Tovuz döyüşləri Vətən
müharibəsində qazanılan
böyük qələbənin
başlanğıc məqamıdır
44 günlük
Vətən müharibəsi,
qazanılan möhtəşəm
qələbə Azərbaycan
tarixinin ən şanlı səhifəsidir.
Lakin bu zəfərin ayaq səslərinin eşidildiyi,
xalqın müzəffər
ordusuna etimadının
özünə qayıtdığı
Aprel, Günnüt və Tovuz döyüşlərini
unutmaq olmaz. Çünki məhz həmin döyüşlərdəki
qələbələrimiz xalqımızı
torpaqlarımızın düşmən
tapdağından azad edilməsinə ruhlandırdı.
Xalq Ali Baş Komandan İlham Əliyevin ərtafında bir yumruq kimi birləşib
haqq savaşına qalxdı. Qüdrətli sərkərdənin "Dəmir
yumruq" əməliyyatı
ilə Azərbaycan Ordusu 30 illik həsrətə son qoydu.
Generalı, polkovniki
əsgəri ilə çiyin-çiyinə döyüşən
ordu
Əlbəttə ki,
bu qələbələrin
ilk halqası
2016-cı ildəki Aprel
zəfəri idi. Aprel zəfərindən sonra böyük qayıdışa Cocuq Mərcanlıdan başladıq.
2018-ci ildə isə Günnüt zəfəri
Ermənistana növbəti
dərs oldu. Amma düşmən yenə də bundan nəticə çıxarmadı, təxribatlardan
əl çəkmədi.
2020-ci ilin iyul ayında yenidən çirkin əməllərini
işə salıb cəbhənin Tovuz istiqamətində növbəti
təxribata əl atdı.
İyulun 12-si günorta
saatlarından başlayaraq
Ermənistan silahlı
bölmələri tərəfindən
Azərbaycan Dövlət
Sərhəd Xidmətinin
Tovuz rayonunda yerləşən mövqeləri
artilleriya qurğularından
atəşə tutuldu.
Azərbaycan Silahlı
Qüvvələrinin cavab
atəşi və əks-həmlə tədbirləri
nəticəsində düşmən
təxribatının qarşısı
yenə də alındı. Döyüşlər
zamanı Ermənistan
ordusunun şəxsi heyəti çoxsaylı itki verdi. İyulun
13-nə keçən gecə
ərzində də gərginlik davam etdi. Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində
Azərbaycan Ordusunun dəqiq atəşi nəticəsində qarşı
tərəfin dayaq məntəqəsi, artilleriya
qurğuları, avtomobil
texnikası və canlı qüvvəsi məhv edildi.
Bir neçə
gün davam edən döyüşlər
Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı.
Bu döyüşlərdə
Azərbaycan Ordusunun
12 hərbi qulluqçusu
- general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov,
mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, çavuş Vüqar Sadıqov, müddətdən artıq
həqiqi hərbi xidmət hərbi qulluqçu, baş əsgər Elşad Məmmədov, müddətdən
artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Elçin Mustafazadə, əsgər
Nazim İsmayılov və əsgər Xəyyam Daşdəmirov qəhrəmancasına şəhid
oldular. Tovuz rayonunun Ağdam kənd sakini, 76 yaşlı Əziz Əzizov qətlə yetirildi.
Bu savaş düşmənə bir neçə həqiqəti
göstərdi. Düşmən
ilk növbədə onu gördü ki, Azərbaycanın generalı, yüksəkrütbəli
zabitləri səngərdə,
hücumda əsgərləri
ilə bərabər vuruşur, onları ruhlandırır, şəxsi
nümunə göstərirlər.
Düşmən şahid
oldu ki, İlham Əliyevin yaratdığı vətənpərvərlik
məktəbinin hər
bir igidi döyüş meydanında
mərdliklə savaşıb
şəhidlik zirvəsinə
ucalmağı şərəf
bilir. Onlar bu zirvəyə ucalmaqla gələcək nəsillər üçün
nağıllar, dastanlar
yox, əsl real qəhrəmanlıq nümunəsi yaradırlar
və bu, yetişməkdə olan gəncliyi qələbələrə,
zəfərlərə ruhlandırır.
