İşğaldan
azad olunmuş rayonlarda Azərbaycanın
mədəni irsi bərpa olunur
Məmləkətimizin dünyanın ən qədim sivilizasiya mərkəzlərindən biri
olduğunu xalqımızın
mədəni irsinin zənginliyi də təsdiq edir. Azərbaycanın hər bölgəsində tariximizin
nişanələri qalmaqdadır.
Həmin abidələr
bizə əcdadlarımızın
həyat tərzindən,
düşüncələrindən soraq verir.
Bir həqiqət
də var ki, bu qədim
abidələrin bir çoxu yalnız ölkə deyil, dünya əhəmiyyətlidir.
Onların tarixini öyrənməklə ilk
bəşər övladlarının
yaşam tərzi, arzuları barədə məlumat almaq mümkündür. Bu baxımdan, qədim abidələrə həssaslıqla
yanaşmaq hər bir insanın mənəvi borcudur. Ancaq Azərbaycanın ən qədim yaşayış məskənlərindən
olan Qarabağ və Şərqi Zəngəzur ərazilərini
otuz ilə yaxın işğal altında saxlayan erməni vandalları tarixə qənim kəsildilər.
Yağı düşmənin
talan etdiyi qədim abidələr
1990-cı illərdə Ermənistan tərəfindən
işğal olunanda Qarabağ və Şərqi Zəngəzur
ərazilərində 13 dünya
əhəmiyyətli (6 memarlıq
və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli
(119 memarlıq və
173 arxeoloji) və 330 yerli əhəmiyyətli
(270 memarlıq, 22 arxeoloji,
23 bağ, park, monumental və xatirə abidələri,
15 dekorativ sənət
nümunəsi) tarix və mədəniyyət
abidələri vardı.
Eyni zamanda işğal olunmuş ərazilərdə 40 mindən
artıq eksponatın toplandığı 22 muzey,
4,6 milyon kitab fondu olan
927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert salonu, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət
və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi mövcud idi. Qəsbkar Ermənistanın beynəlxalq
konvensiyaları, xüsusilə
"Silahlı münaqişə
zamanı mədəni
sərvətlərin mühafizəsi
haqqında" 1954-cü il
Haaqa Konvensiyasını
və ona dair protokollarını, həmçinin UNESCO-nun
"Ümumdünya mədəni
və təbii irsin mühafizəsi haqqında" Konvensiyasını
heçə saydı.
Vandallar Azərbaycanın
ölkə və dünya əhəmiyyətli
mədəniyyət abidələrini
vəhşicəsinə taladılar,
məhv etdilər.
2020-ci il sentyabrın
27-də Ermənistanın təxribatı
nəticəsində başlayan
Vətən müharibəsi
Azərbaycanın qələbəsi
ilə başa çatdı. 44 gün davam edən müharibədə qəhrəman
Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini məğlubiyyətə
uğradaraq otuz ilə yaxın işğal altında qalan torpaqlarımızı
azadlığa çıxardı.
Təcavüzkar Ermənistan
tərəfindən həmin
ərazilərin xarabalığa
çevrildiyini təkcə
Azərbaycan xalqı yox, bütün dünya gördü. Erməni vandalları işğal illərində
Qarabağda və Şərqi Zəngəzurda
tarixi əhəmiyyətli
abidələri qarət
etmiş, talamış,
maddi və mənəvi dəyəri
böyük olan əşyaları daşıyıb
Ermənistana apamışdılar.
Bununla da kifayətlənməmişdilər. Qarabağdan və Şərqi Zəngəzurdan
əsl sakinlərinin
- azərbaycanlıların izlərini silmək üçün həmin abidələri uçurub
dağıtmış, yerləyeksan
etmiş, xeyli hissəsini yandırmışdılar.
İlk insan məskənlərindən olmuş
məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək,
Üzərliktəpə kurqanları
Ermənistan silahlı
qüvvələri tərəfindən
hərbi məqsədlər
üçün istifadə
olundu, qəsdən dağıdıldı. Xocalıda,
Ağdamda, Ağdərədə,
Füzulidə, Cəbrayılda
kurqanlar, eləcə də işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər,
Qubadlı, Zəngilan,
Füzuli rayonlarının
ərazilərində qəbiristanlıqlar,
türbələr, məscidlər,
məbədlər, Qafqaz
Albaniyasına məxsus
abidələr və digər milli irsimizə qarşı ermənilər vandallıq
törətdilər.
