“Saxta əmtəə nişanlarının
və coğrafi göstəricilərin istifadəsinin
qabaqlanması və qarşısının alınması
üzrə MDB iştirakçısı
dövlətlərinin əməkdaşlığı
haqqında Saziş”in
icrası ilə bağlı səlahiyyətli
orqanların (qurumların)
müəyyən edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Azərbaycan Respublikasının
2023-cü il 16 iyun tarixli 921-VIQ nömrəli
Qanunu ilə təsdiq edilmiş “Saxta əmtəə nişanlarının və
coğrafi göstəricilərin
istifadəsinin qabaqlanması
və qarşısının
alınması üzrə
MDB iştirakçısı dövlətlərinin əməkdaşlığı
haqqında Saziş”in
12-ci maddəsinin icrasını
təmin etmək məqsədilə qərara
alıram:
1. 2021-ci il mayın
28-də Minsk şəhərində
imzalanmış “Saxta
əmtəə nişanlarının
və coğrafi göstəricilərin istifadəsinin
qabaqlanması və qarşısının alınması
üzrə MDB iştirakçısı
dövlətlərinin əməkdaşlığı
haqqında Saziş”in
Azərbaycan Respublikası
tərəfindən həyata
keçirilməsi üzrə
səlahiyyətli orqanlar
(qurumlar) qismində Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi,
Azərbaycan Respublikasının
Daxili İşlər
Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi, Azərbaycan Respublikasının Dövlət
Gömrük Komitəsi
və Azərbaycan Respublikasının Əqli
Mülkiyyət Agentliyi
müəyyən edilsinlər.
2. Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyi bu Sərəncamın 1-ci hissəsində
göstərilən Sazişin
Azərbaycan Respublikası
tərəfindən həyata
keçirilməsi üzrə
səlahiyyətli orqanların
(qurumların) müəyyən
edildiyi barədə Müstəqil Dövlətlər
Birliyinin İcraiyyə
Komitəsinə bildiriş
göndərsin.
İlham
Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
10 iyul 2023-cü il
Azərbaycan.-2023.-
11 iyul.- S.2.