Almaniya Azərbaycanın əsas ticarət tərəfdaşlarından
biridir
İyulun 11-də Milli
Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə
olan Almaniya Xarici İşlər Nazirliyinin dövlət naziri Tobias Lindnerin
başçılıq etdiyi
nümayəndə heyəti
ilə görüşüb.
Parlamentin Mətbuat
və ictimaiyyətlə
əlaqələr şöbəsindən
AZƏRTAC-a bildirilib ki,
Azərbaycanın Almaniya
ilə münasibətlərinin
bugünkü inkişaf
səviyyəsindən məmnunluğunu
ifadə edən Milli Məclisin sədri ölkələrimizin
həm ikitərəfli
formatda, həm də Avropa İttifaqı çərçivəsində
uğurlu əməkdaşlığından
söz açıb. Avropa İttifaqı ilə əməkdaşlığın
ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən olduğunu
bildirən Sahibə Qafarova Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi
töhfələrdən danışıb.
O, ikitərəfli münasibətlərin
inkişafında yüksək
səviyyəli qarşılıqlı
səfərlərin və
görüşlərin müstəsna
rolunu qeyd edərək, Prezident İlham Əliyevin cari ilin mart
ayında Almaniyaya səfərinin nəticələrinin
əhəmiyyətini vurğulayıb.
Münasibətlərimizin möhkəm
hüquqi bazaya söykəndiyini və Almaniyanın ölkəmizin
əsas ticarət tərəfdaşlarından biri
olduğuna diqqət çəkib, ölkəmizdə
yaradılmış əlverişli
investisiya mühitindən
söz açıb, Almaniyanın aparıcı
şirkətlərinin Azərbaycanda
uğurla fəaliyyət
göstərdiyini bildirib.
Ermənistanın 30 il davam edən
işğalçılıq siyasətinin ağır nəticələrindən, mina
terrorundan söz açan S.Qafarova bildirib ki, Azərbaycan
işğaldan zərərçəkən
tərəf olsa da, regionda uzunmüddətli
sülhün əldə
olunması üçün
sülh təşəbbüsü
ilə çıxış
edir. Ermənistan tərəfi mövcud reallıqları nəzərə
alaraq, Azərbaycanın
bu təşəbbüsünü
lazımınca dəyərlənləndirməlidir.
Dövlət naziri
Tobias Lindner Almaniyanın Azərbaycanla
əlaqələrin inkişafına
böyük əhəmiyyət
verdiyini vurğulayıb.
O, ölkəsinin ikitərəfli
münasibətlərin siyasi,
iqtisadi, mədəni və humanitar sahələrlə yanaşı,
parlament səviyyəsində
də inkişaf etdirilməsində maraqlı
olduğunu diqqətə
çatdırıb. T.Lindner
hər iki ölkənin qanunverici orqanları arasındakı
münasibətlərin dərinləşməsində
qarşılıqlı səfərlərin
və görüşlərin,
təcrübə, həmçinin
informasiya mübadiləsinin
aparılmasının vacib
olduğunu qeyd edib.
Almaniya rəsmisi
Cənubi Qafqazda sülhün və əmin-amanlığın bərpa
olunmasının qarşılıqlı
faydalı əməkdaşlığın
daha da dərinləşməsinə
xidmət edəcəyinə
əminliyini bildirib.
Görüşdə tərəfləri maraqlandıran digər mövzularda da fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2023.- 12 iyul.- S.5.