İkitərəfli
münasibətlərin inkişaf
dinamikası artıb
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev iyulun 11-də Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyinin
dövlət naziri Tobias Lindneri qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə
ikitərəfli münasibətlərin
inkişaf dinamikasının
artdığı qeyd
edildi, Prezident İlham Əliyevin bu ilin mart
ayında Almaniyaya səfərindən sonra ölkələrimiz arasında
əlaqələrdə yeni
səhifənin açıldığı
məmnunluqla vurğulandı.
Söhbət zamanı
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması
prosesi və sülhün əldə edilməsi istiqamətində
ölkəmiz tərəfindən
göstərilən səylərdən
danışıldı.
Enerji sahəsində əməkdaşlıq və bu əməkdaşlığın gücləndirilməsi, həmçinin Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində imzalanmış Anlaşma Memorandumu ilə bağlı fikir mübadiləsi aparıldı.
Azərbaycan.-2023.- 12 iyul.- S.1.