Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin “Elektron icra” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq
edilməsi barədə”
2021-ci il 12 oktyabr tarixli 306 nömrəli, “Elektron notariat” informasiya sistemi haqqında Əsasnamə”nin
təsdiq edilməsi barədə” 2021-ci il 12 oktyabr tarixli 307 nömrəli və “Elektron informasiya ehtiyatlarının (məlumat
bazaları, məlumat-axtarış
sistemləri, reyestrlər
və digər informasiya resursları) dövlət satınalmalarının
vahid internet portalına inteqrasiya olunması hədləri”nin
təsdiq edilməsi barədə” 2022-ci il 29 yanvar tarixli 38 nömrəli qərarlarında
dəyişiklik edilməsi
haqqında
¹ 224
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
“Elektron hökumət
sahəsində idarəetmənin
təkmilləşdirilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyinin
fəaliyyətinin təmin
edilməsi haqqında”
2012-ci il 5 sentyabr tarixli 706 nömrəli, “Azərbaycan Respublikasında
rəqəmsal inkişaf
və nəqliyyat sahəsində idarəetmənin
təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli, “Elektron hökumətin inkişafı
və rəqəmsal hökumətə keçid
ilə bağlı tədbirlər haqqında”
2018-ci il 14 mart tarixli 1885 nömrəli və “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması,
inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın
təsdiq edilməsi və elektron hökumətlə bağlı
bəzi tədbirlər
haqqında” 2018-ci il
12 sentyabr tarixli 263 nömrəli fərmanlarında
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikası Prezidentinin
2022-ci il 24 noyabr tarixli 1887 nömrəli Fərmanının 4.7-ci bəndinin
icrasını təmin
etmək məqsədilə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. “Elektron icra”
informasiya sistemi haqqında Əsasnamə”nin
təsdiq edilməsi barədə” Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2021-ci il 12 oktyabr tarixli 306 nömrəli Qərarının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2021, ¹ 10, maddə 1175) 2-ci hissəsində
“Prezidenti yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi”
sözləri “Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.
2. “Elektron notariat”
informasiya sistemi haqqında Əsasna-mə”nin
təsdiq edilməsi barədə” Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2021-ci il 12 oktyabr tarixli 307 nömrəli Qərarının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2021, ¹ 10, maddə 1176) 2-ci hissəsində
“Prezidenti yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi”
sözləri “Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.
3. “Elektron informasiya
ehtiyatlarının (məlumat
bazaları, məlumat-axtarış
sistemləri, reyestrlər
və digər informasiya resursları) dövlət satınalmalarının
vahid internet portalına inteqrasiya olunması hədləri”nin
təsdiq edilməsi barədə” Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2022-ci il 29 yanvar tarixli 38 nömrəli Qərarının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2022, ¹ 1, maddə 87) 3-cü hissəsində “Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri “Rəqəmsal İnkişaf
və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş
naziri
Bakı şəhəri,
8 iyul 2023-cü il
Azərbaycan.-2023.-
12 iyul.- S.4.