış postunun yaradılması beynəlxalq hüquqa uyğundur, burada heç bir beynəlxalq norma pozuntusu yoxdur. Beynəlxalq Ədalət Məhkəməsi də bütün bu məsələləri araşdırıb
və Laçın nəzarət-buraxılış məntəqəsinin fəaliyyətində
hər hansı bir nöqsanın olmadığını bildirib".
Azər Badamov vurğulayıb ki, Beynəlxalq
Ədalət Məhkəməsinin
qərarı Ermənistan
və onun havadarlarına böyük
zərbədir: "Fransa
başda olmaqla Ermənistanın bütün
dayaqları Laçın
yoluna görə Azərbaycanı beynəlxalq
platformalarda günahlandırırdı.
Bu qərardan sonra onların dili ağızlarında qurumalıdır. Qarabağın
qanunsuz erməni silahlılarından təmizlənməsi
prosesi də beynəlxalq hüquqa uyğundur. Hesab edirəm ki, növbəti addımımız
Qarabağdakı qanunsuz erməni silahlılarının neytrallaşdırılması
ilə bağlı olmalıdır. Orada yaşayan erməniəsilli
sakinlərimizin hüquq
və təhlükəsizliklərinin
təmin edilməsi isə Azərbaycanın daxili işidir. Beləliklə, Azərbaycan
ermənilərin yaşadıqları
ərazilərimizdə də
dövlət quruluşunun
bərpasına yavaş-yavaş yaxınlaşır".
Nəzrin QARDAŞXANOVA,
Azərbaycan.-2023.-
11 iyul.- S.5.