İşğalçılar beş minə yaxın eksponatı olan Şuşa Tarix Muzeyi, Dövlət
Xalça Muzeyinin filialı və Xalq Tətbiqi Sənəti Muzeyi, Qarabağ Dövlət Tarix Muzeyi, Laçın
rayonundakı Ağoğlan
məbədi, Xocalıdakı
Əsgəran qalası,
Kəlbəcər Tarix
Muzeyinin və başqa mədəniyyət
ocaqlarının, rəsm
qalereyalarının dəyərli
ekspozisiyaları da qarət olundu, talan edildi. Təcavüzkarlar
kitabxanaları yandırdılar,
misli-bərabəri olmayan
əlyazma nümunələrini
məhv etdilər. Vəhşi, məkrli ermənilər abidələrimizin
bir çoxundan isə müxtəlif məqsədlər, hətta
tövlə kimi də istifadə etmişdilər.
Mədəni irsə
vandal münasibət dünya irsinə qarşı təhlükədir
Vətən müharibəsindən
sonra Azərbaycan dövləti işğaldan
azad olunmuş ərazilərində geniş
və sürətli tikinti-bərpa, quruculuq işlərinə başladı.
Prezident İlham Əliyev xalqı əmin etdi: "Qarabağı cənnətə
çevirəcəyik. Artıq
bütün göstərişlər
verilib. Bütün işlər görülür,
planlı şəkildə
görüləcək və
biz bundan sonra bu torpaqlarda
əbədi yaşayacağıq".
Artıq bir sıra istiqamətlərdə,
xüsusən regionun enerji ilə təminatı, yol infrastrukturunun qurulması,
dəmir yolu xətlərinin və hava limanlarının tikintisi sahəsində ciddi addımlar atılıb. İşğal
nəticəsində böyük
ziyan görmüş
Qarabağda və Şərqi Zəngəzurda
abidələrin, memarlıq
irsinin bərpası və qorunması istiqamətində də hazırda çox mühüm, olduqca əhəmiyyətli işlər
həyata keçirilir.
Hələ 2020-ci il
oktyabrın 29-da Prezident
İlham Əliyev
"Azərbaycan Respublikasının
işğaldan azad edilmiş ərazilərində
müvəqqəti xüsusi
idarənin təşkili
haqqında" fərman
imzaladı. Fərmana
uyğun olaraq, Azərbaycanın işğaldan
azad edilmiş ərazilərində tarixi
obyektlərin və mədəniyyətin ilkin
inventarlaşdırılması və mühafizəsi məqsədilə abidələrin
və mədəniyyət
müəssisələrinin monitorinqi aparıldı. Görülən tədbirlər
çərçivəsində dövlət qeydiyyatında
olan 312 tarix və mədəniyyət
abidəsinin monitorinqi
zamanı bu ərazilərdə dövlət
qeydiyyatına alınmayan,
tarixi, memarlıq və arxeoloji dəyərə malik 106 abidə müəyyənləşdirildi.
Monitorinq işğal dövründə Ermənistan
Respublikasının tarix
və mədəniyyət
abidələri ilə
bağlı qanunsuz əməllər törətdiyi
ərazilərin vəziyyətini
müəyyən etməyə
imkan yaratdı. Müəyyənləşdirildi ki, otuz ilə
yaxın Ermənistanın
işğalında qalmış
ərazilərimizdə məscidlər,
mədrəsələr, məbədlər
nəinki məhv edilmiş, bir çox hallarda başqa məqsədlər
üçün istifadə
olunmuşdur. Pənahəli
xanın (XIX əsr) və Mehdiqulu xanın Ağdam şəhərində yerləşən
məqbərələri dağıdılmış,
abidələrə işğalçı
Ermənistan tərəfindən
ciddi ziyan dəymişdir. İbrahimxəlil
xanın məzarı
da (XIX əsr) tamamilə dağıdılmışdır.
Əlbəttə ki, bunlar yalnız erməni vandallarının
ziyan vurduqları, yer üzündən silməyə çalışdıqları
tarixi abidələrimizdən
bir qismidir.
Zəngin mədəni
irsə vandal münasibət bütün
dünya irsi üçün təhlükədir.
Qeyd etdiyimiz kimi, işğaldan azad edilmiş ərazilərimizdə ölkə
və dünya əhəmiyyətli çox
dəyərli tarix-mədəniyyət
abidələri var. Xudafərin körpüləri,
Şuşa qalası,
Azıx mağarası,
Gəncəsər, Xudavəng
monastrları, Qutlu Musa türbəsi,
Azıx mağarası
Qarabağ və Şərqi Zəngəzurun
dünya əhəmiyyətli
tarix-mədəniyyət abidələridir.
Artıq onlardan bəziləri, o cümlədən
Üzeyir bəy Hacıbəylinin heykəli,
Molla Pənah Vaqifin büstü və məqbərəsi,
Bülbülün ev-muzeyi,
Saatlı məscidi bərpa
olunub. Aşağı
və Yuxarı Gövhər ağa, Ağdam Cümə məscidlərinin bərpa
işləri isə eyni diqqət və həssaslıqla həyata keçirilir.
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2023.-
11 iyul.- S.6.