Diplomatik
xidmət orqanlarının
rəhbərlərinin VIII müşavirəsi
öz işinə başlayıb
İyulun 11-də Azərbaycan
Respublikasının diplomatik
xidmət orqanlarının
rəhbərlərinin VIII müşavirəsi
öz işinə başlayıb.
Xarici İşlər
Nazirliyinin Mətbuat xidməti idarəsindən
AZƏRTAC-a bildirilib ki,
ADA Universitetində təşkil
edilmiş açılış
tədbirində Nazirliyin
rəhbər heyəti
və əməkdaşları,
ölkəmizin xaricdə
fəaliyyət göstərən
diplomatik nümayəndəliklərinin
rəhbərləri iştirak
ediblər.
Müşavirədə açılış nitqi
ilə xarici işlər naziri Ceyhun Bayramov və Azərbaycan Prezidentinin köməkçisi
- Prezident Administrasiyasının
Xarici siyasət məsələləri şöbəsinin
müdiri Hikmət Hacıyev çıxış
ediblər.
Çıxışlarda, Azərbaycan-Ermənistan normallaşma
prosesi və sülh gündəliyi, müasir dövrün çağırışları fonunda ölkəmizin xarici siyasət prioritetləri, mövcud çağırışların qarşısının alınması
istiqamətində atılan
mühüm addımlar
və əldə edilmiş nailiyyətlər,
ölkəmizin müasir
beynəlxalq münasibətlər
sistemində rolu, çoxtərəfli platformalarda
iştirakımız, müxtəlif
istiqamətlər üzrə
əməkdaşlıq perspektivləri
barədə strateji istiqamətlər müəyyən
edilib və müvafiq təlimatlar verilib.
Müşavirə regionlar
üzrə paralel panel müzakirələri,
habelə enerji və iqtisadi diplomatiya, maliyyə, kadrlar, konsulluq, hüquq, beynəlxalq hüquq, təşkilat-nəzarət
və xidmətlərin
təşkili məsələlərinə
dair sessiyalarla davam etdirilib.
İyulun 12-də müşavirənin
mədəniyyət diplomatiyası,
beynəlxalq inkişafa
yardım və diaspora məsələləri,
çoxtərəfli diplomatiya
və hərbi-siyasi təhlükəsizlik məsələləri,
parlament əlaqələri,
ictimai diplomatiya və media məsələlərinə
dair sessiyalarla davam etdirilməsi nəzərdə tutulub.
İyulun 13-də isə Xarici İşlər Nazirliyinin rəhbər heyətinin və əməkdaşlarının, ölkəmizin xaricdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin rəhbərlərinin iştirakı ilə Ağdam şəhərinə səfəri və “Ağdamın dirçəlişi” adlı tədbirin təşkili planlaşdırılıb.
Azərbaycan.-2023.-
12 iyul.- S.5.