Yenidən
həyat verilən Saatlı məscidi
Erməni vandallarının
ciddi ziyan vurduğu dini abidələrdən biri də Şuşadakı Saatlı məscididir.
Saatlı məscidi
Qarabağda bir neçə monumental dini və mülki
tikilinin, o cümlədən
Şuşadakı Aşağı
və Yuxarı Gövhər ağa məscidləri, Ağdamdakı
Cümə məscidi
və Bərdədəki
İmamzadə türbəsinin
müəllifi olan Azərbaycan memarı Kərbəlayi Səfixan Qarabağinin layihəsi əsasında 1883-cü ildə
inşa edilmişdir.
Araşdırmalara görə,
Saatlı məscidinin
yerində 1759-cu ildə
Qarabağ xanı Pənahəli xanın tikdirdiyi məscid və mədrəsə olub ki, həmin
mədrəsədə də
Molla Pənah Vaqif dərs deyib. Saatlı məscidində sonuncu dəfə XX əsrin
80-ci illərində təmir-bərpa
işləri aparılıb.
1992-ci il mayın 8-də
Ermənistan silahlı
qüvvələri Şuşanı
işğal etdikdən
sonra Saatlı məscidi talan edilmiş, minarəsi dağıdılmışdı. 2020-ci ildə Şuşanın azad edilməsindən sonra - 2021-ci ilin dekabrından məsciddə
Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə
başlanıldı. "PAŞA Holding"in maliyyə dəstəyi ilə həyata keçirilən
konservasiya və restavrasiya işləri Azərbaycan, İtaliya və Türkiyə şirkətlərinin konsorsiumu
tərəfindən Avstriyanın
"Wehdorn Architekten"
şirkətinin nəzarəti
ilə məscidin ilkin memarlıq üslubuna uyğun olaraq aparıldı.
Bərpa işləri
zamanı məscidə
edilən müdaxilələr
aradan qaldırılıb
və divarların gücləndirilməsi işləri
görülüb. Həmçinin
zədələnmiş ön
sütunun bərkidilməsi
işləri həyata
keçirilib, məscidin
döşəməsi bərpa
edilib. Bunlardan əlavə, araşdırmalar
nəticəsində minarənin
üzərindəki naxışların
ilkin rəngi müəyyən olunub və minarə ona uyğun bərpa edilib, ornamentlər bütün incəliklərinə qədər
qorunub saxlanılıb.
Məscidin interyer
həlli bədii kamillik nümunəsi də hesab oluna
bilər. Tavana dayaq olan dörd
səkkizbucaqlı daş
sütunlara sahib olan ibadət zalı üçnefli məkana malikdir. Bunun nəticəsində zalda sanki sonsuz
sayda tağ keçidlər yaranır.
Divarların səthi həndəsi fiqurlar və nəbati naxışlarla tərtib olunub. Məscidin tək minarəsi binanın arxa tərəfində inşa
olunub. Güman edilir ki, minarə
məscidlə eyni vaxtda deyil, sonrakı
illərdə inşa
edilib. Şuşanın
düz fasadlı məscidlərindən olan
Saatlı məscidi əsas fasadında assimetrik girişə malikdir. Bu məscidi
Şuşanın digər
məhəllə məscidlərindən
fərqləndirən əsas
xüsusiyyət onun minarəyə malik olmasıdır.
30 illik həsrətdən
sonra qapıları açılan Saatlı məscidində hər gün Azan oxunur,
bu torpağı düşmən tapdağından
azad edən qəhrəman Azərbaycan
əsgərlərinə dua
edilir, şəhidlərimiz
rəhmətlə anılır.
E.QƏNİYEV,
Azərbaycan.-2023.-
11 iyul.- S.6.