Şamaxı qalası
- Orta əsrlər Şamaxı şəhərini
müdafiə etmək
üçün inşa
edilmiş qaladır.
XI - XII yüzillərdə Şirvan şəhərlərinin
bir çoxu böyüyüb inkişaf
etmiş, bəzilərinin
müdafiə tikililəri
yenidən qurulmuşdu.
1045-ci ildə Şirvanşah
Qubad (1043-1049) Şirvanın
baş şəhəri
Şamaxıya yonulmuş
ağ daşdan yeni möhkəm qala divarı çəkdirmiş, dəmir
qapılar qoydurmuşdur.
Arxeoloqların SSRİ dövründə Şamaxıda qazıntılar zamanı aşkar etdikləri divar qalığı Şirvanşah Qubadın tikdirdiyi Şamaxı İçqalasının (Bala qala) qalığı sayılır. Bu çağda Bala qalada Şirvanşahların yeni saray kompleksi inşa edilmişdir. Şamaxının ikinci iç qalası olan Gülüstan qalası da XII əsrdə yenidən qurularaq möhkəmləndirilmişdir. Belə geniş quruculuq işlərindən sonra bitkin paytaxt şəhərinə çevrilən Şamaxını o çağın yazarları dəmir qapılı, daş divarlı alınmaz qala, cah-cəlallı gözəl şəhər kimi təsvir edirlər.
Azərbaycan.-2023.- 11 iyul.- S.6.