Saxta
əmtəə nişanlarının
və coğrafi göstəricilərin istifadəsinin
qabaqlanması və qarşısının alınması
üzrə MDB iştirakçısı
dövlətlərinin əməkdaşlığı
haqqında Sazişin təsdiqi və Müstəqil Dövlətlər
Birliyinin Hökumət
Başçıları Şurasının
iclasında Azərbaycan
Respublikasının Hökuməti
adından imzalanmış
Yalançı əmtəə
nişanlarından və
coğrafi göstəricilərdən
istifadənin qarşısının
alınması və kökünün kəsilməsi
tədbirləri haqqında
Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası
Qanununun ləğv edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 95-ci maddəsinin
I hissəsinin 4-cü bəndini
rəhbər tutaraq qərara alır:
1. 2021-ci il 28 may
tarixində Minsk şəhərində Müstəqil
Dövlətlər Birliyinin
Hökumət Başçıları
Şurasının iclasında
imzalanmış "Saxta
əmtəə nişanlarının
və coğrafi göstəricilərin istifadəsinin
qabaqlanması və qarşısının alınması
üzrə MDB iştirakçısı
dövlətlərinin əməkdaşlığı
haqqında Saziş"
Azərbaycan Respublikasının
ona dair qeyd-şərti ilə (qeyd-şərt mətni əlavə olunur) təsdiq edilsin.
2. "Müstəqil Dövlətlər Birliyinin
Hökumət Başçıları
Şurasının iclasında
Azərbaycan Respublikasının
Hökuməti adından
imzalanmış "Yalançı
əmtəə nişanlarından
və coğrafi göstəricilərdən istifadənin
qarşısının alınması
və kökünün
kəsilməsi tədbirləri
haqqında" Sazişin
təsdiq edilməsi barədə" Azərbaycan
Respublikasının 2000-ci il
24 mart tarixli 844-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2000, № 6, maddə 400) ləğv
edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
16 iyun 2023-cü il
Azərbaycan.-2023.-
11 iyul.- S.2.