Müqəddəs
Taxt-Tacın dövlət
katibi Heydər Əliyev Mərkəzində
olub
Azərbaycanda səfərdə
olan Müqəddəs
Taxt-Tacın dövlət
katibi kardinal Pietro Parolin iyulun 10-da Fəxri xiyabanı və Şəhidlər xiyabanını
ziyarət edib.
AZƏRTAC xəbər verir ki, Pietro
Parolin Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını
ziyarət edərək
əziz xatirəsini ehtiramla anıb.
Müqəddəs Taxt-Tacın
dövlət katibi, həmçinin ölkəmizin
müstəqilliyi və
ərazi bütövlüyü
uğrunda şəhid
olan vətəndaşlarımızın
məzarlarını ziyarət
edib, “Əbədi məşəl” abidəsi
önünə gül
dəstəsi qoyub.
Qonaq daha sonra Heydər Əliyev Mərkəzində
olub. Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov qonağa
Mərkəzin fəaliyyət
istiqamətləri və
burada nümayiş olunan sərgilər barədə məlumat verib.
Mərkəzdə, həmçinin
Azərbaycanın mədəniyyət
naziri Adil Kərimli ilə Müqəddəs Taxt-Tacın
dövlət katibi kardinal Pietro Parolinin görüşü
olub.
Görüşdə Azərbaycan və Müqəddəs Taxt-Tac arasındakı mövcud əlaqələr, mədəniyyət
sahəsindəki layihələr,
o cümlədən muzeylər
və kitabxanalar arasındakı əməkdaşlıq
məsələləri müzakirə
edilib.
Görüş zamanı
Müqəddəs Taxt-Tacın
dövlət katibi
2023-cü ildə Bakıda
keçiriləcək Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumuna dəvət olunub.
Qeyd edək ki, Pietro Parolin
Bakıda Tereza Ananın Mərhəmət
bacıları sığınacağında
və Müqəddəs
Məryəm Katolik Kilsəsində də olub.
İyulun 11-dək davam
edəcək səfər
çərçivəsində Müqəddəs Taxt-Tacın
dövlət katibi, həmçinin dini icmaların nümayəndələri
ilə görüşlər
keçirəcək.
Qarşılıqlı hörmətə əsaslanan
Azərbaycan-Müqəddəs Taxt-Tac əlaqələri
böyük inkişaf
yolu keçib və hazırda Azərbaycanla Müqəddəs
Taxt-Tac arasındakı
siyasi dialoq yüksək səviyyədədir.
Müqəddəs Taxt-Tac ilə Heydər Əliyev Fondu arasında da səmərəli əməkdaşlıq əlaqələri qurulub. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Fond tərəfindən Vatikanda bəşəri əhəmiyyət daşıyan bir sıra tarixi abidələrin bərpası mədəni irsin qorunmasına mühüm töhfədir. Həmin layihələr dünya mədəni, tarixi və dini irsinin qorunması ilə yanaşı, mədəniyyətlər və dinlərarası əlaqələrin inkişafında Azərbaycanın rolunu bir daha təsdiqləyir.
Azərbaycan.-2023.- 11 iyul.- S.2.