Bu qələbə ilə Azərbaycan Ordusu bir daha
göstərdi ki, Ermənistan silahlı bölmələri onun qarşısında aciz və cılızdır.
Erməni xalqı
isə bir daha əmin oldu ki, əgər
Azərbaycan Ordusu genişmiqyaslı əməliyyat
keçirsə, bir neçə günə üçrəngli bayrağımız
İrəvanda dalğalana
bilər. Necə ki cəmi 44 günə Şuşaya sancıldığı kimi...
Ermənistanı qorxuya
salan mübarizlik
Ümumiyyətlə, Tovuz döyüşlərində
düşmənin məqsədi
bəlli idi. Bərbad halda olan idarəçiliyindən
narazılıqları azalda,
dərinləşən sosial-iqtisadi
böhrandan, koronavirus
pandemiyası burulğanından
çıxa bilmədiyi
üçün baş
nazir Nikol Paşinyan təxribat törədərək Azərbaycan
timsalında ümumi düşmən obrazı
yaradıb ictimai rəyi daxili problemlərdən yayındırmaq
istəyirdi. Amma Azərbaycan Ordusu Ermənistanın bu arzusunu da puça
çıxardı.
Ordumuzun qələbəsi
vasitəçilik missiyasını
öz üzərinə
götürmüş ATƏT-in sabiq Minsk
qrupunun həmsədrlərinə
də xəbərdarlıq
oldu. Onlar açıq şəkildə
gördülər ki,
mandatlarını yerinə
yetirməsələr və
təcavüzkarın yerində
oturdulması üçün
təsirli addımlar atmasalar, tamam başqa reallıqlarla üzbəüz qalacaqlar.
Tovuz döyüşləri
göstərdi ki, Ermənistanın hərbi
təcavüzü nəticəsində
yaradılmış Dağlıq
Qarabağ münaqişəsinin
həlli, ölkəmizin
ərazi bütövlüyünün
və əhalinin təhlükəsizliyinin təmin
olunması, erməni təxribatlarının qarşısının
alınması istiqamətində
İlham Əliyevin yürütdüyü siyasəti
Azərbaycan xalqı qətiyyətlə müdafiə
edir. Əli silah tutan vətənpərvər
insanlar özünü
Vətənin sadiq əsgəri hesab edir və düşmənin
Vətənimizə qarşı
uzanan təkcə qanlı əllərini deyil, qollarını da kökündən kəsib atmağa hazırdır.
Bu döyüşlərdən
sonra Ermənistana heç bir dövlət, təşkilat
dəstək vermədi.
Bu isə işğalçı ölkənin
siyasətinin ifşası,
erməni yalanlarının
iflasa uğraması istiqamətində mühüm
əhəmiyyət kəsb
etdi. Heç Ermənistanın təmsil
olunduğu Kollektiv Təhlükəsizlik Müdafiə
Təşkilatı da
onu müdafiə edən hansısa bəyanat vermədi. Ermənilər güman edirdilər ki, bu hadisədən sonra təşkilat dərhal toplaşacaq və baş vermiş hadisəni qiymətləndirəcək. İyulun
12-də Ermənistan hadisə
ilə bağlı
KTMT-yə müraciət
edərək təşkilatın
iclasının çağırılmasını
tələb etmişdi.
Bu barədə qurumun saytında elan da yerləşdirilmişdi.
Lakin qısa müddət sonra elan saytdan silindi
və KTMT-nin heç bir iclası keçirilmədi.
Bu hadisə pərt vəziyyətə
düşən Ermənistanın
diplomatik müstəvidə
növbəti uğursuzluğu
oldu. Bir daha sübut edildi ki, vassal
Ermənistan üzvü
olduğu təşkilatlarda
belə əsassız
olduğu üçün
ciddi qəbul olunmur.
Bu proseslərdən
sonra Ermənistan qorxuya düşdü. Diplomatik cəbhədə
düşmən üzərində
üstünlük qazanan
Azərbaycan hərbi müstəvidə də üstün olduğunu göstərdi. Hər kəs gördü ki, təcavüzkarı hər an acı
məğlubiyyətə düçar
etməyə hazır
olan qüdrətli Azərbaycan Ordusu var.
