Türkdilli ölkələr arasında
qurulan ilk beynəlxalq təşkilat
Uğurla fəaliyyət
göstərən Beynəlxalq
Türk Mədəniyyəti
Təşkilatının - TÜRKSOY-un yaranmasının 30 illiyi qeyd olunur.
Bu türkdilli ölkələr arasında
qurulan ilk beynəlxalq təşkilatın
yaradılması ideyası
1992-ci ildə irəli
sürülmüşdü. Bakı və İstanbul şəhərlərində
bununla bağlı bir sıra görüşlər
təşkil olunmuşdu.
Nəhayət, 1993-cü il iyulun 12-də Qazaxıstanın Almatı
şəhərində TÜRKSOY-un yaradılması haqqında Azərbaycan, Qazaxıstan, Qırğızıstan,
Özbəkistan, Türkmənistan
və Türkiyənin
mədəniyyət nazirləri
tərəfindən protokol
imzalanmışdı.
Birlik, bərabərlik
yolunda...
XX yüzilliyin sonlarına
doğru dünyanın
diqqətini cəlb edən tarixi hadisə baş verdi. Sovet Sosialist
Respublikaları İttifaqı
(SSRİ) adlı nəhəng
imperiya dağıldı.
İttifaqın tərkibində
uzun illər yaşamalı olmuş xalqlar siyasi müstəqilliklərinə nail
oldular və suveren dövlətlərini
qurdular.
Bundan sonra öz müqəddəratlarını
özləri həll etmək iqtidarında olan ittifaqın tərkibindən ayrılmış
türk xalqları da özünütəsdiq
və özünəqayıdış
yolu ilə irəliləməyə başladılar.
Zəngin və qədim mədəni irsə sahib, soyları, dilləri bir olan bu
xalqar bir təşkilatda birləşməyin
məqsədəuyğunluğunu nəzərə aldılar.
Türk mədəniyyəti
və incəsənətinin
inkişafı üzrə
beynəlxalq təşkilat
- TÜRKSOY Azərbaycan Respublikası
və Türkiyə Cümhuriyyətinin təşəbbüsü
ilə 1992-ci ildə İstanbul və Bakı şəhərlərində
keçirilmiş Azərbaycan,
Qazaxıstan, Qırğızıstan,
Özbəkistan, Türkiyə
və Türkmənistan
respublikaları mədəniyyət
nazirlərinin görüşləri
gedişində əldə
edilmiş razılaşmalar
əsasında quruldu.
İlk dəfə
1992-ci ilin oktyabrında
Ankarada türkdilli dövlətlərin başçılarının
zirvə görüşü
təşkil olundu. Həmin tədbir Ankara Bəyannaməsinin qəbul olunması ilə tarixi hadisəyə çevrilərək
unudulmaz oldu. Qardaş türk xalqları arasında dostluğun və əməkdaşlığın inkişafına xidmət edən bu görüş
ənənəyə çevrildi.
1993-cü il iyulun
12-də TÜRKSOY yaradıldı. Tarixi, dili, mədəniyyəti
ilə eyni kökə bağlı olan türk xalqları bu beynəlxalq təşkilatda
birləşərək təqdirəlayiq
işlər həyata
keçirməyə başladılar.
TÜRKSOY fəaliyyətinin ilk dövrlərindən qarşısına qoyduğu
məqsədinə sadiqdir,
türk xalqları arasında əlaqələrin
inkişafına, ortaq
mədəni dəyərlər
vasitəsilə dostluq
və qardaşlıq
bağlarının möhkəmləndirilməsinə
səy göstərir.
Artıq mötəbər
beynəlxalq təşkilata
çevrilən TÜRKSOY ötən
illər ərzində
türk xalqları mədəniyyətinin inkişafı
və beynəlxalq aləmdə təbliği
sahəsində səmərəli
işləri ilə məqsəd və məramını bütün
dünyada uğurla nümayiş etdirir. Mədəni yönümü
ilə diqqət çəkən TÜRKSOY digər
beynəlxalq təşkilatlarla,
xüsusilə UNESCO ilə
əməkdaşlıq əlaqələri
qurub.
Təşkilat fərqli
coğrafiyalarda yaşayan
türk xalqlarının
milli-mədəni irsinin
öyrənilməsi və
əlaqələndirilməsi istiqamətində də böyük işlər reallaşdırır. Belə
ki, TÜRKSOY 1993-cü ildən
başlayaraq bəşər
mədəniyyəti xəzinəsinə
nadir incilər vermiş türk xalqlarının zəngin
irsinin araşdırılıb
üzə çıxarılmasında,
öyrənilməsində və dünyada geniş təbliğ olunmasında mühüm mədəni layihələr
həyata keçirir.
Bayrama çevrilən
günlər
Türk xalqlarının
mədəni irsinin öyrənilməsində TÜRKSOY-un rolu olduqca
əhəmiyyətli və
təqdirəlayiqdir. Ayrı-ayrı
ölkələrdə düzənlənən
festivallar, mədəniyyət
günləri, beynəlxalq
müsabiqələr, sərgilər,
yubiley və xatirə gecələri bu istiqamətdə atılan mühüm addımlardır. TÜRKSOY-un
təşkilatçılığı ilə ənənəvi olaraq türk xalqlarının həyatındakı
mühüm tarixi hadisələr, bəşər
mədəniyyətinin inciləri
hesab olunan milli eposların, dahi şəxsiyyətlərin,
korifeylərin ildönümləri
bayram edilir. İndiyədək "Manas"
eposunun 1000, Əmir Teymurun 660, Məhəmməd
Füzulinin 500, Abay Kunanbayevin 150 illiyinin, Qazaxıstanın yeni paytaxtı Astananın açılışının, türkdilli xalqların milli eposu, ümumi
sərvəti olan
"Kitabi-Dədə Qorqud"
dastanının 1300 illiyinə
həsr olunan və digər yubiley mərasimlərinin birlikdə bayram edilməsini və digər unudulmaz tədbirləri buna misal göstərə bilərik.
Bu beynəlxalq
qurumun təşkilatçılığı
ilə həyata keçirilən birgə işlər, layihələr,
tədbirlər xalqlarımız
arasında əlaqələrin
genişləndirilməsi baxımından
böyük əhəmiyyət
daşıyır. TÜRKSOY-un fəaliyyəti türk xalqlarının mənəvi dəyərlərini
tanıtmalarına, dünya
mədəniyyətinə inteqrasiyasına
kömək göstərir.
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2023.-
12 iyul.- S.5.