“Azərbaycan
Respublikasında ixrac-idxal
əməliyyatları üzrə
gömrük rüsumlarının
dərəcələri haqqında”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik
edilməsi barədə
¹ 223
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası
Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər
tutaraq, Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
1. “Azərbaycan Respublikasında
ixrac-idxal əməliyyatları
üzrə gömrük
rüsumlarının dərəcələri
haqqında” Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarına
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1998, ¹ 4, maddə 299, ¹ 8, maddə
550, ¹ 10, maddə 639; 1999, ¹ 2, maddə 150; 2000, ¹ 5, maddə
374, ¹ 7, maddə 559, ¹ 8 (III kitab), maddə 643, ¹ 9, maddələr 690, 699, 700, ¹ 10, maddə
770; 2001, ¹ 3, maddə 217, ¹ 4, maddə 289, ¹ 8, maddə
561; 2002, ¹ 4 (II kitab), maddələr
209, 212; 2005, ¹ 1, maddə 56; 2006, ¹ 2, maddə 180, ¹ 4, maddə
367, ¹ 7, maddə 652; 2008, ¹ 7, maddələr 672, 687; 2009, ¹ 9, maddələr
742, 744, ¹ 12, maddələr 1061, 1071; 2010,
¹ 7, maddə 706, ¹ 12, maddə
1114; 2011, ¹ 1, maddə 68, ¹ 8, maddə 774; 2012, ¹ 1, maddə
39, ¹ 7, maddə 779, ¹ 10, maddə
1020; 2013, ¹ 11, maddə 1458; 2014, ¹ 4, maddə 456; 2015, ¹ 7, maddə
895; 2016, ¹ 4, maddə 801, ¹ 8, maddələr 1432, 1460, ¹ 12, maddə
2213; 2017, ¹ 2, maddə 312, ¹ 6, maddə 1242, ¹ 8, maddə
1625; 2018, ¹ 4, maddə 826; 2019, ¹ 1, maddə 154, ¹ 5, maddə 947,
¹ 8, maddə 1468; 2020, ¹ 2, maddə
220; 2021, ¹ 1, maddə 89, ¹ 2, maddə 203, ¹ 6 (IV kitab), maddə 680, ¹ 11, maddələr
1256, 1260; 2022, ¹ 1, maddə 85, ¹ 4, maddələr 390, 406, ¹ 12, maddə
1548; 2023, ¹ 2, maddə 318) aşağıdakı
məzmunda 4.35-ci bənd
əlavə edilsin:
“4.35. benefisiar dövlət
orqanı (qurumu) və ya benefisiar
fondun təsdiqedici sənədinə əsasən,
hüquqi və fiziki şəxslər tərəfindən dövlət
orqanlarına (qurumlarına),
eləcə də siyahısı Azərbaycan
Respublikası Prezidentinin
2023-cü il 23 may tarixli 2147 nömrəli Fərmanı ilə təsdiq edilmiş ictimai və sosial məqsədlər üçün yaradılmış
fondlara əvəzsiz olaraq verilməsi, habelə dövlət orqanlarına (qurumlarına)
və həmin fondlara əvəzsiz olaraq verilən daşınmaz əmlakların
və əmlak kompleksi şəklində
müəssisələrin yaradılması
üçün idxal
olunan mallar.”.
2. Bu Qərar
2023-cü il yanvarın
1-dən tətbiq edilir
və 2026-cı il dekabrın 31-dək qüvvədədir.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş
naziri
Bakı şəhəri,
8 iyul 2023-cü il
Azərbaycan.-2023.- 12 iyul.-
S.4.