"Dəmir yumruq"
əməliyyatı, zəfərə
aparan yol
Tovuz döyüşlərindən
üç il ötür. İllər ötsə də, bu döyüş hər zaman xatırlanacaq və bu savaşın Vətən müharibəsinin
başlaması üçün
bir qığılcım
olduğu vurğulanacaq.
Çünki Tovuz
dövüşlərində şəhid olan generalımız Polad Həşimovun nəşinin
Bakıya gətirildiyi
zaman böyük izdiham yaşandı, xalq ayağa qalxdı. Gecə saatlarında minlərlə
Bakı sakini müharibə tələbi
ilə paytaxt küçələrinə axışdı.
"Qarabağa azadlıq!"
şüarları səsləndirən,
əsasən gənclərdən
ibarət böyük
bir izdiham Şəhidlər xiyabanına
yürüş etdi. Gənclər Azərbaycan
Ordusunun və Ali Baş Komandanın
yanında olduqlarını,
onu dəstəklədiklərini
bəyan edərək
şəhidlərin qısasının
alınması, torpaqlarımızın
azadlığı uğrunda
savaş istədilər.
İlham Əliyevin
çağırışına səs verən yüz minlərlə gənc Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət
Xidmətinin qeydiyyatda
olduqları şöbələrinə
müraciət edərək
könüllü olaraq
döyüşlərdə iştirak etmək arzularını da bildiriblər. Beləliklə
də, Tovuz hadisələri xalq və Prezident, xalq və ordu
birliyini daha da möhkəmləndirdi.
Tovuz döyüşlərindən
2 ay sonra başlanan Vətən müharibəsi göstərdi
ki, Azərbaycan Ordusu istənilən döyüş tapşırığını
qısa zamanda yerinə yetirməyə qadirdi. 30 ilə yaxın müddətdə
torpaqlarımızda müdafiə
istehkamları quran erməni hərbçisini
qovmaq üçün
cəmi 44 gün yetərli oldu. 2020-ci ilin sentyabrın 27-də başlayıb və 8 Noyabr Zəfər bayramı ilə bitən qələbələr
silsiləsinin ilk halqası Aprel döyüşləri sayılsa
da, Tovuz döyüşləri böyük
qələbəyə aparan
yol oldu. Azərbaycan nəinki Ermənistana, bütün
dünyaya gücünü,
qüdrətini nümayiş
etdirdi.
İlham Əliyev
həm sərkərdə
kimi savaş meydanında, həm də diplomat kimi siyasi arenada
düşməni və
onun havadarlarını
qətiyyətli qərarları
ilə hər mənada susdurdu. "Qarabağ Ermənistandır"
- deyən Paşinyanı
qarşısında diz
çökdürüb "Qarabağ Azərbaycandır!"
dedizdirdi və kapitulyasiya aktına qol çəkdirdi. Sonra isə diplomatik məharəti ilə Ağdamı, Laçını, Kəlbəcəri
bir güllə atmadan düşməndən
geri aldı. Beləliklə də, Qarabağın üzərindən
"dağ" götürüldü,
ATƏT-in Minsk qrupu tarixin arxivinə,
"status" isə
cəhənnəmə göndərildi.
İlham
Əliyevin güclü
siyasətçi, əsl
diplomat olduğunu bilənlər həm də onun əsl
sərkərdə məharətinə
şahidlik etdilər.
İkinci Qarabağ
müharibəsindən sonra
regionda yeni reallıqlar yarandı. İlham Əliyevin postmüharibə dövrünün
reallıqları əsasında
hazırladığı inkişaf
strategiyasının icrasına
start verildi. Qarabağı "Dəmir
yumruq" əməliyyatı
ilə azad edən Azərbaycan Prezidenti dəmir iradə ilə onu yenidən qurmağa başladı.
Bu gün ölkəmizin yalnız öz gücünə işğaldan azad edilən torpaqlarda həyata keçirdiyi misli görünməyən
tikinti-quruculuq, yenidənqurma
işləri və ən nahayət, böyük qayıdışa
start verilməsi bir daha sübut
edir ki, İlham Əliyev təkcə xalqının
30 illik torpaq həsrətinə son qoymayıb, həm də Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə
çevirib, dünyada
sözü eşidilən,
sayılıb-seçilən, iqtisadi və siyasi müstəqilliyini təmin edən qüdrətli dövlət
yaradıb.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2023.-
12 iyul.- S.6.