Azərbaycan
ərazisində terror
aktı törətməyi
planlaşdıran xarici
ölkə vətəndaşı
saxlanılıb
DTX ölkəmizin milli
təhlükəsizliyinə və dövlət maraqlarına qarşı yönələn terror-təxribat
və kəşfiyyat-pozuculuq
fəaliyyəti ilə
mübarizə istiqamətində
əməliyyat-istintaq tədbirlərini
davam etdirir.
Aparılan araşdırmalarla
Əfqanıstan İslam
Respublikasının vətəndaşı,
1990-cı il təvəllüdlü
Favzan Musa Xanın (Fawzan Mosa Khan) digər
şəxslərlə qabaqcadan
əlbir olaraq Azərbaycan Respublikası
ərazisində ictimai
sabitliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar
tərəfindən qərar
qəbul edilməsinə
təsir göstərmək
məqsədilə partlayış,
yanğın və ya digər bu
kimi hadisələrlə
müşayiət olunacaq,
insanların həlak olması, onların sağlamlığına zərər
yetirilməsi, əhəmiyyətli
əmlak ziyanının
vurulması və başqa ictimai təhlükəli halların
baş verməsi ilə nəticələnəcək
terror aktı törətməyi planlaşdırması
müəyyən edilib.
Məlum olub ki, adıçəkilən
əcnəbi qeyd olunan cinayət əməllərini törətmək
niyyəti ilə xarici ölkədən Azərbaycan Respublikasına
gəlib, Bakı şəhərində yaşadığı
müddətdə üçüncü
dövlətin ölkəmizdəki
Səfirliyinin yerləşdiyi
ərazinin koordinatlarını
müəyyənləşdirmək və terror aktını planlaşdırmaq
məqsədilə səfirliyin
binasının ətrafında
müşahidə aparıb,
terror aktında iştirak edə biləcək şəxslərin
müəyyən edilərək
bu fəaliyyətə
cəlb olunması, odlu silah və
partlayıcı maddələrin
əldə edilməsi,
bu məqsədlərlə
maliyyə dəstəyinin
alınması üçün
digər şəxslərlə
əlaqəyə girərək
sövdələşib.
Faktla bağlı Favzan Musa Xan DTX-nin İstintaq baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1 və 28, 214.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silah və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrorçuluq hərəkətlərinin törədilməsinə hazırlıq) maddələri ilə başlanılmış cinayət işi üzrə cinayət başında saxlanılaraq təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda terror aktını planlaşdıran şəxslərin dairəsinin tam müəyyən olunması istiqamətində DTX tərəfindən kompleks istintaq-əməliyyat və beynəlxalq hüquqi prosedur tədbirləri həyata keçirilir.
Azərbaycan.-2023.- 11 iyul.-
S.4.